Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w15 1/10 s. 4
  • Boş yerəmi dua edirik?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Boş yerəmi dua edirik?
  • Gözətçi qülləsi 2015
  • Oxşar material
  • Allaha dua vasitəsilə yaxınlaşın
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Allah duaları eşidir?
    Gözətçi qülləsi (kütləvi) 2021
  • Dua
    Müqəddəs Kitab təlimləri
  • Dua edərək Allaha yaxınlaşın
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Gözətçi qülləsi 2015
w15 1/10 s. 4
Şagirdləri başlarını aşağı əyir, İsa peyğəmbər isə göyə baxıb dua edir

ÜZ QABIĞINDAKI MÖVZU | DUA ETMƏYİN XEYRİ VARMI?

Boş yerəmi dua edirik?

Bəzi insanlar hesab edirlər ki, dua sadəcə vaxt itkisidir, onsuz da eşidilmir. Başqaları dua edir, lakin heç bir cavab almırlar. Bir ateist Allahı öz xəyalında canlandırmış və belə dua etmişdi: «Heç olmasa, bir söz de». Bununla belə, o hiss edirdi ki, duası cavabsız qalıb.

Müqəddəs Kitab isə bizi əmin edir ki, Allah var və O, dualarımızı eşidir. Əsrlər öncə Onun Kəlamında belə bir fikir qələmə alınmışdı: «Sən fəryad edəndə O, [Allah] sənə lütf göstərəcək, səsini eşitcək sənə hay verəcək» (Əşiya 30:19). Başqa bir Müqəddəs Kitab ayəsində deyilir ki, Allah «düz adamın duasından xoşlanar» (Məsəllər 15:8).

İsa Məsih Allaha dua etmişdi və «duaları eşidilmişdi» (İbranilərə 5:7).

Allahın Kəlamı həmçinin duaları qəbul edilən insanlardan bəhs edir. Bir ayədə deyilir ki, İsa Məsih «onu ölümdən qurtarmağa qadir olan Allaha fəryad etmiş»di və onun «duaları eşidilmişdi» (İbranilərə 5:7). Başqa nümunələri Dənyal 9:21 və 2 Salnamələr 7:1 ayələrindən tapmaq olar.

Bəs onda nəyə görə bəziləri dualarının cavabsız qaldığını düşünür? Dualarımızın qəbul olunması üçün biz başqa allahlara və ya əcdadlarımıza yox, yalnız Müqəddəs Kitabda adı çəkilən Yehovaa Allaha dua etməliyik. Allah istəyir ki, biz «Onun iradəsinə müvafiq», yəni Onun gözündə doğru olan şeyləri diləyək. Belə dua etsək, Allah bizi mütləq eşidəcək (1 Yəhya 5:14). Bunun üçün Müqəddəs Yazılardan Yaradanımız və Onun iradəsi barədə öyrənməliyik.

Bir çox insanlar duanın sadəcə dini ayin olmadığını düşünürlər. Onların fikrincə Allah duaları dinləyir və cavab verir. Keniyadan olan Ayzek deyir: «Müqəddəs Kitabı başa düşmək üçün Allaha dua etmişdim. Çox keçməmiş bir nəfər mənə yaxınlaşıb bu sahədə köməyini təklif etdi». Filippində yaşayan Hilda siqareti tərgitmək istəyirdi. Nə qədər çalışsa da, cəhdləri boşa çıxırdı. Bir dəfə əri ona dedi: «Bəlkə, Allahdan kömək istəyəsən». O, belə də etdi və Allahın ona necə kömək etdiyini görəndə məəttəl qaldı. O bölüşür: «Get-gedə siqaretə həvəsim öldü və bu vərdişdən canımı qurtardım».

Bəs Allah sizə Onun iradəsinə müvafiq diləyinizi həyata keçirməyə kömək edərmi?

a Müqəddəs Kitaba əsasən, Allahın adı.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş