Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp17 №  6 s. 10—11
  • Səhvə düz baxış

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Səhvə düz baxış
  • Gözətçi qülləsi (kütləvi) 2017
  • Başlıqlar
  • Oxşar material
  • SƏHVLƏRƏ ALLAHIN VƏ BİZİM BAXIŞIMIZ
  • SƏHVLƏRİMİZİ DÜZƏLDƏK
  • SƏHVLƏRİMİZİ AZALDAQ
  • DÜZGÜN BAXIŞIN BƏHRƏSİ
  • Səhvimi necə düzəldim?
    Gənclərin 10 sualına cavab
  • Səhv hərəkət etmişəmsə, nə etməliyəm?
    Gənclərin sualları
  • Səhvlərinizdən nəticə çıxarırsınız?
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2022
  • Səhvlərinizdən dərs alın
    Məsihi həyatı və ibadəti iş dəftəri 2017
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2017
wp17 №  6 s. 10—11
Marqaret ailəsi ilə birgə süfrə arxasında

Səhvə düz baxış

Don və Marqareta qızının öz ailəsi ilə onlara qonaq gəldiyinə görə çox sevinirdilər. Artıq təqaüdə çıxan peşəkar aşpaz Marqaret nəvələrinin ən sevdiyi yemək olan pendirli makaronb hazırlamışdı.

Hamı süfrə arxasına əyləşəndə Marqaret yeməyi gətirib masanın ortasına qoyur. Qapağı açanda görür ki, qabda ancaq qaynar pendir sousu var. Marqaret əsas şeyi, makaronu unutmuşdu.

Yaşdan və təcrübədən asılı olmayaraq hər kəs səhvə yol verir. Bu, düşünülmədən deyilən söz və ya yersiz hərəkət ola bilər. Yaxud ola bilsin nəyisə unuda, nəzərimizdən qaçıra bilərik. Bəs səhvə necə baxmalıyıq? Səhv etməmək üçün nə edə bilərik? Səhvə düzgün baxış bu suallara cavab tapmağa kömək edə bilər.

SƏHVLƏRƏ ALLAHIN VƏ BİZİM BAXIŞIMIZ

Nəyisə yaxşı edəndə eşitdiyimiz tərif sözlərinə layiq olduğumuzu düşünürük. Eləcə də səhv edən zaman, hətta bunu istəmədən etmiş olsaq və ya heç kimin xəbəri olmasa belə, səhvimizi boynumuza almaq haqda düşünməli deyilik? Bunu bacarmaq üçün gərək qürurlu olmayaq.

Əgər özümüz haqda yüksək fikirdə olsaq, səhvlərimizi kiçildə, başqasının üstünə ata, yaxud ümumiyyətlə səhv etdiyimizi dana bilərik. Ancaq bu, yaxşı şeylə nəticələnmir. Çünki problem həll olunmamış qalır və kimsə əsassız yerə ittiham olunur. Hətta bu gün etdiyimiz səhvin nəticəsindən qaça bilsək də, unutmamalıyıq ki, axırda «hər birimiz özümüzə görə Allaha cavab verəcəyik» (Romalılara 14:12).

Bəs Allah səhvlərimizə necə yanaşır? Zəbur kitabında deyilir ki, Yaradanımız «mərhəmət, şəfqət sahibidir... daim nöqsan axtarmaz, əbədiyyən acıqlı qalmaz». Allah bizim günahlı, səhv etməyə meyilli olduğumuzu bilir. O bizim necə yarandığımızı, «torpaq olduğumuzu unutmur» (Zəbur 103:8, 9, 14).

Rəhmli Allahımız bizim də səhvlərə Onun kimi yanaşmağımızı istəyir (Zəbur 130:3). Onun Kəlamı həm öz səhvlərimizə, həm də başqalarının səhvinə düzgün baxmağa kömək edən məsləhətlərlə doludur.

SƏHVLƏRİMİZİ DÜZƏLDƏK

Adətən, insan nəyisə düz etməyəndə səhvi başqasının üstünə atmaq, yaxud özünə bəraət qazandırmaq üçün dəridən-qabıqdan çıxır. Məgər kiminsə xətrinə dəyəndə sadəcə üzr istəyib səhvimizi düzəltmək və münasibətləri qorumaq daha yaxşı olmaz? Səhv hərəkətinizlə özünüzü və ya kimisə pis vəziyyətdə qoyduğunuz, yaxud daha ciddi problemlərə səbəb olduğunuz hallar olubmu? Bu zaman özünüzü qınamaq və ya günahı başqasının üstünə atmaq yerinə, bəlkə sadəcə vəziyyəti düzəltməyə çalışasınız? Səhvin bizdə olmadığını deyib-durmaq gərginliyi artıra və problemi çətinləşdirə bilər. Ondansa vəziyyətə düzgün yanaşmağı öyrənin, lazımi düzəlişlər edin və məsələni unudun getsin.

Başqası səhv edəndə onu ittiham etmək çox asandır. Lakin bu zaman Allahın Kəlamındakı «insanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» məsləhətinə əməl etmək daha yaxşı olar (Mətta 7:12). İnsan özü səhv edəndə, hətta bu kiçik bir şey olsa belə, istəyir ki, başqaları ona anlayış göstərsin, yaxud üz vurmasın. Niyə də özümüz başqalarına qarşı bu cür davranmayaq? (Efeslilərə 4:32).

SƏHVLƏRİMİZİ AZALDAQ

İnsanlar nə üçün səhvlərə yol verir? Bir lüğətə əsasən, səhvlər «yanlış nəticə çıxarmaq, məlumat azlığı, yaxud diqqətsizlik» ucbatından olur. Sözsüz ki, bu problem hamımızda var. Amma yenə də, səhvlərimizi azaltmaq mümkündür. Allahın Kəlamındakı prinsiplər bizə bu sahədə kömək edə bilər.

Prinsiplərdən biri Məsəllər 18:13 ayəsində qeyd olunub. Orada deyilir: «Dinləmədən cavab vermək səfehlik və rəzillikdir». Doğrudan da, qarşı tərəfin sözünü axıra kimi dinləmək və cavab verməzdən öncə düşünmək tez özündən çıxmağın və düşünülməmiş sözlər işlətməyin qarşısını alır. Diqqətcil olmağın sayəsində əldə etdiyiniz məlumat sizi yanlış nəticə çıxarmaqdan və səhvə yol verməkdən saxlayacaq.

Başqa bir Müqəddəs Kitab prinsipi belədir: «İmkan daxilində, əlinizdən gələn qədər hamı ilə sülhdə olmağa çalışın» (Romalılara 12:18). Xoş münasibəti və sülhü qorumaq üçün əlinizdən gələni edin. Birgə işlədiyiniz şəxslərə qarşı hörmətcil, diqqətcil olun, onları tərifləyin və ürəkləndirin. Bu cür ab-havada düşünülmədən deyilən sözün, yaxud yersiz hərəkətin üstündən keçmək və ya bağışlamaq, ciddi inciklik yarananda isə münasibətləri sülh yolu ilə həll etmək daha asandır.

Səhvlərinizdən dərs çıxarmağı öyrənin. Özünüzə bəraət qazandırmağa çalışmaq əvəzinə, mövcud vəziyyətə özünüzdə gözəl xüsusiyyətlər yetişdirmək imkanı kimi baxın. Bəlkə sizə daha səbirli, daha xeyirxah, daha təmkinli olmağı öyrənmək lazımdır? Bəs mülayim, sülhpərvər və ya məhəbbətli olmaq necə? (Qalatiyalılara 5:22, 23). Ən azından, gələn dəfə bu kimi vəziyyətlərdə necə düzgün davranmalı olduğunuzu biləcəksiniz. Bivec olmamaq şərtilə, çalışın hər şeyi çox ciddiyə almayasınız. Gərginliyi azaltmağın ən yaxşı üsulu yumor hissidir.

DÜZGÜN BAXIŞIN BƏHRƏSİ

Səhvə düzgün münasibət bizə kömək edəcək ki, bu cür vəziyyət yarananda problemi xoşluqla həll edək. Beləcə, həm qəlbimiz rahat olacaq, həm də başqaları ilə xoş münasibətdə olacağıq. Səhvlərimizdən nəticə çıxarmağı öyrənmək daha dərrakəli olmağa və insanların sevgisini qazanmağa kömək edəcək. Belə etsək, nə özümüzü qınayar, nə də ruhdan düşərik. Başqalarının da öz səhvləri ilə mübarizə apardığını nəzərə almaq onlara qarşı münasibətimizi yaxşılaşdıracaq. Ən əsası isə Allahın məhəbbətini təzahür etdirməyin və Onun kimi bağışlamağa hazır olmağın bəhrələrini dadacağıq (Koloslulara 3:13).

Məqalənin əvvəlində haqqında danışdığımız Marqaretin səhvi ucbatından ailənin kefi pozuldumu? Yox, əlbəttə ki! Hamı, ələlxüsus da Marqaret o ki var güldü. Onlar pendirli makaronun dadına makaronsuz baxdılar! İllər sonra onun iki nəvəsi bu unudulmaz qonaqlığı öz övladlarına danışaraq nənə-babaları ilə bağlı xoş xatirələri yada salırdılar. Axı bu, adi bir səhv idi!

a Adlar şərtidir.

b Pendirli makaron Amerikada ən sevilən yeməklərdən biridir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş