Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/5 s. 11—15
  • Məsihçi ailələr, «hazır olun»!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Məsihçi ailələr, «hazır olun»!
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Gözünüzü ‘tox’ saxlayın
  • Ruhani məqsədlərə can atın
  • Ailəvi ibadətinizi müntəzəm keçirin
  • Oyaq qalın və hazır olun
  • Ailələrə kömək
    Müqəddəs ibadətimiz 2011
  • Ailəvi ibadəti daha maraqlı necə edə bilərsiniz?
    Gözətçi qülləsi 2014
  • Qarşınıza Allahı şərəfləndirən məqsədlər qoyun
    Gözətçi qülləsi: Qarşınıza Allahı şərəfləndirən məqsədlər qoyun
  • Ailəvi ibadət xilas olmaq üçün çox vacibdir!
    Gözətçi qülləsi 2009
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/5 s. 11—15

Məsihçi ailələr, «hazır olun»!

«Hazır olun, çünki insan Oğlu gözləmədiyiniz saatda gələcək» (LUKA 12:40).

1, 2. Nəyə görə İsanın «hazır olun» göstərişinə ciddi yanaşmalıyıq?

İNSAN OĞLU gəlib insanları saf-çürük edəndə sənin və bütün ailənin aqibəti necə olacaq? (Mat. 25:31, 32). Bu, bizim gözləmədiyimiz saatda baş verəcəyi üçün çox vacibdir ki, İsanın «hazır olun» göstərişinə ciddi yanaşaq! (Luka 12:40).

2 Ötən məqalədə məsihçi ailəsinin hər bir üzvünün üzərinə düşən məsuliyyəti vicdanla yerinə yetirməsi bütün ailəyə ruhən oyaq qalmağa necə kömək etdiyini müzakirə etdik. Bəs ailəmizin ruhani firavanlığı üçün daha nə edə bilərik? Gəlin bu sualı araşdıraq.

Gözünüzü ‘tox’ saxlayın

3, 4. a) Məsihçi ailələr özlərini nədən gözləməlidirlər? b) Gözümüzü ‘tox’ saxlamaq nə deməkdir?

3 Məsihin gəlişinə hazır olmaq üçün ailələr nəyinsə onları həqiqi ibadətdən yayındırmasına yol verməməlidirlər. Yayındırıcı şeylərdən biri var-dövlət hərisliyidir və artıq bir çox ailələr bu tələyə düşüblər. Buna görə də İsanın gözümüzü ‘tox’ saxlamaq barədə dediklərinə diqqət yetirməliyik. (Matta 6:22, 23 ayələrini oxu.) Çıraq yolu işıqlandıranda biz yıxılmadan o yolda yeriyirik. Eləcə də ‘qəlbimizin gözünün’ gördüyü bizi nurlandıra, yəni maarifləndirə bilər ki, müdrik qərarlar verək və günaha batmayaq (Efes. 1:18).

4 Aydın görmək üçün göz gərək düzgün fəaliyyət göstərsin və baxdığı şeyə nəzərini cəmləməyi bacarsın. Bunu qəlbimizin gözünə də şamil etmək olar. Əgər gözümüz toxdursa, deməli, diqqətimiz yalnız bir məqsəddədir. Biz yol vermirik ki, həyatımızda əsas yeri maddi şeylər, pul və ailəmizin yalnız fiziki tələbatlarını ödəmək qayğısı tutsun. Bizim gözümüz ruhani məqsədlərə yönəlib (Mat. 6:33). Gözümüzü tox saxlamaq olanımızla kifayətlənmək və Allaha xidməti həyatımızda birinci yerə qoymaq deməkdir (İbr. 13:5).

5. Bir yeniyetmə qız ‘gözünün’ Allaha xidmətdə olduğunu necə göstərdi?

5 Uşaqlarına gözlərini tox saxlamağı öyrədən valideynlər bunun gözəl nəticələrini görürlər. Efiopiyada yaşayan bir yeniyetmə qızın nümunəsinə nəzər salaq. O, elə yaxşı oxuyurdu ki, orta məktəbi bitirdikdən sonra ona yüksək təqaüd və təhsilini davam etdirməyi təklif etdilər. Amma o, Yehovaya xidmət etmək barədə düşündüyü üçün təklifi qəbul etmədi. Bundan bir qədər sonra qıza aylıq maaşı 4200 ABŞ dolları olan iş təklif etdilər. Bu, həmin ölkədə olan orta aylıq məvacibdən qat-qat çox idi. Amma qızın ‘gözü’ pioner xidmətində idi. O, valideynləri ilə məsləhətləşmədən həmin işdən imtina etdi. Onlar bu barədə xəbər tutanda qızları ilə birgə sevindilər və onunla fəxr etdiklərini söylədilər!

6, 7. İsa hansı təhlükəyə qarşı xəbərdarlıq söylədi?

6 Matta 6:22, 23 ayələrində İsa, birbaşa olmasa da, tamahkarlığa qarşı xəbərdarlıq söyləmişdi. Yehova acgözlüyə və ya tamahkarlığa necə yanaşır? Müqəddəs Kitabda cavab verilir: «Cinsi əxlaqsızlığı, hər cür natəmizliyi və ya acgözlüyü dilinizə belə gətirməyin» (Efes. 5:3).

7 Başqalarında acgözlük dərhal gözə çarpsa da, özümüzdə bunu çox vaxt görmürük. Buna görə də yaxşı olardı ki, İsanın növbəti məsləhətinə əməl edək: «Gözlərinizi dörd açın və özünüzü hər cür tamahkarlıqdan qoruyun» (Luka 12:15). Tamahkarlığın ürəyimizdə yuva salıb-salmadığını müəyyən etmək üçün özümüzü yoxlamalıyıq. Məsihçi ailələr əyləncələrə, istirahətə və alış-verişə nə qədər vaxt və vəsait sərf etdiklərinə ciddi fikir verməlidirlər.

8. Nə isə almaq istəyəndə İsanın «gözlərinizi dörd açın» məsləhətinə necə əməl edə bilərik?

8 Nə isə almaq istəyəndə ancaq buna pulumuzun çatıb-çatmayacağını yox, növbəti amilləri də nəzərə almalıyıq: «Bu əşyanı daima işlətmək və onu qaydada saxlamaq üçün vaxtım olacaq? Onu düzgün işlətməyi öyrənənə qədər nə qədər vaxtım gedəcək?» Gənclər, reklamlara aldanıb valideynlərinizdən bahalı firma geyimləri və digər əşyaları almalarını tələb etməyin. Özünüzə hakim olmağı öyrənin. Həmçinin fikirləşin ki, almaq istədiyiniz əşya ailənizə İnsan oğlunun gəlişinə hazırlaşmağa kömək edəcək, yoxsa mane olacaq. Yehovanın növbəti vədinə etibar edin: «Səni heç bir vəchlə atmaram və heç vaxt tərk etmərəm» (İbr. 13:5).

Ruhani məqsədlərə can atın

9. Ruhani məqsədlərə can atmağın bütün ailəyə hansı faydası var?

9 Bütün ailəmizin imanını möhkəmləndirməyin və ruhani rifahının qayğısına qalmağın digər üsulu isə ruhani məqsədlər qoymaq və onlara can atmaqdır. Belə etməklə biz ailəlikcə Yehovaya xidmətdə hansı nailiyyətləri əldə etdiyimizi görə və həyatda hansı məşğuliyyətlərin daha vacib olduğunu müəyyən edə bilərik. (Filipililərə 1:10 ayəsini oxu.)

10, 11. Bir ailə kimi, siz qarşınıza hansı ruhani məqsədlər qoymusunuz və hansı məqsədlər qoymaq niyyətindəsiniz?

10 Bütün ailə üçün əlçatan olan kiçik məqsədlər qoymaq da böyük xeyir-dualar gətirir. Məsələn, bu məqsədlərdən biri gündəlik ayəni hər gün ailəliklə müzakirə etməkdir. Ailənin hər bir üzvünün verdiyi şərhlərdən ailə başçısı onların ruhaniliyinin nə yerdə olduğunu görəcək. Müqəddəs Kitabı birlikdə oxumaq məqsədi isə uşaqlara oxumaq qabiliyyətlərini yaxşılaşdırmağa və Müqəddəs Kitabı daha yaxşı başa düşməyə kömək edəcək (Məz. 1:1, 2). Həmçinin dualarımızın keyfiyyətini yaxşılaşdırmaq barədə də düşünmək olar. Qarşımıza qoya biləcəyimiz digər gözəl məqsəd isə ruhun bəhrəsini təşkil edən xüsusiyyətləri özümüzdə daha çox yetişdirməkdir (Qalat. 5:22, 23). Həmçinin xidmətdə qarşılaşdığımız insanlara şəfqət göstərməyin üsullarını da axtara bilərik. Buna ailəliklə can atsanız, uşaqlarınız da şəfqətli olmağı öyrənəcəklər və çox yəqin ki, ürəklərində daimi pioner və ya missioner olmaq istəyi yaranacaq.

11 Nəyə görə bir ailə kimi qarşınıza hansı məqsədlər qoya biləcəyiniz barədə düşünməyəsiniz? Məsələn, daha çox təbliğ etmək məqsədini qoymaq olar. Əgər sahədə, küçədə və ya işgüzar ərazidə xidmət etmək qorxunuz varsa, nəyə görə onun öhdəsindən gəlməyə çalışmayasınız? Yaxud da təbliğçilərə ehtiyac olan ərazilərdə xidmət etmək barədə fikirləşmək olar. Xoş xəbəri əcnəbilərlə bölüşmək üçün ailənizin heç olmasa bir üzvü xarici dil öyrənə bilərmi?

12. Ailənin ruhani cəhətdən inkişaf etməsi üçün ailə başçısı nə etməlidir?

12 Əgər sən ailə başçısısansa, ailənin nəyin üzərində işləməli olduğunu müəyyən et, sonra da konkret məqsəd qoy. Bir ailə kimi qarşınıza qoyduğunuz məqsədlər əlçatan, eləcə də şərait və bacarığınıza uyğun olmalıdır (Sül. məs. 13:12). Əlbəttə, yaxşı bir məqsədə nail olmaq üçün vaxt lazımdır. Buna görə də televizora az baxın və həmin vaxtı ruhani işlərə sərf edin (Efes. 5:15, 16). Ailənizin qarşısına qoyduğunuz məqsədlərə çatması üçün əlinizdən gələni əsirgəməyin (Qalat. 6:9). Əgər ailə ruhani məqsədlərə can atırsa, onların inkişafı hamıya bəlli olacaq (1 Tim. 4:15).

Ailəvi ibadətinizi müntəzəm keçirin

13. Həftəlik yığıncaq görüşlərinin cədvəlində hansı dəyişiklik edilib və biz hansı sualların üzərində düşünməliyik?

13 Ailələrə İnsan oğlunun gəlişinə ‘hazır olmağa’ kömək etmək məqsədilə 2009-cu ilin yanvarın 1-dən etibarən yığıncaq görüşlərinin cədvəlində mühüm dəyişiklik edilib. Artıq bizə həftənin ayrı bir günündə əvvəllər kitaböyrənmə adlanan görüş üçün toplaşmaq lazım deyil, çünki bu görüş Teokratik Xidmət Məktəbi və Xidməti görüşlə bir gündə keçirilir. Bu dəyişikliyi etməkdə məqsəd odur ki, məsihçi ailələr həftənin bir gününü ailəvi ibadətə həsr edərək ruhaniliklərini möhkəmləndirsinlər. Bu dəyişiklik qüvvəyə minəndən bəri xeyli vaxt ötüb. Buna görə də özümüzdən soruşmalıyıq: «Ailəvi ibadət və ya şəxsi öyrənmə üçün ayrılan bu vaxtdan səmərəli istifadə edirəmmi? Yehovaya və doğmalarıma daha yaxın olmağa çalışırammı?»

14. a) Ailəvi ibadəti və ya şəxsi öyrənməni müntəzəm olaraq keçirməkdə əsas məqsəd nədir? b) Nəyə görə ailəvi ibadət keçirmək vacibdir?

14 Müntəzəm olaraq ailəvi ibadət və ya şəxsi öyrənmə keçirməkdə əsas məqsəd Yehovaya daha yaxın olmaqdır (Yaq. 4:8). Müqəddəs Kitabı araşdırmaq üçün vaxt ayıranda və Yaradanımız haqda daha çox öyrənəndə Onunla münasibətlərimiz möhkəmlənir. Yehovaya nə qədər çox yaxınlaşsaq, bir o qədər də Onu ‘bütün ürəyimizlə, bütün canımızla, bütün ağlımızla və var gücümüzlə’ sevəcəyik (Mark 12:30). Şübhə yoxdur ki, biz Allahın sözünə qulaq asmaq və Onu təqlid etmək istəyirik (Efes. 5:1). Qarşıda bizi «böyük müsibət» gözləyir və ailəmizin o günə ruhani cəhətdən ‘hazır olması’ üçün müntəzəm ailəvi ibadət keçirməliyik (Mat. 24:21). Bəli, bundan bizim xilasımız asılıdır!

15. Ailəvi ibadət ailə üzvlərinin bir-birlərinə münasibətinə necə təsir göstərir?

15 Ailəvi ibadətin digər məqsədi isə ailə üzvlərinə bir-birlərinə daha yaxın olmağa kömək etməkdir. Ruhani mövzuları müzakirə etmək üçün ailə üzvlərinin hər həftə birgə yığışması onların bir-birinə olan münasibətinə böyük təsir göstərir. Ərlə arvad birlikdə gözəl ruhani fikirlər tapanda və sevinclə bir-biri ilə bölüşəndə daha da yaxın olurlar. (Vaiz 4:12 ayəsini oxu.) Valideynlərlə uşaqlar arasında isə ‘kamil birlik yaratmağa qadir’ olan məhəbbət telləri lap möhkəm olur (Kolos. 3:14).

16. Üç ruhani bacı Müqəddəs Kitabı öyrənmək üçün ayrılan vaxtdan necə istifadə edir?

16 Bir şəhərdə yaşayan üç ruhani bacı Müqəddəs Kitabı öyrənmək üçün ayrılan vaxtdan səmərəli istifadə edir. Bu yaşlı dul həmimanlılarımız qohum deyillər, amma neçə illərdir ki, yaxşı dostdurlar. Onlar bir-birilə daha çox ünsiyyət etmək istəyirdilər. Lakin ordan-burdan danışmaq əvəzinə, qərara gəldilər ki, ruhani mövzuları müzakirə etsinlər. Bunun üçün də həftənin bir gününü ayırıb «Allahın Padşahlığı haqqında ‘ətraflı şəhadət verin’» kitabının köməyilə Müqəddəs Yazıları araşdırmağa başladılar. Onlardan biri deyir: «Bu, bizim o qədər xoşumuza gəlir ki, adətən, müzakirələrimiz bir saatdan çox çəkir. Biz birinci əsrdə yaşayan qardaşlarımızın üzləşdiyi vəziyyətləri təsəvvür etməyə çalışırıq. Həmçinin fikirləşirik ki, onların yerində biz olsaydıq necə davranardıq. Öyrəndiklərimizi bacardığımız qədər xidmətdə tətbiq edirik. Bunun sayəsində təbliğ və şagird hazırlamaq işi bizə daha çox sevinc gətirir və əvvəlkindən daha səmərəlidir». Ailəvi ibadət bu bacıları nəinki ruhani cəhətdən möhkəmləndirdi, həm də onlar bir dost kimi daha yaxın oldular. Onların üçü də bir ağızdan deyir: «Bizə verilən bu imkanı çox qiymətləndiririk».

17. Ailəvi ibadəti səmərəli edən nədir?

17 Bəs sizin barənizdə nə demək olar? Ailəvi ibadət və ya şəxsi öyrənmə üçün ayırdığınız vaxt sizə hansı faydaları gətirir? Əgər onu hərdənbir və ya nə vaxt gəldi keçirsəniz, onda yuxarıda qeyd olunan iki məqsədə nail olmayacaqsınız. Ailənin hər bir üzvü təyin olunan vaxtda ailəvi ibadətə toplaşmalıdır. Vacib olmayan işlərin sizə mane olmasına yol verməyin. Üstəlik, ailəvi ibadət zamanı araşdırılan material ailənin tələbatlarına uyğun olmalıdır. Onun səmərəli və maraqlı keçməsi üçün daha nə etmək olar? Effektiv təlim üsullarından istifadə edin və çalışın ki, ibadətiniz hörmətcil tərzdə və sakit şəraitdə keçsin (Yaq. 3:18)a.

Oyaq qalın və hazır olun

18, 19. İnsan oğlunun gəlişinin yaxın olduğunu bilmək sizə və ailənizə necə təsir edir?

18 Şeytanın pis dünyası 1914-cü ildən etibarən öz son günlərini yaşayır. Dünyada vəziyyətin getdikcə pisləşməsi buna bir sübutdur. Biz Har-Magedonun astanasındayıq və tezliklə İnsan oğlu allahsızlar üzərində Yehovanın hökmünü icra edəcəkdir (Məz. 37:10; Sül. məs. 2:21, 22). Məgər bunu bilmək ailənizə təsir etməli deyil?

19 İsanın məsləhətinə uyğun olaraq, gözünüzü ‘tox’ saxlayırsınızmı? Bu dünyadakı insanların var-dövlətə, şan-şöhrətə və hakimiyyətə can atdığı bir vaxtda sizin ailəniz ruhani məqsədlərə nail olmağa çalışırmı? Ailəvi ibadət və ya şəxsi öyrənmə üçün ayrılan vaxtdan səmərəli istifadə edirsinizmi? Yehovaya və ailə üzvlərinizə yaxınlaşırsınızmı? Əvvəlki məqalədə müzakirə etdiyimiz kimi, Müqəddəs Kitabın ailədə üzərinizə qoyduğu vəzifəni icra edərək bütün ailənizə ruhən ‘oyaq qalmağa’ kömək edirsinizmi? (1 Salon. 5:6). Əgər bütün bu suallara müsbət cavab verdinizsə, deməli, İnsan oğlu gələndə siz buna hazır olacaqsınız.

[Haşiyə]

a Ailəvi ibadəti praktiki və maraqlı etməyin digər üsulları haqda «Gözətçi Qülləsi»nin 2009-cu il 15 oktyabr sayının 29—31-ci səhifələrində oxumaq olar.

Nə öyrəndiniz?

• Məsihçi ailələrə

gözlərini ‘tox’ saxlamaq...

ruhani məqsədlər qoyub onlara can atmaq...

müntəzəm olaraq ailəvi ibadət keçirmək...

insan oğlunun gəlişinə hazırlaşmağa necə kömək edir?

[13-cü səhifədəki şəkil]

Gözümüz ‘tox’ olsa, nəyinsə bizi yayındırmasına yol verməyəcəyik

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş