Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/12 s. 8—10
  • Allaha var qüvvətinlə və sevinclə xidmət et

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allaha var qüvvətinlə və sevinclə xidmət et
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Başqalarına kömək etməkdən sevinc duy
  • Sevinc — ilahi xüsusiyyət
    Gözətçi qülləsi 2018
  • Bəxtiyar Allahla birlikdə sevinin
    Gözətçi qülləsi 2001
  • «Saleh insanın sevinci Yehova olacaq»
    Gözətçi qülləsi 2018
Gözətçi qülləsi 2009
w09 15/12 s. 8—10

Allaha var qüvvətinlə və sevinclə xidmət et

YEHOVA istəyir ki, sən sevinc içində yaşayasan (Məz. 100:2). Onun hər bir xidmətçisi kimi, çox ehtimal ki, sən də məşğulsan. Ola bilsin, həyatını Allaha həsr etməzdən əvvəl, sən bu qədər məşğul deyildin, lakin indi ruhani və digər məsuliyyətlərin çox olduğundan bəzən özünü ağır yük altında hiss edirsən. İstədiyin hər şeyi edə bilməyəndə vicdanın səni narahat edə bilər. Bəs tarazlı olmağı necə öyrənmək olar və sən ‘Rəbbin verdiyi sevinci’ necə qoruya bilərsən? (Neh. 8:10).

Yaşadığımız çətin günlərdə çoxlu təzyiqlərə məruz qalırıq, buna görə də işlərimizi düzgün planlaşdırmağı öyrənməliyik. Həvari Pavelin Allahdan ilham alaraq Efeslilərə 5:15, 16 ayələrində verdiyi məsləhət çox yerindədir. Orada oxuyuruq: «Nə cür hərəkət etdiyinizə çox diqqət verin, hikmətsiz kimi yox, hikmətli kimi yaşayın. Hər fürsətdən istifadə edin, çünki yaşadığımız günlər şərdir».

Bu müdrik məsləhəti nəzərə alaraq, qarşına necə real məqsədlər qoya bilərsən və şəxsi öyrənmə, ailə qayğısı, xidmət, iş və digər vacib məşğuliyyətlər arasında tarazlığı necə qoruya bilərsən?

Özünü Allaha həsr edib vəftiz olunan zaman keçirdiyin sevinc hissi yadındadırmı? Sevinc Yehova və Onun niyyətləri haqqında bilikdən hasil olan bir hissdir. Bunları dərk etmək və sevinc əldə etmək üçün, ola bilsin, sənə aylarla Müqəddəs Kitabı çalışqanlıqla öyrənmək lazım gəlib. Lakin bu, səy göstərməyinə dəyib. Çünki nəticədə həyatın yaxşılığa doğru dəyişib.

Sevincini qoruyub saxlamaq üçün ruhən qidalanmağa davam etmək lazımdır. Əgər Müqəddəs Kitabı oxuyub öyrənmək üçün vaxt tapmaqda çətinlik çəkirsənsə, öz qrafikini nəzərdən keçir. Gün ərzində cəmi bir neçə dəqiqə Müqəddəs Kitabı araşdırmağın və üzərində düşünməyin sayəsində sən Yehovaya daha da yaxın ola bilərsən. Bu, mütləq sənin sevincini artıracaq.

Yehovanın xidmətçilərinin əksəriyyəti həyati vacib işlərə vaxt tapmaq üçün daha az əhəmiyyətli işlərin hesabına vaxtı satın ala bilərlər. Özündən soruş: «Dünyəvi jurnal və ya qəzetləri oxumağa, televizora baxmağa, musiqiyə qulaq asmağa və ya sevimli məşğuliyyətlərimə nə qədər vaxt sərf edirəm?» Bu cür məşğuliyyətlərə yalnız tarazlı yanaşdığımız təqdirdə onlar bizə sevinc gətirə bilər (1 Tim. 4:8). Əgər vaxtından düzgün istifadə etməyə çətinlik çəkirsənsə, onda cədvəlində dəyişiklik et.

Gəlin görək, üç uşaq atası və ağsaqqal olan Adəmə nə kömək edir. O deyir: «Mən sadə həyat tərzi sürməyə, çoxlu vaxt aparan məşğuliyyətlərdən uzaq durmağa və daim diqqət tələb edən əşyalar almamağa çalışıram. Bu o demək deyil ki, mən özümü hər şeydən məhrum edirəm, mən sadəcə sadə əyləncə və istirahətə üstünlük verirəm».

Qərarlarının gətirdiyi yaxşı nəticələr üzərində düşünmək sənə sevincini bərpa etməyə və müsbət əhval-ruhiyyəni qorumağa kömək edə bilər. Məsələn, üç uşaq atası və ağsaqqal olan Mariuş deyir: «Mən Müqəddəs Kitabı öyrənməyə başlayanda gələcəyə nikbin əhval-ruhiyyə ilə baxmağa başladım. Hələ də vaxtaşırı çətinliklərlə qarşılaşıram və onların çoxu haqqında Yehovadan başqa heç kim bilmir. Ancaq Onun köməyi sayəsində gələcəyə sevinclə baxıram».

Mariuşun nümunəsindən göründüyü kimi, müsbət əhval-ruhiyyə narahatçılıqları tamamilə aradan qaldırmır. Amma bu, sənə özünü daha yaxşı hiss etməyə və həyatın çətinliklərinin öhdəsindən müvəffəqiyyətlə gəlməyə kömək edə bilər. Müqəddəs Kitabda oxuyuruq: «Məzlumun hər günü qaradır, ürəyi bəxtəvərin elə bil daima ziyafəti var» (Sül. məs. 15:15). Həmçinin Allahın sənə göstərdiyi məhəbbət üzərində düşün. Bu, sənin Ona məhəbbətini möhkəmləndirəcək və Allaha məqbul olan sevincini artıracaq (Mat. 22:37).

Yehovanı və Onun maraqlarını birinci yerə qoymaq ailəyə çoxlu sevinc gətirir. Məsihçi xüsusiyyətlərini təzahür etdirməyin sayəsində ailədə çəkişmələr azalır və münasibətlər daha möhkəm və yaxşı olur. Beləliklə, ailənizdə əmin-amanlıq və birlik hökm sürəcək (Məz. 133:1).

Ailəlikcə ruhani işlərlə məşğul olmaq əsil sevinc bəxş edir. Mariuş deyir: «Ailəmlə keçirdiyim anlar mənim üçün çox əzizdir. Həyat yoldaşımın mənə çox köməyi olur. İmkan daxilində o, həmişə — xidmətdə olanda, konqresdən əvvəl stadionu yığışdıranda, yaxud başqa yığıncaqlarda məruzə ilə çıxış edəndə yanımda olmağa çalışır. Bu, məni çox ruhlandırır».

Müqəddəs Yazılar məsihçilərə ailələrinin maddi ehtiyaclarının qayğısına qalmağı əmr edir (1 Tim. 5:8). Lakin əgər işin həddən artıq çox vaxt və qüvvə tələb edirsə, bu, səni Allaha xidmətdə duyduğun sevincdən məhrum edə bilər. Bu barədə Yehovaya dua et (Məz. 55:22). Bəziləri başa düşmüşlər ki, Allahın Padşahlığını birinci yerə qoymaq üçün iş yerlərini dəyişməlidirlər. Heç bir məsihçi yol verməməlidir ki, gəlirli, ancaq çoxlu vaxt və qüvvə tələb edən iş daha vacib olan ruhani işləri kölgədə qoysun (Sül. məs. 22:3).

Düzəlmək istədiyin və ya indiki işinin müsbət və mənfi cəhətlərini yazmaq da faydalı ola bilər. Əlbəttə, yüksəkmaaşlı və məmnunedici işlə məşğul olmaq arzusu təbiidir. Bəs indiki işin ailəni ruhən inkişaf etdirməkdə sənə kömək edirmi? Bütün amilləri obyektiv olaraq götür-qoy et və elə qərar qəbul et ki, Yehova ilə münasibətlərini birinci yerə qoya biləsən.

Əgər işin ruhani cəhətdən inkişaf etməyinə mane olursa, vəziyyəti mütləq dəyişmək lazımdır. Bir çox məsihçilər ruhani işlərə vaxt ayırmaq üçün həyatlarında köklü dəyişikliklər etmişlər. Polşadan olan bir qardaş deyir: «Bir dəfə şirkətdəki işimi atmaqdan başqa çarəm qalmadı, çünki tez-tez işgüzar səfərlərdə olurdum və ruhani işlərə və ailəmə düz-əməlli vaxt ayıra bilmirdim». İndi o, ailəsini dolandırmaq üçün çox vaxt və qüvvə tələb etməyən bir işdə işləyir.

Başqalarına kömək etməkdən sevinc duy

İsa demişdir ki, «vermək almaqdan daha böyük bəxtiyarlıq gətirir» (Həv. iş. 20:35). Məsihçilərin verməyə çoxlu imkanları var. Bəzən teokratik təyinatlarını canla-başla yerinə yetirənlərə mehribanlıqla gülümsəmək, əllərini sıxmaq və ya səmimi-qəlbdən minnətdarlıq bildirmək hər ikinizə də ehtiyac duyduğunuz sevinci bəxş edə bilər.

Həvari Pavel həmimanlılarını təşviq edirdi: «Cəsarətsizləri [‘qəmginləri’, YD] ruhlandırın, zəiflərə yardım edin» (1 Salon. 5:14). Kədərli olanlar problemlərinin öhdəsindən gəlmək üçün özlərini taqətsiz hiss edə bilərlər. Sən belə bacı-qardaşlara kömək əlini uzada bilərsənmi? Əgər qardaşlarından kiminsə Yehovaya xidmətdə sevincini itirdiyini görürsənsə, onu ruhlandırmağa çalış. Sən özün də ruhlanacaqsan. Bəzi problemlərin həlli insanların əlində deyil. Lakin sən şəfqət hissi göstərərək qardaşını təşviq edə bilərsən ki, hər zaman bizə dəstək olan Yehovaya arxalanmağı öyrənsin. Çünki Ona pənah aparanlar heç vaxt məyus olmayacaqlar (Məz. 27:10; Yeşaya 59:1).

Sevincini itirmiş adama kömək etmək üçün biz həm də onu xidmətə dəvət edə bilərik. İsa 70 şagirdini təbliğ etməyə göndərəndə onları «iki-iki» göndərmişdi (Luka 10:1). Yəqin, razılaşacaqsan ki, bu, hər iki nəfərə bir-birini ruhlandırmağa kömək edirdi. Sən də belə etməklə kiməsə yenidən sevincini bərpa etməyə kömək edə bilərsənmi?

Həyat qayğılarla doludur. Ancaq həvari Pavel bizi səsləyir: «Rəbbə aid olduğunuz üçün həmişə sevinin; və bir də deyirəm: sevinin» (Filip. 4:4). Allahı sevdiyin üçün Ona itaət et və Onun həvalə etdiyi işi səylə yerinə yetir. Sənin həyatın mənasız deyil, buna görə sevinməyə dəyər. Üstəlik, Yehova sənə məruz qaldığın təzyiqlərin və problemlərinin öhdəsindən gəlməyə kömək edir (Rom. 2:6, 7).

İman gözlərimizlə Yehovanın vəd olunmuş yeni dünyasının nə qədər yaxın olduğunu görürük. Bu necə də çoxlu xeyir-dua və sevinc gətirəcək! (Məz. 37:34). Yehovanın bizi artıq indidən nə qədər xeyir-dualandırdığını yadda saxlayaraq biz yaxşı əhval-ruhiyyəyə malik ola bilər və Yehovaya ‘sevinclə qulluq edə’ bilərik (Məz. 100:2).

[8-ci səhifədəki şəkil]

(Mətnin tam formasına nəşrin özündə baxın)

Sevincini qorumaq istəyirsənsə, vaxtını düzgün planlaşdırmağı öyrən

İSTİRAHƏT və ƏYLƏNCƏ

EV və AİLƏ QAYĞISI

İŞ

MƏSİHÇİ GÖRÜŞLƏRİ

ŞƏXSİ ÖYRƏNMƏ

XİDMƏT

[10-cu səhifədəki şəkil]

Başqalarına sevinclərini bərpa etməyə kömək edə bilərsənmi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş