Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 1/7 s. 18
  • Bilirsinizmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bilirsinizmi?
  • Gözətçi qülləsi 2012
  • Oxşar material
  • Bilirsinizmi?
    Gözətçi qülləsi 2014
Gözətçi qülləsi 2012
w12 1/7 s. 18

Bilirsinizmi?

Nə üçün qədim vaxtlarda tikintidə palçıq əvəzinə qatrandan istifadə olunurdu?

▪ Müqəddəs Kitabda deyilir ki, Babil qülləsini tikənlər «daş əvəzinə kərpic və palçıq əvəzinə qatran» işlədirdilər (Yaradılış 11:3).

Qatran təbii ehtiyatdır, neft məhsuludur. Ona Mesopotamiyanın bir çox yerlərində rast gəlinir. O, yerdən qaynayıb çıxır və qatılaşır. Qədim vaxtlardan bəri qatran yapışqanlıq xassəsinə görə tanınır. Bir kitabda deyilir ki, bişmiş kərpicdən bina inşa edərkən qatrandan yararlı vasitə kimi istifadə olunurdu.

Bir jurnalda Mesopotamiyanın qədim Ur şəhərində yerləşən zikkuratın (pilləvarı tikili) qalıqları təsvir edilir. Məqalənin müəllifi yazır: «İraqın cənub bölgəsinin geniş neft ehtiyatından hazırlanan ilk məhsulu, qatran suvağını bu gün də yanmış kərpiclərin arasında görmək olar. Hazırda regionda qeyri-sabitliyin və zorakılığın səbəbi olan bu yapışqan qara maddə bir vaxtlar sözün əsil mənasında sivilizasiyanı birləşdirirdi. Suvaq kimi qatrandan istifadə edilməsi sayəsində Şumerin kövrək kərpicləri suya davamlı olurdu. Belə olmasaydı, bu tikililər minilliklər ərzində qala bilməzdi» («Archaeology»).

Müqəddəs Kitabın yazıldığı vaxt kağız yerinə nədən istifadə olunurdu?

▪ Müqəddəs Kitabda İsa peyğəmbərin şagirdi Yəhyanın bu sözləri yazılıb: «Sizə deyiləsi hələ çox sözüm var, lakin bunları sizə kağız və mürəkkəblə çatdırmaq istəmirəm» (2 Yəhya 12). Bununla bağlı sual yaranır: Müqəddəs Kitabın yazıldığı vaxt kağız yerinə nədən istifadə olunurdu?

Bu ayədə «kağız» kimi tərcümə edilmiş yunan sözü hartes su bitkisi papirusun gövdəsindən hazırlanan yazı materialına aiddir. Bir kitabda bu materialın hazırlanma prosesi belə izah olunur: «Uzunluğu bəzən 3 metrə çatan gövdənin qabığını soyurdular, sonra soyulmuş gövdəni nazik uzun hissələrə bölüb köndələninə bir-birinə yapışdırırdılar. Alınan vərəqləri taxta çəkiclə döyəcləyir və ərsinlə hamarlayırdılar».

Arxeoloqlar Misirdə və Ölü dəniz yaxınlığında qədim papirus sənədləri tapmışlar. Onlardan bəzilərinin üzərində Müqəddəs Kitab mətnləri yazılıb. Bu sənədlər İsa peyğəmbərin dövrünə və hətta ondan əvvələ aiddir. Çox güman ki, İsa Məsihin şagirdlərinin yazdığı məktublar da daxil olmaqla, Müqəddəs Kitabdakı bütün məktublar ilk öncə məhz papirus üzərində yazılmışdı.

[18–ci səhifədəki şəkil]

Spectrumphotofile/ photographersdirect.com

© FLPA/David Hosking/age fotostock

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş