Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/4 s. 6—8
  • Nadürüst dünyada dürüstlüyü necə qorumaq olar?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nadürüst dünyada dürüstlüyü necə qorumaq olar?
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Allah qorxusu
  • Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdan
  • Olanımızla kifayətlənək
  • İşdə dürüstlük
  • Borcların qaytarılması
  • Yalan təəssürat bağışlamaqdan qaçın
  • Dürüstlük Yehovaya şərəf gətirir
  • Hər sahədə dürüst ol
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Hər sahədə dürüst olun
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Dürüstlüyün xeyri
    Gözətçi qülləsi (kütləvi) 2016
  • Hər sahədə dürüst ol
    Allahın məhəbbətindən ayrılmayın
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/4 s. 6—8

Nadürüst dünyada dürüstlüyü necə qorumaq olar?

UDDUĞUMUZ hava kimi, nadürüstlük hər yanı bürüyüb. İnsanlar bir-birlərini aldadırlar, müştərilərdən artıq pul götürürlər, oğurluq edirlər, borclarını qaytarmırlar və işdə kiməsə kələk gəldikləri ilə öyünürlər. Belə bir mühitdə yaşadığımız üçün biz dürüst olmaq qətiyyətimizi tez-tez sınağa çəkən vəziyyətlərlə üzləşirik. Bəs bizə dürüst qalmağa nə kömək edəcək? Üç vacib amili nəzərdən keçirək. Bunlar Allah qorxusu, təmiz vicdan və olanımızla kifayətlənməkdir.

Allah qorxusu

Yeşaya peyğəmbər yazmışdı: «Rəbdir hakim olan, Rəbdir qanunumuzu qoyan, Padşahımız Rəbdir» (Yeşaya 33:22). Əgər biz Yehovanı Hökmdarımız kimi qəbul ediriksə, Ondan qorxacağıq. Belə qorxu bizi nadürüst hərəkətlərdən çəkindirəcək. Süleymanın məsəlləri 16:6 ayəsində deyilir: «İnsan Rəbb qorxusuna görə pislikdən dönər». Bu, Allahın qəddar olduğunu düşünən insanların keçirdiyi vahiməli qorxu hissi deyil. Əksinə, bu, rifahımızla dərindən maraqlanan səmavi Atamızı kədərləndirməkdən bizi çəkindirən narahatçılıq hissidir (1 Pet. 3:12).

Belə narahatçılığın və ya qorxu hissinin faydasını göstərən nümunəyə baxaq. Rikardo və onun arvadı Fernanda bank hesablarından 700a dollar məbləğində pul götürdülərb. Fernanda pulları saymadan çantasına qoydu. Borclarını ödəyib evlərinə gələndə çox təəccübləndilər, çünki Fernandanın çantasında demək olar ki, bankdan götürdükləri qədər pul qalmışdı. «Yəqin, bank işçisi çaşıb bizə artıq pul verib», — deyə onlar fikirləşdilər. Onlar başqa borclarını da ödəməli idilər, buna görə də ağıllarına gələn ilk fikir pulları özlərində saxlamaq idi. Rikardo deyir: «Biz birlikdə Yehovaya dua etdik ki, pulları qaytarmaq üçün bizə güc versin. Yehovanın Süleymanın məsəlləri 27:11 ayəsindəki çağırışı bizi Onu razı salmağa və artıq pulları banka qaytarmağa təşviq etdi».

Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdan

Müqəddəs Kitabı araşdırmaqla və öyrəndiklərimizi həyatımızda tətbiq etməklə biz vicdanımızı tərbiyə edə bilərik. Belə olan halda Allahın ‘canlı və qüdrətli’ sözü nəinki bizim zehnimizə, hətta ürəyimizə təsir göstərəcək və bizi ‘hər sahədə dürüst olmağa’ təşviq edəcək (İbr. 4:12; 13:18).

Juan adında bir nəfər beş min dollarlıq borca girmişdi. Sonra o, borcunu ödəmədən başqa şəhərə köçdü. Səkkiz ildən sonra Juan həqiqəti öyrəndi və Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanı onu borc aldığı insanla əlaqə saxlayıb pulları qaytarmağa təşviq etdi. Ancaq Juan aldığı az məvaciblə arvadını və dörd uşağını dolandırmalı olduğu üçün həmin adam borcu hər ay az-az ödəməsinə razılıq verdi.

Olanımızla kifayətlənək

Həvari Pavel yazmışdı: «Nəyi varsa, onunla qane olmağı bacaran insan üçün Allaha sədaqət, doğrudan da, böyük qazanc mənbəyidir... Yeməyimiz, paltarımız və qalmağa yerimiz varsa, bunlarla qane olacağıq» (1 Tim. 6:6—8). Bu müdrik məsləhətə riayət etsək, onda insanlarda tamahkarlıq oyadan şübhəli işlərə baş qoşmayacağıq və tez bir zamanda varlanmağı vəd edən qeyri-real üsullara əl atmayacağıq (Sül. məs. 28:20). Həmçinin bu, bizə Allahın əsas tələbatlarımızı ödəyəcəyinə tam əmin olaraq Onun Padşahlığını həyatımızda həmişə birinci yerə qoymağa kömək edəcək (Mat. 6:25—34).

‘Var-dövlət aldadıcı qüvvəyə’ malikdir. Buna görə həmişə yadda saxlamalıyıq ki, əgər ehtiyatı əldən versək, tamahkarlıq tələsinə düşəcəyik (Mat. 13:22). Akanı yadımıza salaq. O, israillilərin möcüzəli şəkildə İordan çayının bir tayından o biri tayına necə keçdiklərini öz gözləri ilə görmüşdü. Buna baxmayaraq, tamah ona üstün gəldi və o, Yerixo şəhərinin talan malından qızıl-gümüş və bahalı paltar oğurlamaq fikrinə düşdü. Bu, ona həyatı bahasına başa gəldi (Yeşua 7:1, 20—26). Təəccüblü deyil ki, əsrlər sonra İsa növbəti xəbərdarlığı söylədi: «Gözlərinizi dörd açın və özünüzü hər cür tamahkarlıqdan qoruyun» (Luka 12:15).

İşdə dürüstlük

İndi isə dürüst olmaq qətiyyətimizi sınağa çəkə biləcək vəziyyətləri nəzərdən keçirək. Bəzi müəssisələrdə oğurluq etmək qəbahət sayılmasa da, unutmamalıyıq ki, işdə dürüst olmaq ümumiyyətlə oğurluq etməmək deməkdir (Tit. 2:9, 10). Dövlət müəssisəsində çalışan Jurandir ezamiyyət xərcləri barədə həmişə düzgün hesabat verirdi. Onun əməkdaşları isə xərclədiklərindən daha çox məbləğ göstərirdilər, çünki şöbə müdirinin də bunda əli var idi. Üstəlik, müdir dürüstlüyünə görə Jurandiri məzəmmət etdi və bundan sonra onu ezamiyyətə göndərmədi. Bir müddət sonra həmin müəssisədə yoxlama keçiriləndə Jurandiri dürüstlüyünə görə təriflədilər və vəzifəsini artırdılar.

Satıcı işləyən Andrenin müdiri ona tapşırmışdı ki, bəzi xidmətlərə görə müştərilərdən ikiqat artıq pul götürsün. Qardaş Müqəddəs Kitab prinsiplərinə sadiq qalmaq üçün Yehovadan duada cəsarət istədi (Məz. 145:18—20). O, müdirinə nəyə görə onun göstərişinə əməl etməyəcəyini izah etməyə çalışdı, lakin bunun heç bir xeyri olmadı. Buna görə də Andrenin yüksəkməvacibli işindən çıxmaqdan başqa əlacı qalmadı. Təxminən bir ildən sonra həmin müdir ondan işə qayıtmağı xahiş etdi və dedi ki, artıq burada müştəriləri aldatmırlar. Andre menecer vəzifəsinə təyin edildi.

Borcların qaytarılması

Həvari Pavel məsihçilərə tapşırır: «Heç kəsə heç bir borcunuz olmasın» (Rom. 13:8). Borcunu qaytarmaq istəməyən insan özünə haqq qazandıraraq belə deyə bilər: «Onsuz da onun pulu başından aşır». Lakin Müqəddəs Kitab bizi xəbərdarlıq edir: «Pis adam borc alır, qaytarmır» (Məz. 37:21).

Bəs əgər ‘zaman və fürsət’ ucbatından borcumuzu qaytarmağa imkanımız yoxdursa, onda necə? (Vaiz 9:11). Fransisko ipoteka kreditini ödəmək üçün Alfredodan yeddi min dollar borc götürdü. Ancaq işində yaranan bəzi problemlərə görə borcunu təyin olunmuş vaxtda qaytara bilmədi. Fransisko Alfredo ilə bu barədə söhbət etdi və borcunu hissə-hissə ödəməyə razılıq aldı.

Yalan təəssürat bağışlamaqdan qaçın

Birinci əsrdə məsihçi yığıncağında xidmət edən Hananya ilə Sapfiranın nümunəsini yadımıza salaq. Tarlalarını satdıqdan sonra onlar məbləğin bir hissəsini həvarilərə gətirib yalandan bütün pulu ianə etdiklərini dedilər. Onlar başqalarında elə təəssürat yaratmaq istəyirdilər ki, guya çox səxavətlidirlər. Ancaq həvari Peter Allahın müqəddəs ruhunun köməyilə onların yalanını ifşa etdi və Yehova bu ər-arvadı ölümlə cəzalandırdı (Həv. iş. 5:1—11).

Yalana əl atan Hananya ilə Sapfiradan fərqli olaraq, Müqəddəs Kitabı yazan şəxslər səmimi və dürüst idilər. Məsələn, Musa peyğəmbər açıq etiraf etmişdi ki, bir dəfə özündən çıxdığı üçün Allah ona Vəd edilmiş diyara daxil olmağa icazə vermədi (Say. 20:7—13). Eləcə də Yunus Ninevada təbliğ etməzdən öncə və sonra göstərdiyi zəifliyi ört-basdır etmədi, əksinə, onu Müqəddəs Kitabda qələmə aldı (Yun. 1:1—3; 4:1—3).

Sözsüz ki, həqiqəti demək üçün insana cəsarət lazımdır — hətta bunun xoşagəlməz nəticələri olsa belə. Bunu məktəbdə oxuyan 14 yaşlı Natalyanın hadisəsindən görmək olar. O, yazılı imtahanın nəticələrini gözdən keçirəndə gördü ki, müəllimin düzgün kimi işarə etdiyi cavab əslində səhv imiş. Natalya bilirdi ki, müəlliminə desə, bu, qiymətlərinə mənfi təsir göstərəcək. Natalya deyir: «Valideynlərim məni həmişə öyrədirdilər ki, Yehovanı razı salmaq üçün dürüst olmalıyam. Bunu müəllimimə deməsəydim, vicdanım məni narahat edərdi». Müəllim şagirdini dürüstlüyünə görə təriflədi.

Dürüstlük Yehovaya şərəf gətirir

Bir gün 17 yaşlı Jizel içində sənədlər və 35 dollar olan bir pul kisəsi tapdı. O, kisəni məktəbin müdriyyətinə təhvil verdi ki, onu sahibinə çatdırsınlar. Bir aydan sonra məktəbin müdir müavini bütün sinif qarşısında məktub oxudu. Orada Jizelə dürüstlüyünə, valideynlərinə isə ona gözəl tərbiyə verdiklərinə və ruhani dəyərlər aşıladıqlarına görə minnətdarlıq bildirilirdi. Onun ‘yaxşı işləri’ Yehovaya izzət gətirdi (Mat. 5:14—16).

«Xudbin, pulpərəst, özünü öyən, özündən razı... vəfasız» insanların içində yaşayan bizlərə dürüst qalmaq üçün səy göstərmək tələb olunur (2 Tim. 3:2). Amma Allah qorxusu, Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdan və olanımızla kifayətlənmək bizə nadürüst dünyada dürüst qalmağa kömək edəcək. Bunun sayəsində bizim adil və ədaləti sevən Yehova ilə dostluq münasibətlərimiz daha möhkəm olacaq (Məz. 11:7).

[Haşiyələr]

a Bu məqalədə dollar deyiləndə ABŞ dolları nəzərdə tutulur.

b Bəzi adlar dəyişdirilib.

[7-ci səhifədəki şəkillər]

Allah qorxusu dürüst olmaq qətiyyətimizi möhkəmləndirəcək

[8-ci səhifədəki şəkil]

Bizim dürüst davranışımız Yehovaya izzət gətirir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş