Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/5 s. 6—7
  • Nəyə görə yaşlılara hörmət etməliyik?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nəyə görə yaşlılara hörmət etməliyik?
  • Gözətçi qülləsi 2010
  • Oxşar material
  • Yehova nəvazişlə yaşlı xidmətçilərinin qayğısına qalır
    Gözətçi qülləsi 2008
  • Aranızda olan yaşlılara hörmət edin
    Gözətçi qülləsi 2014
  • Yaşlı adamlara qayğı göstərmək məsihçi məs’uliyyətidir
    Gözətçi qülləsi 2004
  • Həmimanlılarına hörmət göstərməkdə təşəbbüsü üzərinə götürürsənmi?
    Gözətçi qülləsi 2010
Əlavə
Gözətçi qülləsi 2010
w10 15/5 s. 6—7

Nəyə görə yaşlılara hörmət etməliyik?

KALİFORNİYA (ABŞ) sahillərində dünyada ən çox şəkli çəkilən ağaclardan biri bitir. Bu ağac Tənha sərv ağacı kimi tanınır. Deyilənlərə görə, onun 250-dən çox yaşı var. Davamlılığı ilə tanınan bu yaraşıqlı ağaca müxtəlif üsullarla qayğı göstərilir. Məsələn, o, troslarla bərkidilib, bünövrəsi ətrafında isə daş hörgü çəkilib.

Tənha sərv ağacı bizə aramızda qeyri-adi təhəmmül göstərən yaşlı məsihçiləri xatırlada bilər. Bu xüsusiyyət çox şeydə, məsələn, xoş xəbəri təbliğ etmələrində özünü büruzə verir. Yoel peyğəmbərlik etmişdi ki, ‘ağsaqqallar’ Müqəddəs Kitab xəbərini bəyan edəcəklər (Yoel 2:28—32; Həv. iş. 2:16—21). Bu bacı-qardaşların başqalarının «Səmavi Səltənət haqqında olan Müjdə» barədə öyrənməsinə kömək etmək üçün nə qədər vaxt sərf etdikləri barədə bir düşünün! (Mat. 24:14). Saçlarına dən düşən Padşahlığın bu təbliğçilərindən bəziləri illərlə təqiblərə və digər çətinliklərə tab gətirmişlər. Əgər öz davamlılığı ilə tanınan sadə sərv ağacı hörgü və troslarla bərkidilibsə, onda aramızdakı yaşlılar da bizim onları sayıb hörmət və ehtiram göstərməyimizə daha çox layiq deyillərmi?!

Yehova Allah qədimdə Öz xalqına əmr etmişdi: «Yaşlıların qarşısında ayağa durun, ağsaqqallara hörmət eləyin» (Lev. 19:32). Yehovanın müasir xidmətçiləri arasında onilliklərlə ‘Allahın önündə gəzən’ sadiq insanların gözəl nümunələrini görürük (Mik. 6:8). Müqəddəs Kitab prinsiplərini tətbiq etməyə davam etdikləri üçün, həqiqətən də, onların ‘ağaran saçları şərəf tacıdır’ (Sül. məs. 16:31).

Həvari Pavel gənc Timoteyə nəsihət vermişdi: «Ağsaqqalı [«sərtliklə», YD] məzəmmətləmə». Əksinə, Timotey yaşlı kişiyə ‘atasına yalvardığı kimi, ağbirçəklərə [isə] anasına yalvardığı kimi’ yalvarmalı idi (1 Tim. 5:1, 2). Mahiyyət etibarı ilə, Timotey ağsaçlının qarşısında ‘ayağa durmalı’ idi. Buradan aydın görünür ki, Yehova bizim yaşlı insanlarla hörmətlə danışmağımızı istəyir.

«Bir-birinizi hörmətdə qabaqlayın»,— deyə Romalılara 12:10 ayəsində qeyd edilir. Şübhə yoxdur ki, yığıncağın nəzarətçiləri yaşlı məsihçilərə hörmət göstərirlər. Amma hər birimiz hörmət göstərməkdə bir-birimizi qabaqlamalıyıq.

Əlbəttə, valideynlərinin və nənə-babalarının qayğısına qalmaq məsuliyyəti əsas etibarı ilə övladların üzərinə düşür. İnsanlar Tənha sərv ağacını qorumağın yeni üsullarını axtardıqları kimi, biz də yaşlı valideynlərimizə və nənə-babalarımıza ləyaqətlərini qoruyub saxlamağa kömək etmək üçün müxtəlif yollar axtarmalıyıq. Məsələn, bizdə diqqətlə qulaq asmaq bacarığı olsa, onların hisslərini nəzərə almadan hansısa işi istədiyimiz kimi görməyə təkid etməyəcəyik (Sül. məs. 23:22; 1 Tim. 5:4).

Yaşlı həmimanlılarımız Yehova üçün çox əzizdir. O, onları heç vaxt tərk etmir (Məz. 71:18). Sədaqətlə xidmət etmələri üçün həqiqi Allah onları möhkəmləndirir. Gəlin biz də daima yaşlı bacı-qardaşlarımıza dayaq olaq və onlara hörmət göstərək.

[7-ci səhifədəki şəkillər]

Tənha sərv ağacı dayağa ehtiyac duyduğu kimi, yaşlılar da bizim onlara hörmət və ehtiram göstərməyimizə ehtiyac duyurlar

[İcazə ilə]

American Spirit Images/age fotostock

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş