Yadınızdadırmı?
«Gözətçi qülləsi»nin son saylarını diqqətlə oxumusunuz? Elə isə aşağıdakı suallara cavab verməyə çalışın.
Süleyman hansı mənada bizim üçün xəbərdarlıq nümunəsidir?
Allah Süleyman padşahı xeyir-dualandırırdı və Öz niyyətini həyata keçirmək üçün ondan istifadə edirdi. Lakin hökmranlığı zamanı Süleyman Allahın bir məsləhətini qulaqardına vurdu! O, bütlərə ibadət edən firon qızı ilə evləndi, özünə bir çox arvad aldı və yol verdi ki, yadelli arvadları tədricən onu həqiqi ibadətdən uzaqlaşdırıb bütpərəst etsinlər. Biz diqqətli olmalıyıq ki, ürəyimizdə yavaş-yavaş düzgün olmayan meyillər və əhval-ruhiyyə inkişaf etməsin (Qanun. t. 7:1—4; 17:17; 1 Pad. 11:4—8) (15.12, səhifələr 10—12).
Nəyə görə demək olar ki, Sara Allahdan qorxan qadın və gözəl həyat yoldaşı idi?
Allah İbrahimə Ur şəhərini tərk etməyi əmr edəndə bu, onlar üçün qabaqda nə gözlədiyini bilmədən ailələrini, dostlarını və öyrəşdikləri həyat tərzini geridə qoymaq demək idi. Bununla belə, Sara Allahın onu xeyir-dualandıracağına iman etdi və bir sözünü iki etmədi. Sara gözəl xüsusiyyətlər təzahür etdirməklə İbrahimə hörmət bəslədiyini göstərdi (yan.—mart, səhifə 8).
Nəyə görə Yehova İbrahimdən sevimli oğlunu qurban gətirməyi xahiş etdi?
Biz unutmamalıyıq ki, Allah İbrahimə İshaqı qurban gətirməyə qoymadı. Bununla Yehova göstərdi ki, gələcəkdə — Onun üçün nə qədər ağır olsa da — Oğlu İsanı qurban verəcək (yan.—mart, səhifə 18).
Nədən bəllidir ki, birinci əsrdən bəri yer üzündə həmişə əsil məsh olunmuş məsihçilər olub?
İsanın buğda və alaq otu məsəlində «yaxşı toxum» «padşahlığın oğulları»nı təmsil edir (Mat. 13:24—30, 38). Alaq otu biçin vaxtına qədər buğda ilə birgə bitəcəkdi. Beləliklə, kimlərin buğda sinfindən olduğunu dəqiq deyə bilməsək də, ta bizim günlərədək belə insanlar var idi (15.1, səhifə 7).
Paxıllıq etmək meylimizin öhdəsindən necə gələ bilərik?
Bizə kömək edə biləcək addımlar bunlardır: biz məhəbbət və qardaşlıq sevgisi inkişaf etdirməyə çalışmalı, Allahdan qorxan insanlarla ünsiyyət etməli, yaxşılıq etməli və sevinənlərlə sevinməliyik (Rom. 12:15) (15.2, səhifələr 16, 17).
Məsləhət verərkən hansı prinsipləri yadda saxlamalıyıq?
Real vəziyyəti görməyə çalışmalıyıq. Tez-tələsik cavab verməkdən qaçmalıyıq. Təvazökarlıqla Allahın Kəlamındakı məsləhətləri tətbiq etməliyik. Əgər mümkünsə, teokratik kitabxanadan istifadə etməliyik. Başqalarının yerinə qərar verməkdən qaçmalıyıq (15.3, səhifələr 7—9).