Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/6 s. 29—32
  • Sən yolunu uğurlu edə bilərsən. Necə?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sən yolunu uğurlu edə bilərsən. Necə?
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Məktəbdənkənar məşğuliyyətlər və hobbilər
  • Ali təhsil
  • İşə həddən artıq çox diqqət yetirmək
  • Həyatda uğur qazanmaq sənin əlindədir!
  • Ey gənclər, Yaradanınızı xatırlayın
    Gözətçi qülləsi 2008
  • Yehova rifahımız üçün bizi müşahidə edir
    Gözətçi qülləsi 2008
  • Nəyə görə Yehovaya xidmət həyatımızda birinci yerdə durmalıdır?
    Gözətçi qülləsi 2012
  • Son gəlməzdən qabaq möhkəm dostluqlar qurun
    Gözətçi qülləsi 2019
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/6 s. 29—32

Sən yolunu uğurlu edə bilərsən. Necə?

MÜVƏFFƏQİYYƏT əldə etmək hamının arzusudur. Bəziləri işdə yavaş-yavaş yüksək pillələrə qalxaraq böyük var-dövlətə sahib olmuş və məşhurlaşmışlar. Uğur qazanmaq arzusunda olan digərlərinin ümidləri isə puça çıxmışdı.

Müvəffəqiyyət, əsas etibarilə, insanın can atdığı məqsəddən asılıdır. İnsanın vaxtından və gücündən necə istifadə etməsi, eləcə də təşəbbüskar olub-olmaması da vacib olan digər amillərdir.

Bir çox məsihçilər fikir vermişlər ki, xidmətdə tam şəkildə iştirak etmək onlara böyük xoşbəxtlik gətirir. Tammüddətli xidməti özlərinə həyat yolu seçən Allahın gənc və yaşlı xidmətçiləri uğur qazanmışlar. Lakin bəzilərinə xidmət darıxdırıcı gəlir və onlar onu arxa plana keçirib digər məqsədlərə can atırlar. Bu, nəyə görə baş verə bilər? Sən nə edə bilərsən ki, diqqətin əsil dəyərə malik olan şeylərdən yayınmasın? Bundan əlavə, yolunu necə uğurlu edə bilərsən? (Yeşua 1:8).

Məktəbdənkənar məşğuliyyətlər və hobbilər

Məsihçi gənclər həqiqi Allaha xidmətlə digər məşğuliyyətlər arasında tarazlığı qorumalıdırlar. Belə edənlər həyatda müvəffəqiyyət qazanmağa doğru gedirlər və tərifə layiqdirlər.

Lakin bəzi gənc məsihçilər məktəbdənkənar məşğuliyyətlərə və hobbilərə sözün əsil mənasında aludə olurlar. Belə məşğuliyyətlər öz-özlüyündə pis olmaya bilər. Bununla belə, bu bacı-qardaşlar özlərindən soruşmalıdırlar: «Həmin məşğuliyyətə nə qədər vaxtım gedir? Bu zaman mən hansı əhval-ruhiyyənin təsirinə məruz qalıram? Kimlərlə ünsiyyətdə oluram? Onlarla ünsiyyət etmək məqsədlərimə necə təsir göstərir?» Yəqin, başa düşürsən ki, gənc məsihçi məktəbdənkənar məşğuliyyətlərə və hobbilərə o qədər aludə ola bilər ki, Allahla münasibətlərini möhkəmləndirməyə nə vaxtı qalacaq, nə də ki gücü. Diqqət yetirdinmi, həyatda ən vacib olan şeyləri ayırd etmək nə dərəcədə vacibdir? (Efes. 5:15—17).

Viktoruna nümunəsinə nəzər salaq. O deyir: «On iki yaşım olanda voleybol klubuna yazıldım. Bir müddətdən sonra çoxlu mükafatlar qazandım. Qarşımda məşhur voleybolçu olmaq imkanı açılmışdı». Amma idmanın ruhaniliyinə göstərdiyi təsir tezliklə Viktoru narahat etməyə başladı. Hətta bir dəfə Müqəddəs Kitabı oxumağa çalışarkən o yuxuya getmişdi. Həmçinin Viktor görürdü ki, təbliğ xidməti əvvəlki kimi ona sevinc gətirmir. O sözünə davam edir: «Voleybol məni tamamilə əldən salırdı, həm də hiss edirdim ki, xidmətə əvvəlki kimi can yandırmıram. Mən bilirdim ki, xidmətdə daha çox şey edə bilərdim».

Ali təhsil

Müqəddəs Kitaba əsasən, məsihçi ailəsinin qayğısına qalmalıdır və onun vəzifələrindən biri ailəsini maddi cəhətdən təmin etməkdir (1 Tim. 5:8). Bəs bunun üçün universitet və ya kollec qurtarmaq mütləq lazımdır?

Ali təhsil almağa can atan məsihçi bunun Yehova ilə münasibətlərinə necə təsir edəcəyi barədə ciddi düşünməlidir. Bir Müqəddəs Kitab nümunəsinə diqqət yetirək.

Baruk Yeremya peyğəmbərin mirzəsi idi. Bir dəfə arzuları Barukun gözlərini o qədər tutmuşdu ki, Yehovaya xidmətdə malik olduğu üstünlükləri unutdu. Bu, Yehovanın nəzərindən yayınmadı və O, Yeremyanın vasitəsilə ona xəbərdarlıq etdi: «Özün üçün çox şey istəyirsənsə, istəmə» (Yer. 45:5).

Barukun istədiyi «çox şey» nə idi? Ola bilsin, onun ürəyindən Yəhudada ad-san qazanmaq və ya varlanmaq istəyi keçirdi. Hər nə olursa-olsun, o, daha vacib şeyləri — ruhani dəyərləri nəzərindən qaçırmışdı (Filip. 1:10). Amma görünür, Baruk Yehovanın Yeremya vasitəsilə verdiyi məsləhətə qulaq asdı və Yerusəlim dağılanda xilas oldu (Yer. 43:6).

Bu nümunədən nə öyrənirik? Allahın Baruka verdiyi məsləhət göstərir ki, o, səhvə yol vermişdi. O, özü üçün çox şey istəyirdi. Əgər sən artıq özünü təmin edə bilirsənsə, fikirləş, özünün, valideynlərinin və ya qohumlarının arzularını gerçəkləşdirmək xatirinə vaxtını, vəsaitini və gücünü sərf edərək əlavə təhsil almağa dəyər?

Kompüter proqramçısı işləyən Qjeqojun nümunəsinə nəzər salaq. İş yoldaşları onu dilə tutmuşdular ki, təcrübəsini artırmaq üçün xüsusi kurs keçsin. Təlim qrafiki gərgin olduğu üçün ruhani işlərə onun vaxtı qalmırdı. O, xatırlayır: «Həmişə özümü gərgin hiss edirdim. Vicdanım məni narahat edirdi, çünki vaxtilə qarşıma qoyduğum ruhani məqsədlərə nail ola bilmirdim».

İşə həddən artıq çox diqqət yetirmək

Allahın Kəlamı həqiqi məsihçiləri zəhmətkeş olmağa, adi işçi və ya müdir olmalarından asılı olmayaraq, öz məsuliyyətlərinə ciddi yanaşmağa təşviq edir. Həvari Pavel yazmışdı: «Hər nə edirsinizsə, canla-başla edin, sanki insanlar üçün deyil, Yehova üçün edirsiniz» (Kolos. 3:22, 23). Zəhmətkeş işçi olmaq nə qədər tərifəlayiq olsa da, Yaradanımızla yaxşı münasibətlər bundan daha vacibdir (Vaiz 12:13). Əgər məsihçinin fikri-zikri işindədirsə, tez bir zamanda ruhani məşğuliyyətlər arxa plana keçəcək.

Bundan əlavə, onun Yehova ilə münasibətlərini qaydada saxlamaq və ailəsinə kömək etmək üçün taqəti qalmayacaq. Padşah Süleyman fikir vermişdi ki, «iki ovuc dolusunun» gətirdiyi zəhmət çox vaxt «külək dalınca qaçmaqdan» başqa bir şey deyil. Məsihçinin başı karyera qurmağa qarışanda bu, onun üçün uzunmüddətli ağır stresslə nəticələnə bilər. Karyeranın quluna çevrilən məsihçi hətta tamamilə əldən düşə bilər. Bundan sonra gördüyü iş ona nə dərəcədə zövq verəcək? (Vaiz 3:12, 13; 4:6). Ən vacibi isə, ailədəki vəzifəsinə və ruhani işlərə fiziki və emosional gücü qalacaqmı?

Şərqi Avropada yaşayan və şəxsi biznes quran Yanuş yalnız işi barədə düşünürdü. O xatırlayır: «İnsanlar əl işlərimə heyran olurdular, çünki mənim həmişə çoxlu yeni ideyalarım olurdu və mən hər bir işin öhdəsindən ustalıqla gəlirdim. Lakin bu, ruhaniliyimə zərər vurdu və mən daha xidmətə çıxmırdım. Bir müddətdən sonra yığıncaqlara da getmədim. Mən çox qürurlandım. Vəziyyət o yerə çatmışdı ki, ağsaqqalların məsləhətlərini qulaqardına vurmağa başladım və yığıncaqdan uzaqlaşdım».

Həyatda uğur qazanmaq sənin əlindədir!

Bu məqalədə biz üç sahəni araşdırdıq və gördük ki, məsihçinin bunlarla həddən artıq məşğul olması onun ruhaniliyinə zərər vura bilər. Bəs sənin bu sahələrin hər hansı birilə bağlı problemin varmı? Əgər varsa, növbəti suallar, ayələr və gətirilən nümunələr sənə müvəffəqiyyətə aparan yolla gedib-getmədiyini müəyyən etməyə kömək edəcək.

Məktəbdənkənar məşğuliyyətlər və hobbilər. Başın bu məşğuliyyətlərə nə dərəcədə qarışıb? Həmin məşğuliyyətlər əvvəllər ruhani işlərə ayırdığın vaxtı almır ki? Həmimanlılarınla ünsiyyət sənə maraqsız gəlir? Əgər belədirsə, padşah Davuddan nümunə götür. O, Yehovaya yalvarırdı: «Gedəcəyim yolu mənə öyrət» (Məz. 143:8).

Yuxarıda haqqında danışdığımız Viktora bir səyyar nəzarətçinin böyük köməyi dəydi. O, Viktora demişdi: «Sən voleybol karyerası barədə danışanda gözlərin yaman işıldayır». Viktor deyir: «Onun sözləri məni ayıltdı. Mən başa düşdüm ki, artıq çox uzağa getmişəm. Klubdakı dostlarımla bütün əlaqələrimi kəsib yığıncaqda dostlar tapdım». Bu gün Viktor öz yığıncağında Yehovaya canla-başla xidmət edir. İndi o, başqalarına tövsiyə edir: «Dostlarından, valideynlərindən, yaxud da yığıncaq ağsaqqallarından soruş gör, onların fikrincə, məktəbdənkənar məşğuliyyətlər səni Yehovaya yaxınlaşdırır, yoxsa, əksinə, uzaqlaşdırır».

Nəyə görə yığıncağındakı ağsaqqallara Yehovaya xidmətdə daha çox məsuliyyətlər almaq istədiyini deməyəsən? Ünsiyyətə və ya dəstəyə ehtiyac duyan yaşlı bacı-qardaşlara alış-veriş etməkdə və ya ev işlərində kömək edə bilərsənmi? Yaşından asılı olmayaraq, sən tammüddətli xidmətdə iştirak edərək sənə sevinc gətirən Padşahlıq haqqında xəbəri başqaları ilə bölüşə bilərsən.

Ali təhsil. İsa demişdi ki, insan özünə şöhrət axtarmamalıdır (Yəh. 7:18). Bu dünyada təhsil almaqla bağlı qərarın nə olursa-olsun, «daha vacib şeyləri» ayırd etmisən? (Filip. 1:9, 10).

Kompüter proqramçısı işləyən Qjeqoj həyatında bəzi dəyişikliklər etdi. O deyir: «Mən ağsaqqalların verdiyi məsləhəti qəbul edib həyatımı sadələşdirdim. Başa düşdüm ki, əlavə təhsil almağıma heç bir ehtiyac yoxdur. Çünki bu yalnız və yalnız gücümü və vaxtımı alacaq». Qjeqoj daha çox yığıncaq işləri ilə məşğul olmağa başladı. Sonra o, Subay Qardaşlar üçün Müqəddəs Kitab Məktəbi (əvvəllər Xidməti Təkmilləşdirmə Məktəbi adlanırdı) bitirdi. Bəli, o, vaxtını ruhani təhsilini artırmağa sərf etdi (Efes. 5:16).

İş. Ola bilərmi, başın işə o qədər qarışsın ki, ruhani məşğuliyyətlər ikinci plana keçsin? Ailənlə ünsiyyət etməyə kifayət qədər vaxtın qalırmı? Yığıncaqda etdiyin çıxışlarının keyfiyyətini yaxşılaşdırırsan? Bəs başqaları ilə ünsiyyətin barədə nə demək olar? «Allahdan qorx, Onun əmrlərini yerinə yetir», onda O, sənə bol-bol xeyir-dua verəcək və gördüyün işdən zövq alacaqsan (Vaiz 2:24; 12:13).

Yuxarıda adı çəkilən Yanuşun biznesi iflasa uğradı. Heç bir gəlir əldə etməyən və tamamilə borc içində batan Yanuş Yehovaya üz tutdu. O, işlərini qaydasına saldı və hal-hazırda yığıncaqda ağsaqqal və daimi pioner kimi xidmət edir. O deyir: «İndi mən əsas şeylərlə kifayətlənirəm və bütün gücümü ruhani işlərə sərf edirəm. Ürəyim çox rahatdır və nəyəsə görə narahatçılıq keçirmirəm» (Filip. 4:6, 7).

Məqsədlərini və niyyətlərini vicdanla təhlil et. Nə qədər ki Yehovaya xidmət edirsən, daima uğur qazanacaqsan. Qoy Yehovaya xidmət həyatında əsas yeri tutsun!

Ola bilsin, «Allahın iradəsinin faydalı, xoş və kamil olduğuna» əmin olmaq üçün sənə həyatında nəyisə dəyişmək və ya nədənsə imtina etmək lazım gələcək (Rom. 12:2). Lakin sən Yehovaya bütün qəlbinlə xidmət etməklə öz yolunu uğurlu edə və həyatda müvəffəqiyyət qazana bilərsən.

[Haşiyə]

a Bəzi adlar dəyişdirilib.

[30 səhifədəki şəkil]

Yehova Baruka xəbərdarlıq etdi ki, özü üçün çox şey istəməsin

[31 səhifədəki şəkil]

Yolunu necə uğurlu edə bilərsən?

İndiki zəmanədə diqqətimizi yayındıran şeylər çoxdur. Bəs biz nə edə bilərik ki, diqqətimiz əsil dəyərə malik olan şeylərdən yayınmasın?

MƏKTƏBDƏNKƏNAR MƏŞĞULİYYƏTLƏR VƏ HOBBİLƏR

▪ Bu zaman sən hansı əhval-ruhiyyənin təsirinə məruz qalırsan?

▪ Bu məşğuliyyətlər nə qədər vaxt aparır?

▪ Onlar həyatının əsas məqsədinə çevrilmir ki?

▪ Əvvəllər ruhani işlərə sərf etdiyin vaxtı almır ki?

▪ Ətrafındakı insanlar barədə nə demək olar?

▪ Onlarla ünsiyyət etmək sənə həmimanlılarınla ünsiyyət etməkdən daha maraqlı gəlmir ki?

ALİ TƏHSİL

▪ Artıq özünü təmin edə bilirsənsə, vaxtını, gücünü və vəsaitini sərf edərək əlavə təhsil almağa dəyərmi?

▪ Özünü təmin etmək üçün gərək mütləq kollec və ya universitet bitirəsən?

▪ Bu, yığıncaq görüşlərində iştirak etməyinə necə təsir göstərəcək?

▪ «Daha vacib şeyləri» ayırd etmisən?

▪ Yehovanın sənin qayğına qalacağına dair əminliyini möhkəmləndirməyə ehtiyac var?

İŞ

▪ Yaşamağa, həyatdan zövq almağa vaxtın qalır, yoxsa bütün günü ancaq işləyirsən?

▪ Ailədəki vəzifənə və ruhani işlərə fiziki və emosional gücün qalır?

▪ Ailənlə kifayət qədər ünsiyyət edə bilirsən?

▪ Başın işinə o qədər qarışıbmı ki, ruhani məşğuliyyətlər ikinci plana keçib?

▪ İşin yığıncaqda söylədiyin çıxışların keyfiyyətinə təsir edib?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş