Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 1/1 s. 5—6
  • İbrahim iman nümunəsi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İbrahim iman nümunəsi
  • Gözətçi qülləsi 2012
  • Oxşar material
  • İbrahim peyğəmbər kim idi?
    Gözətçi qülləsi 2012
  • Yehova onu «dostum» adlandırdı
    Gözətçi qülləsi 2016
  • Allah İbrahimin imanını sınayır
    Müqəddəs Kitab hekayələri
  • İbrahim peyğəmbər və arvadı Sara Allahın sözünə itaət edir
    Müqəddəs Kitab dünyasına səyahət
Əlavə
Gözətçi qülləsi 2012
w12 1/1 s. 5—6

İbrahim iman nümunəsi

İbrahim sakit axşam çağında çöldə durur. O, parlaq, ulduzlu səmaya baxıb, tam başa düşməsə də, Allahın onun nəslini ulduzlar qədər çoxaldacağı vədi üzərində düşünür (Yaradılış 15:5). Ulduzlar İbrahimə Yehovanın vədini xatırladır və onu yerinə yetəcəyinə zəmanət verir. Əgər Yehovanın geniş kainatı və onda olan hər şeyi yaratmağa gücü çatırsa, İbrahimlə Saraya uşaq vermək Onun əlində çətin deyil. İbrahim məhz belə imana sahib idi.

İMAN NƏDİR? Müqəddəs Kitaba əsasən, «iman» sözü altında gözlə görünməyən şeylərə möhkəm inam nəzərdə tutulur. Bu cür iman tutarlı dəlillərə əsaslanır. Allaha iman edən insan əsas diqqətini Yehovanın niyyətlərinin yerinə yetməsinə yönəldir və bu vədləri artıq yerinə yetmiş kimi görür.

İBRAHİM İMANINI NECƏ GÖSTƏRİRDİ? İbrahim Allahın vədlərinə inamını öz əməlləri ilə göstərirdi. İmanından irəli gələrək o, doğma diyarını tərk etdi, çünki Yehovanın ona vəd etdiyi torpağı göstərəcəyinə inanırdı. İbrahim əmin idi ki, Kənan torpağı əvvəl-axır onun nəslinə nəsib olacaq və buna görə də imanı sayəsində həmin torpağı gəzib-dolaşdı. İmanı güclü olduğundan o, itaətkarlıq göstərib İshaqı qurban gətirmək istədi, çünki əmin idi ki, lazım gəlsə, Yehova İshaqı ölülərdən dirildə bilər (İbranilərə 11:8, 9, 17—19).

İbrahim keçmişə yox, gələcəyə baxırdı. Ur şəhərindəki həyat Kənan diyarındakı həyata nisbətən daha yaxşı idi. Buna baxmayaraq, İbrahimlə Sara «çıxdıqları yeri daima xatırlamırdılar» (İbranilərə 11:15). Əksinə, gələcəkdə Allahın onları və nəsillərini necə xeyir-dualandıracağı barədə fikirləşirdilər (İbranilərə 11:16).

İbrahimin imanına tutarlı əsas var idimi? Əlbəttə. Yehova verdiyi hər bir sözünə sadiqdir. İbrahimin nəsli nəticədə çoxalıb İsrail adı ilə tanınan xalqa çevrildi. Müəyyən vaxtdan sonra isə israillilər Yehovanın İbrahimə vəd etdiyi Kənan diyarında məskunlaşdılar (Yeşua 11:23).

BUNDAN NƏ ÖYRƏNƏ BİLƏRİK? Yehovanın bütün vədlərinə sadiq çıxacağına əmin ola bilərik. Hətta onlardan bəziləri insan nöqteyi-nəzəri ilə qeyri-mümkün görünsə də, Allah üçün hər şeyin mümkün olduğuna şübhə etməməliyik (Matta 19:26).

İbrahimin nümunəsi həmçinin bizə keçmişdə olan şeyləri yox, gələcəkdə alacağımız şeylər haqqında düşünməyi öyrədir. Ceyson adlı bir nəfər də bunu öyrənməli olub. O, insanı tamamilə iflic edən ağır xəstəlikdən əziyyət çəkir. Ceyson etiraf edir: «Düzünü desəm, bəzən keçmiş xatirələrə dalıram. Ən azından, arvadım Amandanı qucaqlamaq üçün çox darıxıram».

Hər necə olsa da, Ceyson tam əmindir ki, Yehova Öz vədlərini, o cümlədən yer kürəsini tezliklə Cənnətə çevirəcəyi və sadiq insanların tam sağlamlıq içində əbədi həyat sürəcəyi vədini yerinə yetirəcəka (Məzmur 37:10, 11, 29; Yeşaya 35:5, 6; Vəhy 21:3, 4). Ceyson deyir: «Qarşıda məni gözəl günlərin gözlədiyini düşünürəm. Tezliklə hər şey — gərginlik, narahatçılıq, qəm-qüssə və günah əbədilik aradan qaldırılacaq». Ceyson da, İbrahim kimi, gözəl iman təzahür etdirir, elə deyilmi?!

[Haşiyə]

a Yerüzü Cənnət haqqında daha çox məlumat almaq üçün Yehovanın Şahidləri tərəfindən dərc edilən «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 3, 7 və 8-ci fəsillərinə baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş