Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/7 s. 29—31
  • Təlim vermək işi ilə məşğul ol

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Təlim vermək işi ilə məşğul ol
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • Böyük Müəllimi təqlid et
  • «Bazar meydanında» öyrədirdi
  • Dinləyiciyə maraqlı olan mövzular seç
  • Nəzakətli ol və ayrı-seçkilik etmə
  • Vaxtın gözləmədiyini vurğula
  • İnsanlar müxtəlif cür münasibət göstərirlər
  • Bizim üçün ibrət dərsləri
  • «Allahı axtarsınlar,.. tapa bilsinlər»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • İnsanlarla mülahizə yürütmək məharətini inkişaf etdir
    Müqəddəs ibadətimiz 2005
  • Pavelin nümunəsini təqlid edərək ruhən inkişaf et
    Gözətçi qülləsi 2008
  • Bulus «ətraflı şəhadət» verirdi
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
Əlavə
Gözətçi qülləsi 2010
w10 15/7 s. 29—31

Təlim vermək işi ilə məşğul ol

«SİZ Mənə “Müəllim” və “Rəbb” deyirsiniz və doğru söyləyirsiniz, ona görə ki, Mən Oyam» (Yəh. 13:13). İsa şagirdlərinə bu sözləri deməklə özünün müəllim olduğunu vurğulayırdı. Göyə qalxmazdan əvvəl o, şagirdlərinə belə bir göstəriş verdi: «Beləliklə, gedin, bütün xalqları şagirdim edin,.. sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin» (Mat. 28:19, 20). Sonralar həvari Pavel də Allahın Kəlamının müəllimləri olmağın vacibliyini vurğulamışdı. O, məsihçi ağsaqqal kimi xidmət edən Timoteyə belə bir nəsihət vermişdi: «Nəsihət və təlim verməklə məşğul ol... Bu işlərə fikir ver və onlarla məşğul ol ki, sənin tərəqqin hamıya aşkar olsun» (1 Tim. 4:13—15).

I əsrdə olduğu kimi, bu gün də təlim vermək işi təbliğ xidmətimizin və yığıncaq görüşlərimizin ayrılmaz bir hissəsidir. Bəs biz təlim vermək işi ilə necə məşğul ola bilərik və bu, bizə Allahın Kəlamının müəllimləri kimi tərəqqi etməkdə necə kömək edəcək?

Böyük Müəllimi təqlid et

İsanın təlim vermə tərzi çoxlarında maraq oyadırdı. Gəlin Nazaretdəki sinaqoqda toplaşan insanların onun sözlərinə necə münasibət göstərdiklərinə diqqət yetirək: «Hamı... Onun haqqında yaxşı sözlər söyləyir, Onun ağzından çıxan lətif kəlamlara heyran olur», — deyə müjdələrdən birini qələmə alan Luka yazır (Luka 4:22). İsanın şagirdləri də təbliğ edərkən öz Müəllimlərinin nümunəsini izləyirdilər. Eləcə də həvari Pavel öz həmimanlılarını təşviq edərək deyirdi: «Mən Məsihi təqlid etdiyim kimi, siz də məni təqlid edin» (1 Kor. 11:1). Pavel İsanın təlim üsullarını təqlid etdiyi üçün o, insanlar qarşısında və evdən-evə təlim verməkdə çox müvəffəqiyyətli idi (Həv. iş. 20:20).

«Bazar meydanında» öyrədirdi

«Həvarilərin işləri» kitabının 17-ci fəslindən Pavelin insanlar qarşısında necə gözəl təlim verdiyini görə bilərik. Burada biz onun Yunanıstanın Afina şəhərinə gəlişi barədə oxuyuruq. Pavel hara baxdısa, hər yerdə — küçələrdə, ictimai yerlərdə — çoxlu bütlər gördü. Əlbəttə, bu heç də Pavelin xoşuna gəlmədi! Lakin o, hisslərinin ona üstün gəlməsinə yol vermədi. Əksinə, o, «havrada... və hər gün bazar meydanında rastlaşdığı adamlarla söhbət edirdi», başqa sözlə desək, mülahizə yürüdürdü (Həv. iş. 17:16, 17, İ—93). Bu, bizim üçün necə də gözəl nümunədir! Təbliğ edərkən, mənşəyindən asılı olmayaraq, heç kimi mühakimə etməməliyik, əksinə, hamı ilə hörmətcil tərzdə danışmalıyıq. Bu, səmimi insanları bizə qulaq asmağa təşviq edəcək və onlar yalan dinin əsarətindən azad olacaqlar (Həv. iş. 10:34, 35; Vəhy 18:4).

Pavel bazar meydanlarında təbliğ edərkən çoxları onun bəyan etdiyi xəbərə hay vermirdilər. Paveli dinləyənlərin arasında filosoflar da vardı və onların nöqteyi-nəzəri onun təbliğ etdiyi həqiqətlərə zidd gedirdi. O, mübahisəyə girişənlərin dediklərini nəzərə alırdı. Bəziləri onu «boşboğaz» (hərfi mənada «toxum yığan») adlandırırdı. Digərləri isə deyirdilər ki, o, «əcnəbi tanrıları təbliğ edən bir adama bənzəyir» (Həv. iş. 17:18).

Lakin Pavel başqalarının acı sözlərinin onu məyus etməsinə yol vermədi. Əksinə, ondan öyrətdiklərini izah etməyi xahiş edəndə o, fürsətdən istifadə edib gözəl çıxış etdi. Bu isə onun məharətlə öyrətmək bacarığının olduğunu göstərir (Həv. iş. 17:19—22; 1 Pet. 3:15). Gəlin onun bu çıxışını təfsilatı ilə nəzərdən keçirək və görək, ondan bu sahədə nə öyrənə bilərik.

Dinləyiciyə maraqlı olan mövzular seç

Pavel demişdi: «Ey Afina ərləri! Mən sizi hər şeydə çox dindar görürəm. Çünki ibadət etdiyiniz ziyarətgahları gəzib tədqiq edərkən, mən bir qurbangah da tapdım. Onun üstündə “Naməlum Allaha” sözü yazılmışdır. Bax bu, bilməyərək ibadət etdiyiniz Varlığı mən sizə təbliğ edirəm» (Həv. iş. 17:22, 23).

Pavel çox diqqətcil insan idi, onun diqqətindən heç nə yayınmırdı. Ətrafına diqqətlə göz gəzdirməyin sayəsində o, həmsöhbəti haqqında çox şey öyrənirdi. Diqqətli olsaq, ev sahibi barəsində biz də nə isə öyrənə bilərik. Məsələn, həyət-bacada gördüyümüz oyuncaqlar və ya qapının üstündə asılan hansısa əşya bizə ev sakinləri haqqında çox şey deyə bilər. Ev sahibi haqqında müəyyən təsəvvürümüz yarandıqdan sonra təkcə nə deyəcəyimiz barədə yox, həm də necə deyəcəyimiz barədə düşünməliyik (Kolos. 4:6).

Pavel insanları heç vaxt mühakimə etmirdi. Məsələn, afinalılarla söhbət edərkən onların Allaha sədaqətlə ehtiram bəslədiklərinə, lakin bunun dəqiq biliyə əsaslanmadığına diqqət yetirdi. Buna görə Pavel onları tənqid etmədi, əksinə, sadəcə həqiqi Allaha necə ibadət etməli olduqlarını aydın göstərdi (1 Kor. 14:8). Padşahlıq haqqında xoş xəbəri təbliğ edərkən bizim də aydın və müsbət tərzdə danışmağımız çox vacibdir!

Nəzakətli ol və ayrı-seçkilik etmə

Pavel əlavə edib deyir: «Dünyanı və onun içində olan bütün şeyləri yaradan Allah, göy və yerin Rəbbi olduğundan, əl ilə tikilmiş məbədlərdə yaşamaz. Madam ki, hamıya həyat, nəfəs və hər şeyi verən Özüdür, bir şeyə möhtac imiş kimi, insanların əlləri ilə Ona xidmət oluna bilməz» (Həv. iş. 17:24, 25).

Pavel burada Yehovanı nəzakətlə «göy və yerin Rəbbi» adlandırmaqla göstərir ki, O, bizim Həyatverənimizdir. Müxtəlif dinə və mədəniyyətlərə mənsub olan səmimi-qəlbli insanlara həyatın Mənbəyinin Yehova Allah olduğunu başa düşməyə kömək etmək bizim üçün böyük şərəfdir! (Məz. 36:9).

Sonra Pavel deyir: «O, bütün xalqlardan olan insanları bir qandan yaratdı... Onların qabaqcadan müəyyən edilmiş vaxtlarını və yaşadıqları yerlərin sərhədlərini təyin etdi ki, Allahı axtarsınlar və bəlkə əl ilə yoxlaya-yoxlaya tapsınlar. Amma bununla bərabər, O heç birimizdən uzaq deyil» (Həv. iş. 17:26, 27).

Öz təlim vermə tərzimizlə biz başqalarına nə cür Allaha ibadət etdiyimizi göstəririk. Yehova ayrı-seçkilik etmir, O, bütün xalqlardan olan insanların Onu axtarıb tapmasına icazə verir. Eynilə, biz də qarşılaşdığımız insanlar arasında ayrı-seçkilik etmədən Allah haqqında hamıya danışmalıyıq. Biz Yaradanın mövcudluğuna inanan insanlara Onunla yaxın münasibət qurmağa kömək etməyə çalışırıq, bu da onlara əbədi xeyir-dualar qazanmağa kömək edə bilər (Yaq. 4:8). Bəs biz Allahın varlığına şübhə ilə yanaşanlara necə kömək edə bilərik? Bunda bizə Pavelin nümunəsi kömək edə bilər. Gəlin onun növbəti sözlərinə diqqət yetirək.

«Biz Onunla yaşayırıq, hərəkət edirik və varıq; necə ki, sizin şairlərinizdən bəziləri də demişdir: “Biz də Onun nəsliyik”. Beləliklə, biz Allahın nəsli olduğumuza görə düşünməməliyik ki, ilahi Varlıq, insan sənəti və təxəyyülü ilə surət alan qızıla, ya gümüşə, yaxud da daşa bənzəyir» (Həv. iş. 17:28, 29).

Pavel dinləyicilərinin onun dediklərinə qulaq asmaları üçün çıxışında afinalılara çox yaxşı tanış olan şairin sözlərini gətirir. Eynilə biz də dinləyicilərimizdə maraq oyada biləcək ümumi mövzular əsasında mülahizə yürüdə bilərik. Məsələn, Pavelin ibranilərə məktubunda evlə bağlı çəkdiyi nümunə bu günə qədər öz təsirini itirməyib. Biz orada oxuyuruq: «Hər bir evin bənnası vardır, hər şeyin bənnası isə Allahdır» (İbr. 3:4). Təbliğ etdiyimiz insanlarla bu sadə nümunə əsasında mülahizə yürütsək, bu, onlara dediklərimizin həqiqət olduğuna inanmağa kömək edəcək. Gəlin Pavelin çıxışında təlimi effektiv edən başqa bir amilə nəzər salaq; bu, bizi dinləyənləri hərəkətə təşviq etməkdir.

Vaxtın gözləmədiyini vurğula

Pavel deyir: «Deməli, Allah cəhalət zamanlarına göz yumdu; indi isə hər yerdə insanlara əmr edir ki, hamı tövbə etsin. Çünki Allah elə bir gün təyin etdi ki, o gün seçdiyi Adam vasitəsi ilə dünyaya ədalətlə hökm edəcəkdir» (Həv. iş. 17:30, 31).

Allahın müəyyən müddət ərzində pisliklərə yol verməsi əslində ürəyimizdə nə olduğunu göstərməyə imkan verir. Buna görə də bizim vaxtın gözləmədiyini vurğulamağımız və tezliklə Padşahlığın gətirəcəyi xeyir-dualar haqqında əminliklə danışmağımız olduqca vacibdir (2 Tim. 3:1—5).

İnsanlar müxtəlif cür münasibət göstərirlər

«Ölülərdən dirilməyi eşitdikdə, bəziləri kinayə ilə güldü, amma başqaları: “Bu haqda səni yenə dinləyərik”, — dedilər. Beləliklə, Pavel onların arasından çıxdı. Bəzi adamlar isə ona qoşulub iman etdilər» (Həv. iş. 17:32—34).

Bəzi insanlar çatdırdığımız xəbərə tez hay verir, digərlərinin isə dediklərimizin doğruluğuna əmin olmaları üçün daha çox vaxt tələb olunur. Ancaq həqiqəti sadə və aydın izah etməyin sayəsində bir nəfərə belə Yehova haqqında dəqiq biliyə yiyələnməyə kömək etmək insana böyük məmnunluq hissi gətirir. Biz Allaha çox minnətdarıq ki, O, insanları Öz Oğluna yaxınlaşdırmaq üçün bizdən istifadə edir! (Yəh. 6:44).

Bizim üçün ibrət dərsləri

Pavelin çıxışından Müqəddəs Kitab həqiqətlərini başqalarına necə izah etmək barədə çox şey öyrənirik. Yığıncaqda açıq məruzə ilə çıxış edəndə Paveli təqlid edərək elə ifadələr seçməliyik ki, başqalarına Müqəddəs Kitab həqiqətlərini başa düşməyə və qəbul etməyə kömək edək. Biz istəyirik ki, həqiqəti aydın, eyni zamanda da başqa əqidəyə sahib olan insanların hisslərinə toxunmadan çatdıraq. Həmçinin biz təbliğ xidmətində də inandırıcı və nəzakətli tərzdə danışmağa çalışırıq. Belə etməklə biz həqiqətən də Pavelin «təlim verməklə məşğul ol» məsləhətinə riayət etmiş oluruq.

[30-cu səhifədəki şəkil]

Pavel aydın, sadə və nəzakətlə təlim verirdi

[31-ci səhifədəki şəkil]

Biz təbliğ etdiyimiz insanların hisslərini nəzərə almaqla Paveli təqlid edirik

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş