Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 1/7 s. 13
  • Allahın başlanğıcı var?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın başlanğıcı var?
  • Gözətçi qülləsi 2010
  • Oxşar material
  • Allahı kimsə yaradıb?
    Gözətçi qülləsi: Allahı kimsə yaradıb?
  • Allahla tanışlıq
    Gözətçi qülləsi 2015
  • Yehova bizə günlərimizi saymağı öyrədir
    Gözətçi qülləsi 2002
  • Yaradanımızı yaxından tanıyaq
    Müqəddəs Kitab təlimləri
Əlavə
Gözətçi qülləsi 2010
w10 1/7 s. 13

Oxucularımız soruşur...

Allahın başlanğıcı var?

▪ Müqəddəs Kitab birmənalı olaraq deyir ki, Allahın başlanğıcı yoxdur. Allah həmişə mövcud olub. Bu həqiqəti anlamaq nə qədər çətin olsa da, sadəcə bunu tam başa düşmədiyimiz üçün onu inkar etmək düzgün olmazdı.

Məgər biz Allahın bütün yollarını başa düşə bilərik? Allahın görkəmli xidmətçilərindən biri olan həvari Pavel yazmışdı: «Ey Allahın zənginlik və hikmət və elminin dərinliyi! Onun hökmləri nə dərəcədə ağlasığmaz və Onun yolları nə dərəcədə kəşfedilməzdir!» (Romalılara 11:33). Balaca uşaq valideynlərinin etdiyi hər şeyi axıradək anlaya bilərmi? Xeyr. Biz də Allahın hikmət və biliyinin dərinliyini tam anlamağa qadir deyilik. Həvari Pavelin Allahdan ilham alaraq yazdığı bu sözlər əsas etibarilə Allahın hikmət və mərhəmətinin misilsiz olduğuna işarə edir. Lakin buradan belə qənaətə gəlmək olar ki, Yehova Allahın şəxsiyyətinin və işlərinin müəyyən yönləri olduqca dərin olduğundan onları anlamaq bizim üçün qeyri-mümkündür. Sözsüz, Allahın başlanğıcının olmaması faktı onlardan biridir. Bununla belə, biz tam əmin ola bilərik ki, Müqəddəs Kitabda Allah haqqında deyilənlərin hamısı həqiqətdir. İsa Məsih Allahın sözləri haqda demişdi: «Sənin sözün həqiqətdir» (Yəhya 17:17).

Musa peyğəmbər Yehova Allaha belə dua etmişdi: «Əzəldən axıradək Allah Sənsən» və ya başqa tərcüməyə əsasən, «Sən həmişə var olmusan və həmişə olacaqsan» (Məzmur 90:2). Burada Musa peyğəmbər Allahın keçmişdə və gələcəkdə mövcud olması barədə danışır. Gələcəyə gəldikdə, Yehova ‘əbədi Yaşayan’ Allahdır (Vəhy 4:10). Beləliklə, Allah sonsuzadək mövcud olacaq. Keçmişə gəldikdə isə, Allah nə yaradılıb, nə də ki Onun başlanğıcı olub. O, həmişə mövcud olub.

Çoxlarımız mücərrəd anlayışları başa düşməkdə çətinlik çəkirik. Buna nümunə olaraq riyaziyyatda müsbət və mənfi ədədlər kimi mürəkkəb anlayışı gətirmək olar. Bildiyimiz kimi, ədədlər müsbət və mənfi sonsuzluğadək artır və azalır. Bəzən bunu sadəcə bir fakt kimi qəbul etməkdən başqa çarəmiz qalmır. Bu nümunə bizə Allahın nə qədər vaxt mövcud olduğunu başa düşməyə kömək edir.

Bu səbəbdən, «əbədiyyət Padşahı» (YD) titulunu daşımağa yalnız və yalnız O layiqdir (1 Timoteyə 1:17). Bir düşünün: İsa Məsihin, göydəki saysız-hesabsız mələklərin və yer üzündə yaşayan bütün insanların başlanğıcı var, çünki onlar yaradılıblar (Koloslulara 1:15, 16). Lakin Allah haqqında bunu demək olmaz. Yaradanın yaradıldığını iddia etmək, əslində, ağılsızlıqdır, çünki bununla ortaya «Bəs onu kim yaradıb?» sualı çıxır. Və bu «bəs»lər heç vaxt bitməyəcək. Bəli, təkcə Yehova Allah «əbədi olaraq mövcuddur» (Daniel 6:26). Başqa sözlərlə desək, Allah «bütün əsrlərdən əvvəl» mövcud idi (Yəhuda 25).

Bununla belə, Allahın əbədiyyət boyu mövcud olması sadəcə quru fakt deyil. Musanın duası üzərində dərindən düşünsək, aydın olar ki, Allahın əbədiyyən mövcud olması Onun əbədi həyata dair bizə verdiyi gözəl vədinə inanmağımıza möhkəm əsas verir. Həyatı bir göz qırpımında keçib gedən insanlardan fərqli olaraq, Allah nəsildən-nəslə ‘pənah yeridir’. Qayğıkeş Yaradanımız Yehova Allah həmişə Öz xalqının yanında olub, indi də var və daima olacaqdır. Bəli, bu heyrətamiz həqiqət bizə əsil təsəlli verir! (Məzmur 90:1).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş