Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 1/10 s. 8—9
  • Dünyanın sonu artıq onları qorxutmur

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dünyanın sonu artıq onları qorxutmur
  • Gözətçi qülləsi 2010
  • Oxşar material
  • Həyatımıza məna qatan nədir?
    Gözətçi qülləsi 2013
  • Mən kiməm?
    Gənclərin 10 sualına cavab
  • Şirnikdirici təkliflərə necə qarşı dura bilərəm?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Cinsi təcavüz haqda nəyi bilməliyəm? II hissə: Emosional yaranın sağalması
    Gənclərin sualları
Gözətçi qülləsi 2010
w10 1/10 s. 8—9

Dünyanın sonu artıq onları qorxutmur

TƏXMİNƏN 1970-ci illərin sonuna yaxın Qeri və Karen belə qənaətə gəldilər ki, dünyanın sonu yaxınlaşır. Onlar xilas olmaq istəyirdilər və buna görə də kəndə köçmək qərarına gəldilər ki, sivilizasiyada öyrəşdikləri həyat tərzindən asılı olmasınlar.

Lazımi bacarıqlara yiyələnmək üçün onlar kitablar alıb, müxtəlif kurs və seminarlara qatılırdılar. Eləcə də, hamı ilə məsləhətləşirdilər. Onlar bağ-bostan salıb 50 cırtdan meyvə ağacı əkdilər. Həmçinin alətlər aldılar və müxtəlif toxum tədarükü gördülər. Məhsul becərməyi və saxlamağı da öyrəndilər. Bir dostları isə onlara heyvan kəsməyi və əti konservləşdirməyi öyrətdi. Əgər tədarük gördükləri ərzaq qurtarsaydı, ac qalmamaq üçün Karen meşədə bitən və yeyilən bitkiləri və kökləri müəyyən etmək bacarığına yiyələndi. Qeri buğdadan yanacaq əldə etməyi öyrəndi, odunla yanan dəmir soba düzəltdi və heç bir kommunikasiya sistemi olmayan bir ev tikdi.

«Dünya o vaxt, elə bil, dağılırdı. Fikirləşirdim ki, bəşəriyyət artıq məhv olmaq üzrədir», — deyə Karen danışır. Qeri əlavə edir: «Digər gənclər kimi, mən də irqi ayrı-seçkiliyə, Vyetnamdakı müharibəyə və korrupsiyaya qarşı hərəkatlarda fəal iştirak edirdim. Lakin tezliklə bütün xəyallarım puç oldu. Mənə elə gəlirdi ki, bəşəriyyət bir azdan öz-özünü məhv edəcək».

Qeri deyir: «Bir dəfə axşam boş vaxtımda Müqəddəs Kitabı götürüb “Matta”dan “Vəhy” kitabına qədər oxudum. Növbəti dörd axşam isə hər şeyi yenidən oxudum. Beşinci gün səhər Karenə dedim: “Biz son günlərdə yaşayırıq. Bir azdan Allah yer üzünü təmizləyəcək. Gərək son gündə xilas olacaq insanları axtarıb tapaq”». Bundan sonra Qeri və Karen üzvləri son gündə xilas olmağa hazırlaşan dinin axtarışına başladılar.

Müəyyən vaxtdan sonra bir nəfər Yehovanın Şahidi qapılarını döydü və onlar Müqəddəs Kitabı öyrənməyə başladılar. «Sevincimin həddi-hüdudu yox idi! — deyə Karen xatırlayır. — Nəhayət ki, mən Müqəddəs Kitabı başa düşməyə başladım. Çoxdandır son günlər haqqında bilmək istədiyim həqiqəti öyrəndim. Bunun sayəsində gələcəyə əminliyim yarandı. Ən əsası isə mən Yaradanıma və Külli-İxtiyar Allahıma yaxınlaşa bildim».

Qeri: «Bu mənim həyatıma əsil məna gətirdi. Müqəddəs Kitabı öyrənmək mənim çox xoşuma gəlirdi. Mən Müqəddəs Kitabdakı peyğəmbərlikləri oxuyub onların necə yerinə yetdiyini araşdırırdım və nəticədə əmin oldum ki, Allah bir azdan hərəkətə keçəcək. Onda mən belə qənaətə gəldim: “İnsanlar fəlakətə yox, Allahın bizim üçün hazırladığı həyata hazırlaşmalıdırlar”». Bundan sonra Qeri və Karen gələcəyə müsbət əhval-ruhiyyə ilə baxmağa başladılar. Artıq dünyanın axırı onları qorxutmurdu. Onlar əmin oldular ki, Allah tezliklə bəşəriyyəti ağuşuna alan problemləri aradan qaldıracaq və yer üzündə Cənnəti bərpa edəcək.

Artıq o vaxtdan 25 il keçib. İndi Qeri və Karen nə işlə məşğuldurlar? Karen deyir: «Yehova Allaha qarşı məhəbbətimi və imanımı gücləndirməyə və həmçinin başqalarına da bunu etməyə kömək edirəm. Qeri və mən bir-birimizə dəstək oluruq və birlikdə Allaha xidmət edirik. İşlərimizi elə qurmağa çalışırıq ki, sadə həyat tərzi sürək və başqalarına daha çox diqqət ayıra bilək».

Qeri isə əlavə edir: «Mən Allahın Padşahlığının gəlməsi və onun milyonlarla insanlara rahatlıq gətirməsi üçün daima dua edirəm. Hər dəfə başqaları ilə Allahın Padşahlığı haqqında xoş xəbəri bölüşəndə Allahdan xahiş edirəm ki, heç olmasa, bir insana Müqəddəs Kitabda olan bu ümidi çatdırım. Artıq 25 ildir ki, Yehova Allahın dualarıma necə cavab verdiyinin şahidi oluram. Karen və mən inanırıq ki, Allah tezliklə yer üzündə köklü dəyişikliklər edəcək, ancaq biz artıq dünyanın sonundan qorxmuruq» (Matta 6:9, 10; 2 Peter 3:11, 12).

[9-cu səhifədəki şəkil]

Qeri və Karen başqalarına Müqəddəs Kitabın verdiyi ümidə nail olmağa kömək edirlər

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş