Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/10 s. 32
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2011
  • Oxşar material
  • Araşdırmanı necə aparmaq olar?
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Axtarış üçün yeni vəsait
    Müqəddəs ibadətimiz 2014
  • Məsləhətləri necə verirsən?
    Gözətçi qülləsi 2012
Gözətçi qülləsi 2011
w11 15/10 s. 32

Oxucuların sualları

Müqəddəs Kitabda oxuduqlarımla əlaqədar suallarım yarananda və ya şəxsi problemlərə dair məsləhətə ehtiyacım olanda nə etməliyəm?

Süleymanın məsəlləri 2:1—5 ayələri hər birimizi «gizli xəzinə» kimi idrak və dərrakəni axtarmağa təşviq edir. Yəni Müqəddəs Kitabı oxuyarkən suallarımıza cavab tapmaq və problemlərimizi həll etmək üçün səy göstərməli və araşdırma aparmalıyıq. Bunu etməyin hansı üsulları var?

«Teokratik Xidmət Məktəbində təlim alırıq» kitabının 33—38 səhifələrində «Araşdırmanı necə aparmaq olar?» adlı başlıq altında izah olunur ki, bunun üçün biz «sadiq və ağıllı nökər»in təqdim etdiyi alətlərdən istifadə edə bilərik (Mat. 24:45). 36-cı səhifədə «Gözətçi Qülləsi nəşrlərinin indeksi»nin (rus.) istifadə etmə qaydaları izah olunur. Bu nəşr mövzu və ayə indeksindən ibarətdir. Səni maraqlandıran mövzu və ya Müqəddəs Kitab ayəsinə dair indeksdə nəşrlər siyahısı tapa bilərsən. Konkret cavab və ya rəhbərlik axtarırsansa, sənə səbir lazım olacaq. Unutma, axı sən «gizli xəzinə» axtarırsan, bunun üçün isə vaxt və səy gərəkdir.

Lakin elə mövzular və ayələr var ki, bizim nəşrlərdə onlar müzakirə olunmayıb. Hansısa Müqəddəs Kitab ayəsinə nəşrlərimizdə şərh verilsə də, ola bilsin, bu, sənin suallarına tam cavab vermir. Həmçinin Müqəddəs Kitabdakı bəzi hadisələrin bütün təfsilatları qeyd olunmadığı üçün bu, bizdə suallar doğura bilər. Buna görə də biz dərhal bütün suallarımıza cavab tapacağımızı gözləməməliyik. Nəşrlərimizdə sualımıza cavab yoxdursa, özümüzdən ehtimal irəli sürməməliyik. Əks halda, Allahın imanla bağlı gördüyü tədbirləri yaymaq əvəzinə, başımız boş yerə vaxt aparan suallara və mübahisələrə qarışacaq (1 Tim. 1:4; 2 Tim. 2:23; Tit. 3:9). Filiallarda, eləcə də mərkəzi idarədə xidmət edən qardaşlar nəşrlərimizdə izah olunmayan mövzularla əlaqədar hər bir suala cavab verə bilməzlər. Biz əmin ola bilərik ki, həyat yolunda bizə bələdçilik etməsi üçün Müqəddəs Kitabdakı məlumat kifayət qədərdir. Buraxılan təfsilatlar isə bu kitabın Müəllifinə olan möhkəm imanımızı göstərməyə imkan verir. («Yehovaya yaxınlaş» kitabının 185—187 səhifələrinə bax, rus.)

Şəxsi məsələ ilə əlaqədar rəhbərlik və çıxış yolu tapmaq üçün araşdırma apardıqdan sonra məsələ həll olunmursa, nə etmək olar? Yetkin məsihçilərə və ya yerli ağsaqqalların birinə yaxınlaş. Onların zəngin Müqəddəs Kitab bilikləri və məsihçi kimi böyük təcrübələri var. Əgər şəxsi problemlə əlaqədar məsləhətə ehtiyac duyursansa, onların köməyi sənə xüsusilə dəyə bilər. Çünki onlar səni tanıyır və vəziyyətinə bələddirlər. Ən vacibi isə narahatçılıqların barədə Yehovaya dua etməyi heç vaxt unutma. Ondan xahiş et ki, müqəddəs ruhu vasitəsilə sənin düşüncələrini yönəltsin. Çünki Yehova hikmət və dərrakə verən Allahdır (Sül. məs. 2:6; Luka 11:13).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş