Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w16 noyabr s. 19—20
  • İş böyükdür

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İş böyükdür
  • Gözətçi qülləsi 2016
  • Oxşar material
  • Yehovanın səxavətini qiymətləndirin
    Gözətçi qülləsi 2015
  • Yehova səxavətli bəndəsini bol-bol xeyir-dualandırır
    Gözətçi qülləsi 2014
  • Onlardakı bolluq sizdəki əskikliyi doldurur
    Gözətçi qülləsi 2012
  • Ehtiyacı olanlara necə kömək edə bilərik?
    Gözətçi qülləsi 2013
Əlavə
Gözətçi qülləsi 2016
w16 noyabr s. 19—20
Davud padşah bir nəfərə məbədin planını göstərir; qardaş tikinti layihəsinə baxır

İş böyükdür

DAVUD PADŞAH Yerusəlimdə çox mühüm bir görüş təşkil edib. O, bütün başçıları, saray məmurlarını, igid və bacarıqlı kişiləri hüzuruna toplayıb. Padşahın onlara mühüm bir xəbəri var: Yehova Allahın buyruğu ilə padşahın oğlu Süleyman Allahın adına ibadətgah tikməlidir. Allahın ruhu ahıl yaşlı Davud padşaha məbədin layihəsini əyan edib, padşah da layihəni Süleymana ötürüb. Davud deyir: «İş... böyükdür. Çünki məbəd insan üçün yox, Yehova Allah üçün tikiləcək» (1 Saln. 28:1, 2, 6, 11, 12; 29:1).

Sonra Davud üzünü camaata tutub deyir: «Kim Yehovaya könüllü bəxşiş vermək istəyirsə, buyursun versin» (1 Saln. 29:5). Əgər həmin vaxt orada olsaydınız, neyləyərdiniz, bu çağırışa necə hay verərdiniz? İsraillilər bu çağırışı can-dildən dəstəklədilər. «Camaat... könüllü təqdimələri gətirdiyinə görə sevinirdi, çünki bunları Yehovaya ürəkdən vermişdilər» (1 Saln. 29:9).

Əsrlər sonra Yehova Allah o məbəddən daha əzəmətli bir bina inşa etdi, gözə-görünməz möhtəşəm bir məbəd ucaltdı: indi bu məbədin sayəsində insanlar İsa Məsihin fidyə qurbanlığı vasitəsilə Ona yaxınlaşa bilər (İbr. 9:11, 12). Bu gün Yehova Allah şagird hazırlamaq işi vasitəsilə insanları Özü ilə barışdırır (Mət. 28:19, 20). Bu iş gözəl bəhrələr gətirir: hər il milyonlarla insana Müqəddəs Kitab dərsi keçilir, minlərlə şagird vəftiz olur və yüzlərlə yeni yığıncaq yaranır.

Bu tərəqqi, öz növbəsində, başqa sahələrdə də tərəqqi etməyi tələb edir; nəşrlərin sayını artırmaq, ibadət evlərini təmir etmək, yeni ibadət evləri və toplantı zalları tikmək lazım gəlir. Sözsüz, siz də razı olacaqsınız ki, müjdənin təbliği çox böyük və bəhrəli işdir (Mət. 24:14).

Yaradanımıza və insanlara bəslədiyimiz məhəbbət, təbliğ işinin təcili olması bizi Yehovaya könüllü bəxşiş verməyə təşviq edir. Sərvətimizlə Yehovanı şərəfləndirmək və ianə edilən vəsaitlərin bəşər tarixinin ən böyük işi üçün hikmətlə istifadə olunduğunu görmək hər birimizə çox xoşdur! (Məs. 3:9).

Bəziləri necə ianə edirlər? Ümumdünya işi üçün pul ianələri

Çoxları öz büdcələrindən müəyyən miqdarda pul ayırır və üzərində «Ümumdünya işi üçün ianələr» yazılan qutuya atır (1 Kor. 16:2). Hər ay yığıncaqlar bu könüllü ianələri Yehovanın Şahidlərinin yerli filialına göndərir. Könüllü edilən pul ianələrini ölkənizə baxan filiala göndərmək olar. Zəhmət olmasa, ianə ilə birlikdə onun hədiyyə olduğunu bildirən qısa məktub da göndərin.

İANƏNİN DİGƏR NÖVLƏRİ

Bəzi ölkələrdə ümumdünya təbliğ işini dəstəkləmək üçün pul ianə etməkdən savayı, başqa üsullar da var. Onlardan bəziləri bunlardır:

  • Daşınmaz əmlak: Satışa yararlı olan daşınmaz əmlakı hədiyyə kimi ya birbaşa filiala ianə etmək olar, ya da hədiyyə edənin ölənədək orada yaşayıb əmlakına sahiblik hüququna malik olmaq şərtilə ianə etmək olar. Öz əmlakınızı hədiyyə olaraq filiala vermək üçün sənədləri hazırlamazdan öncə, zəhmət olmasa, filialla əlaqə saxlayın.

  • Vəsiyyətnamə: Əmlakı və ya pulu qanunla müəyyən olunmuş formada tərtib edilən vəsiyyətnamə əsasında filiala vermək olar. Belə olan halda, zəhmət olmasa, vəsiyyətnamənin surətini filiala göndərin.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş