Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp16 №  1 s. 16
  • Müqəddəs Kitabın cavabı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitabın cavabı
  • Gözətçi qülləsi (kütləvi) 2016
  • Başlıqlar
  • Oxşar material
  • İnsan öləndən sonra aqibəti necə olur?
  • Ölən insanların dirilməsi mümkündür?
  • İnsan öləndə nə baş verir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • İnsan öləndə nə baş verir?
    Sən Allahın dostu ola bilərsən!
  • Öləndən sonra insan hara gedir?
    Müqəddəs Kitab təlimləri
  • Ölənlər haradadırlar?
    Müqəddəs Kitab əslində nə öyrədir?
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2016
wp16 №  1 s. 16
Qəbirdaşı üzərində qırmızı qızıl gül

MÜQƏDDƏS KİTABIN CAVABI

İnsan öləndən sonra aqibəti necə olur?

BƏZİ İNSANLAR İNANIR Kİ, insan öləndən sonra ruh bədəndən ayrılıb başqa yerdə yaşamağa davam edir. Ancaq digərləri ölümün hər şeyin sonu olduğuna inanır. Bəs siz nəyə inanırsınız?

MÜQƏDDƏS KİTABDA DEYİLİR:

«Ölülər heç nə bilmir» (Vaiz 9:5). Ölüm insanın varlığına son qoyur.

MÜQƏDDƏS KİTABDA DAHA NƏ DEYİLİR?

  • İlk insan olan Adəm öləndən sonra torpağa qayıtdı (Yaradılış 2:7; 3:19). Eynilə digər insanlar da öləndə torpağa qayıdırlar (Vaiz 3:19, 20).

  • Ölən insanın bütün günahları əfv olunur (Romalılara 6:7). Günahlarına görə daha cəza çəkmir.

Ölən insanların dirilməsi mümkündür?

SİZCƏ...

  • Bəli

  • Xeyr

  • Ola bilər

MÜQƏDDƏS KİTABDA DEYİLİR:

«Ölülərin dirilməsi olacaqdır» (Həvarilərin işləri 24:15, İncil, 1996).

MÜQƏDDƏS KİTABDA DAHA NƏ DEYİLİR?

  • Allahın Kəlamında ölüm çox vaxt yuxu ilə müqayisə olunur (Yəhya 11:11—14). Allah üçün insanı diriltmək yatmış insanı oyatmaq kimi bir şeydir (Əyyub 14:13—15).

  • Müqəddəs Kitabda bir neçə dirilmə hadisəsi qələmə alınıb. Bu, bizi əmin edir ki, ölülərin dirilməsi mümkündür (1 Padşahlar 17:17—24; Luka 7:11—17; Yəhya 11:39—44).

Ətraflı məlumat əldə etmək üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «İlahi müjdə» broşürünün 6-cı fəslinə baxın

Həmçinin www.jw.org/az-latn saytında tapa bilərsiniz

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş