Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w15 1/10 s. 5
  • Allah-Taala bizi duaya səsləyir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allah-Taala bizi duaya səsləyir
  • Gözətçi qülləsi 2015
  • Başlıqlar
  • Oxşar material
  • Allah dostluq əlini uzadır.
  • Allah kömək etmək istəyir.
  • İnsanlar Allaha ehtiyac duyur.
  • Allah dualarınızı eşidir?
    Gözətçi qülləsi (kütləvi) 2021
  • Müqəddəs yazılara aid suallara cavab
    Gözətçi qülləsi 2014
  • Dua
    Müqəddəs Kitab təlimləri
  • Allaha dua vasitəsilə yaxınlaşmaq
    Allah bizdən nə tələb edir?
Əlavə
Gözətçi qülləsi 2015
w15 1/10 s. 5

ÜZ QABIĞINDAKI MÖVZU | DUA ETMƏYİN XEYRİ VARMI?

Allah-Taala bizi duaya səsləyir

Allah dostluq əlini uzadır.

Dostlar bir-birləri ilə ünsiyyət etdikcə münasibətləri möhkəmlənir. Eynilə, Allah bizi onunla ünsiyyətə dəvət etməklə, səmimi dostluğa yol açır. O deyir: «Siz Məni çağıracaqsınız, gəlib dua edəcəksiniz, Mən də sizi eşidəcəyəm» (Ərəmya 29:12). Allahla danışdıqca Ona yaxınlaşacaqsınız, «O da sizə yaxınlaşacaq» (Yaqub 4:8). Müqəddəs Kitab bizi əmin edir: «Yehova Onu çağıranlara... yaxındır» (Zəbur 145:18). Nə qədər çox dua etsək, Allahla dostluğumuz bir o qədər də möhkəm olacaq.

«Yehova Onu çağıranlara... yaxındır» (Zəbur 145:18).

Allah kömək etmək istəyir.

İsa peyğəmbər demişdi: «Məgər aranızda elə bir ata var ki, oğlu çörək istəyəndə ona daş versin? Yaxud balıq istəyəndə ona ilan versin? Əgər siz... uşaqlarınıza yaxşı şeylər verə bilirsinizsə, məgər göydəki Atanız Ondan istəyənlərə gözəl nemətlər verməyəcək?» (Mətta 7:9—11). Yaradanımız sizi Ona dua etməyə çağırır, çünki qayğınızı çəkən də, sizə kömək etmək istəyən də Odur (1 Butrus 5:7). O hətta problemlərimizi Ona danışmağa dəvət edir. Kəlamda deyilir: «Heç nəyə görə narahat olmayın. Hər məsələ barədə diləyinizi dua və yalvarışla, şükr edə-edə Allaha bildirin» (Filippililərə 4:6).

İnsanlar Allaha ehtiyac duyur.

İnsan təbiəti üzrə mütəxəssislər müşahidə etmişlər ki, yüz milyonlarla insanlar, hətta bəzi ateistlər və aqnostiklər belə bu saya daxildirləra. Bu göstərir ki, hər insanın Allaha ehtiyacı var. İsa peyğəmbər demişdi: «Allaha ehtiyacı olduğunu dərk edənlər xoşbəxtdir» (Mətta 5:3). Bu ehtiyacımızı ödəməyin bir üsulu Allaha müntəzəm dua etməkdir.

Allahın çağırışına hay verib Ona dua etsək, bu, bizə hansı faydanı gətirəcək?

a 2012-ci ildə Pyu adına Tədqiqat Mərkəzinin apardığı sorğu göstərir ki, Birləşmiş Ştatlarda yaşayan ateist və aqnostiklərin 11 faizi ayda, ən azı, bir dəfə dua edir.

Nə haqda dua edə bilərik?

Müqəddəs Kitab göstərir ki, dualarımız müxtəlif mövzulardan ibarət ola bilər. Məsələn:

  • Etiraf. «Günahımı Sənə etiraf etdim, təqsirimi gizlətmədim» (Zəbur 32:5).

  • Həmd. «Nə yaxşıdır Sənə həmd etmək, ey Yehova» (Zəbur 92:1).

  • Mədh. «Gecə-gündüz Səni mədh edərəm, əbədiyyən adına alqış edərəm» (Zəbur 145:2).

  • Rəhbərlik üçün dilək. «Əmrlərinin yolunda mənə bələdçi ol, çünki onlardan həzz alıram» (Zəbur 119:35).

  • Güc üçün dilək. «Mənə tərəf dön, mənə lütf göstər. Nə olar, bu bəndənə qüvvət ver» (Zəbur 86:16).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş