Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/9 s. 21—25
  • «Bir Rəhbəriniz var, o da Məsihdir»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Bir Rəhbəriniz var, o da Məsihdir»
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • İsrailin səmavi Başçısı
  • Vəd olunmuş Rəhbər gəlir
  • Məsihçi yığıncağının nəzarətçisi
  • Məsih təbliğ işinin əsasını qoyur
  • İsa yığıncağına rəhbərlik edir
  • İdeal rəhbər necə olmalıdır?
    Gözətçi qülləsi 2002
  • Məsih öz yığıncağına rəhbərlik edir
    Gözətçi qülləsi 2002
  • Yehova xalqına bələdçilik edir
    Gözətçi qülləsi 2017
  • Bu gün də iş başında olan Rəhbərimiz
    Gözətçi qülləsi 2010
Əlavə
Gözətçi qülləsi 2010
w10 15/9 s. 21—25

«Bir Rəhbəriniz var, o da Məsihdir»

«Özünüzü “rəhbər” adlandırmağa icazə verməyin, çünki bir Rəhbəriniz var, o da Məsihdir» (MAT. 23:9, 10).

1. Yehovanın Şahidlərinin qəbul etdikləri Rəhbər kimdir və nəyə görə?

BİR çox dinlərin, eləcə də xristian kilsələrinin çoxlu başçıları var. Məsələn, Roma papası, patriarx, mitropolit və sairə. Ancaq Yehovanın Şahidləri heç bir insanı öz başçıları kimi qəbul etmirlər. Onlar hansısa insanın davamçısı və ya şagirdi deyillər. Bu, Yehovanın Oğlu barədə söylədiyi peyğəmbərliyə uyğun gəlir. O demişdi: «Budur, onu ümmətlərə şahid, xalqlara başçı və hökmdar etdim» (Yeşaya 55:4). Məsh olunmuşlardan və onların əməkdaşları olan ‘başqa qoyunlardan’ ibarət ümumdünya məsihçi yığıncağının üzvləri Yehovanın təyin etdiyi rəhbərdən başqa heç bir rəhbər istəmirlər (Yəh. 10:16). Onlar İsanın: «Bir Rəhbəriniz var, o da Məsihdir», — sözlərinə şərikdirlər (Mat. 23:10).

İsrailin səmavi Başçısı

2, 3. Allahın Oğlu İsrail xalqının rifahı naminə nələr edirdi?

2 Məsihçi yığıncağının təsis olunmasından yüzilliklər əvvəl Yehova mələklərin arasından İsrail xalqı üzərinə başçı təyin etmişdi. İsrailliləri Misir əsarətindən azad edəndən sonra Yehova onlara dedi: «Budur, Mən yolda sizi qorumaq və hazırladığım yerə gətirmək üçün qarşınızda bir Mələk göndərirəm. Onun hüzurunda ehtiyatlı olun və səsinə qulaq asın. Ona qarşı üsyan qaldırmayın, O, itaətsizliyinizi bağışlamaz, çünki Mənim adım onun üzərindədir» (Çıx. 23:20, 21). Üzərində Yehovanın adı olan həmin mələyin Allahın ilkin Oğlu olduğu qənaətinə gəlmək məntiqəuyğundur.

3 Yer üzündə insan kimi doğulmazdan öncə onun adı Mikayıl idi. «Daniel» kitabında o, İsrail xalqının ‘başçısı’ adlanır (Dan. 10:21). İsanın şagirdlərindən biri olan Yəhuda isə yazır ki, Mikayıl Danielin günlərindən çox illər öncə İsrail xalqının işləri ilə məşğul olurdu. Musanın ölümündən sonra Şeytan onun cəsədini öz mənfur məqsədləri, ehtimal ki, İsrail xalqını bütpərəstliyə təhrik etmək üçün istifadə etmək istəyirdi. Mikayıl bunun qarşısını almaq məqsədilə işə müdaxilə etdi. Bu haqda Yəhuda yazır: «Hətta baş mələk Mikayıl Musanın cəsədi barəsində İblislə mübahisə edəndə onu təhqiramiz sözlərlə ittiham etməyə cürət etmədi, sadəcə dedi: “Qoy Yehova səni məhkum etsin”» (Yəhuda 9). Yerixo şəhərini mühasirəyə almazdan öncə Yeşuanın qarşısında peyda olaraq onu Yehovanın dəstəyinə əmin edən şəxs, şübhəsiz, ‘Rəbbin ordusunun başçısı’ olan Mikayıl idi. (Yeşua 5:13—15 ayələrini oxu.) Qüdrətli bir cin Daniel peyğəmbərə vacib xəbəri çatdırmaq üçün göndərilən mələyə mane olmaq istəyəndə baş mələk Mikayıl onun dadına çatdı (Dan. 10:5—7, 12—14).

Vəd olunmuş Rəhbər gəlir

4. Məsihlə bağlı hansı peyğəmbərlik deyilmişdi?

4 Bu hadisədən əvvəl Yehovanın tapşırığı ilə Daniel peyğəmbərin yanına gələn Cəbrayıl mələk ona ‘məsh olunmuş hökmdarın’ peyda olacağını qabaqcadan xəbər vermişdi (Dan. 9:21—25)a. İsa, bu peyğəmbərlikdə deyildiyi kimi, düz vaxtında, eramızın 29-cu ilinin payızında Yəhya tərəfindən vəftiz olundu. Müqəddəs ruh onun üzərinə enəndə o, məsh olunmuş, yəni Məsih oldu (Mat. 3:13—17; Yəh. 1:29—34; Qalat. 4:4). O, tayı-bərabəri olmayan Rəhbər olacaqdı.

5. İsa yerüzü xidməti zamanı bir Rəhbər kimi hansı işləri həyata keçirirdi?

5 Yer üzündə xidmətinə başlayan ilk gündən İsa ‘məsh olunmuş hökmdar’ olduğunu sübut etdi. Bir neçə günün içində o, özünə şagird toplamağa başladı və ilk möcüzəsini göstərdi (Yəh. 1:35—2:11). İsa İsrail torpağını dolaşaraq Padşahlıq haqqında xoş xəbəri təbliğ edəndə şagirdləri də onunla idi (Luka 8:1). İsa şagirdlərinə təbliğ etməyi öyrədir, həmçinin təbliğ və təlim işinə rəhbərlik edərək onlara gözəl nümunə verirdi (Luka 9:1—6). Məsihçi ağsaqqallar bu sahədə onu təqlid etməlidirlər.

6. Məsih xeyirxah Çoban və Rəhbər olduğunu necə sübut etdi?

6 İsa özünü sürüsünü sevən çobanla müqayisə edərək rəhbərliyinin digər cəhətini göstərdi. Şərqdə çobanlar, həqiqətən də, sürülərini arxalarınca aparırlar. Uilyam Tompson «Torpaq və Müqəddəs Kitab» adlı kitabında yazır: «Çoban yalnız sürüyə yol göstərmək yox, yolun təhlükəsiz olduğuna əmin olmaq üçün də sürünün önündə gedir... O, çomağı ilə qoyunları yönəldir, onları yaşıl yaylaqlara aparır və yırtıcı heyvanlardan müdafiə edir». İsa əsil Çoban və Rəhbər olduğunu göstərərək demişdi: «Mən xeyirxah çobanam. Xeyirxah çoban qoyunları uğrunda canını belə əsirgəmir. Mənim qoyunlarım səsimə qulaq asırlar, mən onları tanıyıram və onlar mənim ardımca gəlirlər» (Yəh. 10:11, 27). Bu sözlərin təsdiqi olaraq, İsa qoyunları uğrunda həyatını qurban verdi, ancaq Yehova ‘onu Öndər və Xilaskar kimi yüksəltdi’ (Həv. iş. 5:31; İbr. 13:20).

Məsihçi yığıncağının nəzarətçisi

7. İsa məsihçi yığıncağını necə idarə edir?

7 Göyə qalxmazdan bir az əvvəl dirilmiş İsa şagirdlərinə dedi: «Göydəki və yerdəki bütün hakimiyyət mənə verilib» (Mat. 28:18). İsa Yehovadan aldığı müqəddəs ruh vasitəsilə öz şagirdlərini imanda möhkəmləndirirdi (Yəh. 15:26). O, eramızın 33-cü ilinin Əllinci gün bayramında erkən davamçılarının üzərinə bu ruhdan tökdü (Həv. iş. 2:33). Məhz həmin gün məsihçi yığıncağının əsası qoyuldu. Yehova Öz Oğluna yer üzündəki bütün yığıncaqlara başçılıq etmək səlahiyyəti verdi. (Efeslilərə 1:22; Koloslulara 1:13, 18 ayələrini oxu.) İsa məsihçi yığıncağını Yehovanın müqəddəs ruhu və tabeliyində olan mələklər vasitəsilə idarə edir (1 Pet. 3:22).

8. Məsih öz şagirdlərinə rəhbərlik vermək üçün birinci əsrdə yer üzündə kimlərdən istifadə edirdi və bizim günlərdə kimlərdən istifadə edir?

8 Bundan əlavə, Məsih müqəddəs ruh vasitəsilə bəzilərini çoban, bəzilərini isə müəllim təyin edərək yığıncağa «insanlar timsalında hədiyyələr» bəxş edir (Efes. 4:8, 11). Həvari Pavel məsihçi nəzarətçilərinə belə göstəriş vermişdi: «Özünüzə və bütün sürüyə fikir verin. Allah sizi müqəddəs ruh vasitəsilə bu sürüyə nəzarət etmək üçün təyin edib ki, Allahın... yığıncağını otarasınız» (Həv. iş. 20:28). Məsihçi yığıncağı təzə yarananda nəzarətçilərin hamısı məsh olunmuş idi. Yerusəlim yığıncağında xidmət edən həvarilər və ağsaqqallar rəhbərlik şurasını təşkil edirdilər. Məsih bu şuranın vasitəsilə o vaxt yer üzündə yaşayan bütün məsh olunmuş ‘qardaşlarını’ idarə edirdi (İbr. 2:11; Həv. iş. 16:4, 5). Bu son günlərdə Məsih «bütün əmlakının», yəni Padşahlığın yer üzündəki işlərinin idarəsini «sadiq və ağıllı nökər»ə və onun təmsilçisi olan Rəhbərlik Şurasına həvalə edib. Bu şura məsh olunmuş qardaşlardan ibarətdir (Mat. 24:45—47). Məsh olunmuşlar və onların başqa qoyunlardan ibarət əməkdaşları dərk edirlər ki, müasir Rəhbərlik Şurasının göstərişlərinə riayət etməklə bilavasitə Başçıları olan Məsihin rəhbərliyinə riayət etmiş olurlar.

Məsih təbliğ işinin əsasını qoyur

9, 10. Məsih Padşahlıq haqqında xoş xəbərin təbliğinə necə rəhbərlik edirdi?

9 İsa ümumdünya təbliğ və təlim işinə lap başlanğıcdan şəxsən özü nəzarət edirdi. O, Padşahlıq haqqında xoş xəbərin yer üzündəki insanlara hansı ardıcıllıqla çatdırılacağını müəyyən etmişdi. Yer üzündə olarkən İsa həvarilərinə belə bir tapşırıq vermişdi: «Başqa xalqların yanına aparan yola çıxmayın və samariyalıların şəhərlərinə girməyin. Yalnız İsrail evinin itmiş qoyunlarının yanına gedin. Getdiyiniz yerlərdə: “Səmavi padşahlıq yaxınlaşıb”, — deyərək təbliğ edin» (Mat. 10:5—7). Onlar xüsusilə də eramızın 33-cü ilinin Əllinci gün bayramından sonra İsanın bu göstərişinə əsasən davranaraq yəhudilər və prozelitlər arasında səylə təbliğ etməyə başladılar (Həv. iş. 2:4, 5, 10, 11; 5:42; 6:7).

10 Sonralar İsa müqəddəs ruhun vasitəsilə təbliğ işini genişləndirərək şagirdlərinə samariyalılara və qeyri-yəhudilərə təbliğ etmək göstərişini verdi (Həv. iş. 8:5, 6, 14—17; 10:19—22, 44, 45). Xoş xəbərin gələcəkdə başqa xalqlar arasında bəyan edilməsi üçün o, tarslı Şaulun məsihçi olmasına şəxsən qayğı göstərdi. İsa şagirdi Hananyaya göstəriş verərək dedi: «Dur, Düz adlanan küçəyə get, Yəhudanın evində tarslı Şaul adında adamı tap... Get, çünki bu adam adımı millətlərə, o cümlədən hökmdarlara və İsrail oğullarına bildirmək üçün seçdiyim alətdir» (Həv. iş. 9:3—6, 10, 11, 15). Haqqında danışılan «bu adam» sonralar həvari Pavel kimi tanındı (1 Tim. 2:7).

11. Məsih müqəddəs ruh vasitəsilə təbliğ işini necə genişləndirdi?

11 Padşahlıq haqqında xoş xəbəri başqa millətlər arasında təbliğ etməyin vaxtı gəlib çatanda müqəddəs ruh Paveli Kiçik Asiyada və Avropada missioner səyahətinə başlamağa təşviq etdi. Luka «Həvarilərin işləri» kitabında yazır: «Onlar [Suriyanın Antakya şəhərindəki yığıncağın peyğəmbərləri və müəllimləri] oruc tutub Yehovaya xidmət edən zaman müqəddəs ruh dedi: “Barnaba və Şaulu mənim üçün ayırın. Mən onları seçmişəm, onlara iş tapşıracağam”. Onlar oruc tutdular, dua etdilər və sonra əllərini Barnaba ilə Şaulun üzərinə qoyub yola saldılar» (Həv. iş. 13:2, 3). İsa adını millətlərə bildirmək üçün tarslı Şaulu şəxsən özü seçdi. Deməli, təbliğ işinə yeni təkan verən şəxs yığıncağın Başçısı olan Məsih idi. Təbliğ işinə istiqamət verməkdə İsanın müqəddəs ruhdan istifadə etməsi Pavelin ikinci missioner səyahəti zamanı özünü daha aydın göstərdi. Müqəddəs Kitabda deyilir ki, «İsa ruh vasitəsilə» Pavelə və onun əməkdaşlarına təbliğ etmək üçün yer seçməkdə kömək etdi və onlara görünərək Avropaya yönəltdi. (Həvarilərin işləri 16:6—10 ayələrini oxu.)

İsa yığıncağına rəhbərlik edir

12, 13. Məsihin hər bir yığıncaqla yaxından maraqlandığını «Vəhy» kitabından necə görmək olar?

12 İsa eramızın birinci əsrindəki məsh olunmuşların yığıncaqlarında baş verənlərə diqqətlə nəzarət edirdi. O, hər bir yığıncağın ruhani vəziyyətindən agah idi. Bunu «Vəhy» kitabının 2-ci və 3-cü fəsillərindən görmək olar. Bu fəsillərdə o, Kiçik Asiyada yerləşən yeddi yığıncağın adını çəkir (Vəhy 1:11). Biz əmin ola bilərik ki, İsa o vaxt yer üzündə olan digər yığıncaqların da vəziyyəti ilə yaxından tanış idi. (Vəhy 2:23 ayəsini oxu.)

13 İsa bəzi yığıncaqları təhəmmül göstərdiklərinə, sınaqlar zamanı sadiq qaldıqlarına, sözünə əməl etdiklərinə və dönüklüyə qarşı durduqlarına görə təriflədi (Vəhy 2:2, 9, 13, 19; 3:8). Bununla yanaşı, o, bəzi yığıncaqlara bir neçə ciddi məsləhət verdi, çünki ona qarşı məhəbbətləri soyumuşdu və onlar bütpərəstliyə, əxlaqsızlığa və təriqətçiliyə göz yumurdular (Vəhy 2:4, 14, 15, 20; 3:15, 16). İsa yığıncaqların ruhani vəziyyətinə məhəbbətlə nəzarət edən bir şəxs kimi hamıya, hətta ciddi məsləhət verdiyi insanlara belə bu sözləri deyirdi: «Mənə əziz olan adamları mən məzəmmət və tərbiyə edirəm. Ona görə də qeyrətli ol və tövbə et» (Vəhy 3:19). İsa göydə olsa da, yer üzündəki yığıncaqlarına müqəddəs ruh vasitəsilə nəzarət edirdi. O, bu yığıncaqlara müraciətinə belə yekun vurdu: «Qulağı olan qoy müqəddəs ruhun yığıncaqlara nə dediyini eşitsin» (Vəhy 3:22).

14-16. a) İsa Yehovanın yer üzündəki xalqının cəsarətli Rəhbəri olduğunu necə göstərdi? b) İsanın «dövrün yekununa kimi» şagirdləri ilə olması sayəsində hansı nəticələr əldə edildi? c) Növbəti məqalədə nə müzakirə olunacaq?

14 Gördüyümüz kimi, baş mələk Mikayıl (İsa) şücaətli bir Başçı kimi İsrail xalqına rəhbərlik edirdi. Sonralar İsa erkən şagirdlərinin qayğıkeş Çobanı və cəsarətli Rəhbəri oldu. O, yer üzündə xidmət edərkən təbliğ işinə rəhbərlik edirdi. Dirildikdən sonra isə Padşahlıq haqqında xoş xəbərin bəyan edilməsinə göydən nəzarət etməyə başladı.

15 İsa müqəddəs ruh vasitəsilə xoş xəbərin yerin ucqarlarınadək təbliğ olunmasının qayğısına qalacaqdı. Göyə qalxmazdan əvvəl o, şagirdlərinə demişdi: «Müqəddəs ruh üzərinizə gələndə siz qüvvət alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, hətta yerin ucqarlarınadək mənim şahidim olacaqsınız». (Həv. iş. 1:8; 1 Peter 1:12 ayəsini oxu.) Bəli, birinci əsrdə Məsihin rəhbərliyi altında möhtəşəm şahidlik verilmişdi (Kolos. 1:23).

16 Bununla belə, İsa qeyd etmişdi ki, bu iş dövrün sonunadək davam edəcək. Davamçılarına millətlər arasında təbliğ etməyi və şagird hazırlamağı tapşırandan sonra onlara belə bir vəd verdi: «Mən bu dövrün yekununa kimi həmişə sizinləyəm» (Mat. 28:19, 20). İsa 1914-cü ildə Padşahlıq taxtına çıxan gündən etibarən şagirdlərinə daha çox kömək edir və rəhbərliyini daha fəal həyata keçirir. Onun 1914-cü ildən bəri daha da fəal olduğunu növbəti məqalədə ətraflı müzakirə edəcəyik.

[Haşiyə]

a Bu peyğəmbərlik barədə ətraflı məlumat almaq üçün «Danielin peyğəmbərliyinə diqqət yetirin!» kitabının 11-ci fəslinə (rus.) baxın.

Təkrar üçün suallar

• Allahın Oğlunun qədim İsrail xalqına fəal surətdə rəhbərlik etdiyi haradan bilirik?

• Məsih yer üzündəki yığıncaqlara necə rəhbərlik edir?

• Məsih xoş xəbərin təbliğinə indiyədək necə nəzarət edir?

• Məsihin hər bir yığıncağın ruhani vəziyyətinə diqqətlə nəzarət etdiyini haradan bilirik?

[21-ci səhifədəki şəkil]

«Qarşınızda bir Mələk göndərirəm»

[23-cü səhifədəki şəkil]

Keçmişdə olduğu kimi, bu gün də Məsih yığıncağı «insanlar timsalında hədiyyələr» olan nəzarətçilər vasitəsilə idarə edir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş