Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 1/10 s. 14—15
  • Ailədə xoşbəxtliyə necə nail olmaq olar?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ailədə xoşbəxtliyə necə nail olmaq olar?
  • Gözətçi qülləsi 2011
  • Oxşar material
  • Ailə səadəti
    İlahi müjdə
  • Ailədə xoşbəxtliyə necə nail olmaq olar?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Müqəddəs Kitabda nikah haqqında nə deyilir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Ailə səadəti
    Müqəddəs Kitab təlimləri
Əlavə
Gözətçi qülləsi 2011
w11 1/10 s. 14—15

Allahın Kəlamından Nə Öyrənirik?

Ailədə xoşbəxtliyə necə nail olmaq olar?

Bu məqalə sizi maraqlandıran suallara toxunur və onların cavabını Müqəddəs Kitabınızda tapmağa kömək edir. Yehovanın Şahidləri sizinlə bu sualları məmnuniyyətlə müzakirə edəcəklər.

1. Ailənin xoşbəxt olması üçün nəyə görə mütləq rəsmi nikah olmalıdır?

Xoşbəxt Allah olan Yehova nikahın banisidir. Rəsmi nikah xoşbəxt ailə üçün zəruridir, çünki ailə sadəcə iki insan arasında bağlanan ittifaq yox, uşaqların dünyaya gəldiyi və böyüyüb boya-başa çatdığı təhlükəsiz bir mühit olmalıdır. Allah nikaha necə yanaşır? O, nikahın daimi olmasını, kişi və qadın arasında münasibətlərin rəsmi qeydiyyata alınmasını istəyir (Luka 2:1—5). Allah həmçinin istəyir ki, ərlə arvad bir-birinə sədaqətli olsun (İbranilərə 13:4). Yehova Allah yalnız ərin və ya arvadın xəyanətə yol verdiyi təqdirdə Öz xidmətçilərinə boşanmağa və yenidən evlənməyə icazə verir. (Matta 19:3—6, 9 ayələrini oxu.)

2. Ərlə arvad bir-biri ilə necə rəftar etməlidir?

Yehova Allah kişi və qadını elə yaradıb ki, onlar bir-birini tamamlasın (Yaradılış 2:18). Bir ailə başçısı kimi, ər ailəsini maddi cəhətdən təmin etmək və Allah haqqında öyrətmək məsuliyyətini öz üzərinə götürməli, arvadına fədakar məhəbbət göstərməlidir. Ərlə arvad bir-birini sevməli və hörmət etməlidir. Nöqsansız ər və ya arvad yoxdur, buna görə də nikahlarının xoşbəxt olması üçün onlar bir-birini bağışlamağı bacarmalıdırlar. (Efeslilərə 4:31, 32; 5:22—25, 33; 1 Peter 3:7 ayələrini oxu.)

3. Nikahda xoşbəxt deyilsinizsə, həyat yoldaşınızdan ayrılmalısınızmı?

Əgər həyat yoldaşınızla aranızda problemləriniz varsa, ilk növbədə, bir-birinizlə məhəbbətlə rəftar etməyi öyrənin (1 Korinflilərə 13:4, 5). Allahın Kəlamı ailə problemlərini həll etmək üçün ayrılmağı məsləhət görmür. Lakin vəziyyət çıxılmaz olan hallarda Allahın xidmətçiləri ayrı yaşamağı məqsədəuyğun hesab edə bilərlər. (1 Korinflilərə 7: 10—13 ayələrini oxu.)

4. Allah uşaqlara nə arzu edir?

Yehova Allah sizin xoşbəxt olmağınızı istəyir. Gənclik dövründən həzz alasınız deyə ən gözəl məsləhətləri verir. O istəyir ki, siz valideynlərinizin müdrikliyindən və təcrübəsindən faydalanasınız (Koloslulara 3:20). Yehova Allah sizin Onu sevindirmək üçün etdiyiniz hər bir şeyi qiymətləndirir. (Vaiz 11:9—12:1; Matta 19:13—15; 21:15, 16 ayələrini oxu.)

5. Uşaqlarının xoşbəxt olması üçün valideynlər nə edə bilərlər?

Siz uşaqlarınızı qida, ev və geyimlə təmin etmək üçün işləməlisiniz (1 Timoteyə 5:8). Ancaq xoşbəxt olmaları üçün onlara həmçinin Allahı sevməyi öyrətməli və Onun haqqında bilik aşılamalısınız (Efeslilərə 6:4). Sizin Allaha olan məhəbbətiniz övladlarınıza dərin təsir bağışlaya bilər. Allahın Kəlamına əsasən verdiyiniz tərbiyə onların düşüncə tərzinin düzgün formalaşmasına öz təsirini göstərə bilər. (Qanunun təkrarı 6:4—7; Süleymanın məsələləri 22:6.)

Uşaqları ruhlandırmaq və tərifləmək onlara fayda gətirir. Eyni zamanda, onlara təlim-tərbiyə də vermək lazımdır. Adətən, özlərini necə aparmalı olduqlarına dair öyüd-nəsihət verəndə uşaqların xoşuna gəlmir (Süleymanın məsələləri 22:15). Bununla belə, təlim-tərbiyə heç vaxt kobud və qəddarcasına olmamalıdır. (Koloslulara 3:21 ayəsini oxu.)

Yehovanın Şahidləri əsas etibarı ilə valideynlərə və uşaqlara kömək etmək üçün bir çox kitablar nəşr etmişlər. Bu kitablar Müqəddəs Kitaba əsaslanır. (Məzmur 19:7, 11 ayələrini oxu.)

Əlavə məlumat almaq üçün Yehovanın Şahidləri tərəfindən nəşr olunan bu kitabın 14-cü fəslinə baxa bilərsiniz.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş