Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 1/4 s. 26—29
  • Müqəddəs Kitab İsa haqqında hər şeyi açıqlayırmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitab İsa haqqında hər şeyi açıqlayırmı?
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Yunanca Müqəddəs Yazılar nə zaman və kimlər tərəfindən yazılıb?
  • Müqəddəs Kitab kanonunu kim tərtib edib?
  • Apokrifik yazıları fərqləndirən cəhətlər
  • Müqəddəs Kitab yazıçılarının dönüklük barədə xəbərdarlığı
Gözətçi qülləsi 2010
w10 1/4 s. 26—29

Müqəddəs Kitab İsa haqqında hər şeyi açıqlayırmı?

Müqəddəs Kitabda deyilir ki, İsa Yerusəlimdən bir az kənarda yerləşən Qolqotada öldürülmüşdür. Ola bilərmi ki, İsa ölməyib sağ qalsın? Doğrudanmı, o, Məcdəlli Məryəmlə evlənib oğul-uşaq sahibi olub? Yaxud da dünyanın bütün zövq və nemətlərindən əl çəkərək zahid kimi yaşayıb? Və nəhayət, Müqəddəs Kitabda oxuduqlarımıza zidd təlimlər öyrədibmi?

BU CÜR fərziyyələr son illər daha çox yayılmışdır. Buna populyar filmlərin və əsərlərin müəyyən qədər təsiri olmuşdur. Uydurma əsərlərdən başqa, diqqəti eramızın ikinci və üçüncü əsrlərində qələmə alınan və İsa haqqında Müjdələrdə buraxılan məqamları açıqladığını iddia edən apokrifik (Müqəddəs Kitab kanonuna daxil olmayan) yazılara yönəldən kitab və məqalələr çap olunur. Bu iddiaları əsaslı hesab etmək olarmı? Müqəddəs Kitabın İsa haqqında tam və dəqiq məlumat təqdim etdiyinə əmin ola bilərikmi?

Bu suallara cavab vermək üçün üç əsas məqamı nəzərdən keçirmək yaxşı olardı. Birincisi, Müjdəni yazan adamlar, eləcə də onları nə zaman yazdıqları barədə vacib məlumatları bilməliyik; ikincisi, Müqəddəs Kitab kanonunun kim tərəfindən və necə tərtib edildiyini öyrənməliyik; üçüncüsü, apokrifik yazıların mənşəyi və onların kanonik yazılardan nə ilə fərqləndiyi haqda məlumatımız olmalıdıra.

Yunanca Müqəddəs Yazılar nə zaman və kimlər tərəfindən yazılıb?

Bəzi mənbələrə əsasən, «Mattanın Müjdəsi» Məsihin ölümündən cəmi-cümlətanı səkkiz il sonra, eramızın təxminən 41-ci ilində yazılmışdır. Bir çox alimlər kitabın bir qədər gec yazıldığını düşünsələr də, Yunanca Müqəddəs Yazılara daxil olan bütün kitabların eramızın birinci əsrində qələmə alınması hamı tərəfindən qəbul olunur.

İsanın həyatının, ölümünün və dirilməsinin şahidi olanlar həmin vaxtlar hələ sağ idilər. Onlar Müjdədə yazılanların dəqiqliyini yoxlaya bilərdilər. Həmçinin düzgün olmayan hər bir məlumatı asanlıqla ifşa edə bilərdilər. Professor F. F. Brüs qeyd edir: «Həvarilərin təbliğinin güclü cəhətlərindən biri əminliklə dinləyicilərin bildikləri şeylərdən danışmaları idi; onlar təkcə “biz bu şeylərin şahidiyik” yox, həm də “özünüz də bildiyiniz kimi” deyirdilər (Həvarilərin işləri 2:22)».

Bəs Yunanca Müqəddəs Yazıları kimlər yazıb? Onun yazılmasında İsanın 12 həvarisindən bəziləri iştirak etmişdir. Müqəddəs Kitabı yazanlardan bəziləri, məsələn, Yaqub, Yəhuda və ola bilsin, Mark eramızın 33-cü ilində məsihçi yığıncağının əsası qoyulduğu Pentikost günündə iştirak edirdilər. Pavel də daxil olmaqla, bütün yazıçılar erkən məsihçi yığıncağının Yerusəlimdəki həvarilərdən və ağsaqqallardan ibarət olan ilk rəhbərlik şurası ilə sıx əməkdaşlıq edirdilər (Həvarilərin işləri 15:2, 6, 12—14, 22; Qalatiyalılara 2:7—10).

İsa davamçılarına özünün başladığı təbliğ və təlim işini davam etdirməyi tapşırmışdı (Matta 28:19, 20). O hətta demişdi: «Sizi dinləyən Məni dinləyir» (Luka 10:16). Bir qədər sonra İsa həmin işi görmək üçün onlara lazım olan Allahın müqəddəs ruhunu, yəni fəal qüvvəsini verəcəyini vəd etmişdi. Beləliklə, erkən məsihçilər həvarilərin və onların yaxın əməkdaşlarının — Allahın müqəddəs ruhu ilə xeyir-dualandığı açıq-aydın görünən adamların yazılarını təbii olaraq nüfuzlu mənbə kimi qəbul edirdilər.

Müqəddəs Kitabı yazanlardan bəziləri digərlərinin yazdıqlarının mötəbər olduğunu və Allahdan ilham aldığını təsdiq etmişlər. Məsələn, həvari Peter Pavelin məktublarına istinad edərək onları ‘digər Müqəddəs Yazılarla’ bərabər tutmuşdu (2 Peter 3:15, 16). Pavel də öz növbəsində həvarilərin və digər məsihçi peyğəmbərlərin Allahdan ilham aldığını etiraf etmişdi (Efeslilərə 3:5).

Buna görə də Müjdələrin etibarlı və nüfuzlu olduğunu əminliklə söyləmək olar. Onlar əfsanə, yaxud nağıl deyil. Orada şahidlərin sözlərinə əsaslanan və Allahın müqəddəs ruhu ilə ilhamlanan insanların yazdığı dəqiq tarixi faktlar qələmə alınıb.

Müqəddəs Kitab kanonunu kim tərtib edib?

Bəzilərinin fikrincə, Yunanca Müqəddəs Yazıların kanonu əsrlər sonra imperator Konstantinin rəhbərliyi altında böyük nüfuza malik olan kilsə tərəfindən tərtib edilmişdir. Lakin faktlar başqa şeyi deyir.

Məsələn, görün kilsə tarixi üzrə professor Oskar Skarsaune nə deyir: «Hansı yazıların Əhdi-Cədidə daxil olacağı, hansıların isə daxil olmayacağı heç vaxt kilsə şurası və ya hər hansı bir şəxs tərəfindən müəyyən edilmirdi... Meyar aydın və məntiqi idi: eramızın birinci əsrində qələmə alınan və həvarilərin, yaxud onların əməkdaşlarının yazdığı hesab olunan Yazılar mötəbər sayılırdı. Sonralar qələmə alınan digər yazılar, məktublar və ya “müjdələr” kanona daxil edilmirdi... Bu proses əsasən Konstantindən və onun nüfuzlu kilsəsinin təsis olunmasından çox əvvəl başa çatmışdı. Yunanca Müqəddəs Yazıları tərtib edən nüfuzlu kilsə deyil, iman uğrunda təqib edilən məsihçilər olmuşdur».

Yunanca Müqəddəs Yazıları tədqiq edən professor Ken Berdinq kanonun yaranması ilə bağlı belə şərh verir: «Kilsə xoşuna gələn kitabları seçib daxil etməklə kanonu tərtib etməmişdi; məsihçilərin həmişə Allahın nüfuzlu Kəlamı hesab etdiyi kitabları kilsənin qəbul etdiyini demək daha düzgün olardı».

Bəs kanona hansı kitabların daxil olacağını birinci əsrdə yaşamış sadə məsihçilərmi müəyyən etmişdi? Müqəddəs Kitabda deyilir ki, bu işdə daha vacib və güclü bir şeyin rolu olmuşdur.

Müqəddəs Kitaba əsasən, ilk onilliklər ərzində məsihçi yığıncağına verilən ruhun ənamlarından biri «ilham almış sözləri dərk etmək» idi (1 Korinflilərə 12:4, 10, YD). Beləliklə, həmin məsihçilərdən bəzilərinə hansı sözlərin Allahdan ilham aldığını, hansıların insan fikri olduğunu başa düşmək kimi fövqəltəbii bacarıq verilmişdi. Bu səbəbdən, müasir məsihçilər əmin ola bilərlər ki, Müqəddəs Yazılara daxil olan kitabların Allahdan ilham aldığı təsdiq olunmuşdur.

Bütün bunları nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, Müqəddəs Kitab kanonu erkən mərhələdə müqəddəs ruhun rəhbərliyi ilə tərtib olunmuşdur. Eramızın ikinci əsrinin sonlarından etibarən, bəzi yazıçılar Müqəddəs Kitaba daxil olan kitabların kanonik olduğuna dair şərhlər verməyə başladılar. Lakin bu yazıçılar kanonu tərtib etməmişdi; onlar sadəcə olaraq müqəddəs ruhun rəhbərliyi altında olan insanların vasitəsilə Allahın təsdiq etdiyi kitabların doğruluğuna şahidlik etmişdilər.

Həmçinin qədim əlyazmalar da bu gün hamı tərəfindən qəbul olunan kanonun lehinə inandırıcı sübutlar təqdim edir. Yunanca Müqəddəs Yazıların orijinal dildə 5 000-dən çox əlyazması var. Onların bəziləri eramızın ikinci və üçüncü əsrinə aiddir. Apokrifik yox, məhz bu yazılar eramızın ilk əsrlərində nüfuzlu mənbə hesab olunur, buna görə də üzü köçürülərək yayılırdı.

Lakin bu kitabların kanonikliyinə ən güclü sübut onların özündə yerləşən dəlillərdir. Kanonik yazılar Müqəddəs Yazıların digər kitablarında olan ‘səhih sözlərə’ uyğundur (2 Timoteyə 1:13). Onlar oxucuları həm Yehovanı sevməyə, ona xidmət və ibadət etməyə təşviq edir, həm də mövhumatlardan, cinlərə və xilqətə ibadət etməkdən çəkindirir. Orada tarixi baxımdan dəqiq məlumatlar və yerinə yetən peyğəmbərliklər yerləşir. Üstəlik, onlar oxucunu insanları sevməyə səsləyir. Bəli, Yunanca Müqəddəs Yazıların bu cür səciyyəvi xüsusiyyətləri vardır. Bəs eyni sözləri apokrifik yazılar haqqında da demək olarmı?

Apokrifik yazıları fərqləndirən cəhətlər

Apokrifik yazılar kanonik yazılardan köklü şəkildə fərqlənir. Onlar kanonik yazılardan xeyli sonra, eramızın təxminən ikinci əsrinin ortalarından başlayaraq yazılmışdır. Həmin kitablarda İsa və məsihçilik haqqında deyilənlər ilhamlanmış Müqəddəs Yazılara uyğun gəlmir.

Məsələn, Tomanın apokrifik müjdəsində İsaya bir neçə qəribə fikir şamil edilir. Guya Məryəmin səmavi Padşahlığa daxil olması üçün İsa onu kişiyə çevirəcəyini deyir. «Tomanın Müjdəsi»ndə İsa qəsdən başqa uşağın ölümünə bais olan alçaq bir uşaq kimi təsvir olunur. Apokrifik kitablar olan «Pavelin işləri» və «Peterin işləri»ndə cinsi əlaqədən tamamilə uzaq durmağın vacibliyi vurğulanır və həvarilər qadınları öz ərlərindən ayrılmağa təşviq edirlər. «Yəhudanın Müjdəsi»ndə İsa qidaya görə Allaha şükür edən şagirdlərinə gülür. Bu cür fikirlər kanonik kitablarda yazılanlara tamamilə zidd gedir (Mark 14:22; 1 Korinflilərə 7:3—5; Qalatiyalılara 3:28; İbranilərə 7:26).

Apokrifik yazıların çoxu Yaradanın, Yehovanın yaxşı Allah olduğuna inanmayan qnostiklərin etiqadlarını əks etdirir. Onların fikrincə, dirilmə hərfi mənada başa düşülməməlidir, bütün fiziki cisimlər şərdir, nikahın və törəmənin banisi isə Şeytan olub.

Bir çox apokrifik kitabları yanlış olaraq Müqəddəs Kitab personajlarının adına çıxarırlar. Bəlkə, kimlərsə məkrli niyyətlə dilbir olub bu kitabları Müqəddəs Yazılardan çıxarıblar? Apokrifik kitablar üzrə mütəxəssis olan R. Ceyms belə deyir: «Kiminsə onları Əhdi-Cədiddən çıxarmasına ehtiyac yoxdur, onlar özləri özlərini oradan çıxarmışlar».

Müqəddəs Kitab yazıçılarının dönüklük barədə xəbərdarlığı

Kanonik yazılarda məsihçi yığıncağına pozucu təsir göstərəcək dönüklüyün qaçılmaz olduğuna dair çoxsaylı xəbərdarlıqlar yerləşir. Əslində, bu dönüklük artıq birinci əsrdə baş qaldırmağa başlamışdı. Lakin həvarilər onun yayılmasının qarşısını alırdılar (Həvarilərin işləri 20:30; 2 Salonikililərə 2:3, 6, 7; 1 Timoteyə 4:1—3; 2 Peter 2:1; 1 Yəhya 2:18, 19; 4:1—3). Belə xəbərdarlıqlar həvarilərin ölümündən sonra meydana çıxan və İsanın təlimlərinə zidd gedən yazıları ifşa edir.

Ola bilsin, bu yazılar çoxdan yazılıb, elə bu səbəbdən də bəzi tarixçilər və alimlər üçün olduqca dəyərlidir. Amma gəlin bir az düşünək: əgər alimlər bu gün çap olunan dedi-qodu jurnallarından, radikal dini cərəyanların nəşrlərindən məntiqi dayağı olmayan məlumatları bir yerə toplayıb, zirzəmidə saxlasaydılar, vaxt keçdikdən sonra həmin yazılar mötəbər və etibarlı olardımı? 1 700 il keçdikdən sonra həmin vərəqlərdəki yalan və cəfəngiyatlar sadəcə qədimi olduğuna görə həqiqətə çevrilərdimi?

Sözsüz ki, yox! Eyni sözləri İsanın Məcdəlli Məryəmlə ailə qurması və digər ağlasığmaz fikirlərin yer aldığı apokrifik kitablar haqqında da demək olar. Əlimizdə etibarlı mənbələr olduğu halda, axı nə üçün bu cür mötəbər olmayan mənbələrə inanaq? Allahın Öz Oğlu haqqında bilməyimizi istədiyi hər bir şey Müqəddəs Kitabda — etibar edə biləcəyimiz mənbədə yazılıb.

[Haşiyə]

a «Kanon» sözü Müqəddəs Yazılara daxil olan və Allahdan ilham aldığına inandırıcı sübut təqdim edən kitablar toplusuna aid edilir. Adətən 66 kitab kanonik və Allahın Kəlamının ayrılmaz hissəsi hesab olunur.

[26-cı səhifədəki şəkil]

(Mətnə nəşrin özündə baxın)

İSANIN HƏYATI MÜQƏDDƏS KİTABIN APOKRİFİK

YUNANCA OLAN HİSSƏSİNİN KİTABLARIN

YAZILMASI YAZILMASI

b. e. ə. 2 b. e. 33 41 98 130 300

[İcazə ilə]

Kenneth Garrett/National Geographic Image Collection

[28-ci səhifədəki şəkil]

Həvari Pavelin möcüzələr göstərməsi, hətta ölüləri diriltməsi Allahın ruhunun ona dayaq olduğuna və yazılarına ilham verdiyinə güclü sübut idi

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş