Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp18 №  3 s. 3
  • «Niyə Allah buna izin verdi?»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Niyə Allah buna izin verdi?»
  • Gözətçi qülləsi (kütləvi) 2018
  • Oxşar material
  • Yehovaya xidmətdə keçən dolğun ömür
    Gözətçi qülləsi 2024
  • Sənin nöqsansızlığın Yehovanın qəlbini sevindirir
    Gözətçi qülləsi 2009
  • Təqdimat
    Gözətçi qülləsi (kütləvi) 2018
  • Əyyub — təhəmmül və nöqsansızlıq nümunəsi
    Gözətçi qülləsi 2006
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2018
wp18 №  3 s. 3
Kədərli insanlar əllərində şam tutublar

«Niyə Allah Buna İzin Verdi?»

«BU SUAL MƏNİ HƏMİŞƏ NARAHAT EDİR: NİYƏ ALLAH BUNA İZİN VERDİ?» (Roma Papası XVI Benedikt. Polşanın Osventsim şəhərindəki keçmiş həbs düşərgəsində olarkən)

FACİƏ BAŞ VERƏNDƏ: «NİYƏ ALLAH BUNA İZİN VERDİ?» — DEYƏ DÜŞÜNMÜSÜNÜZMÜ? BƏLKƏ DƏ, BAŞINIZA BƏDBƏXT HADİSƏ GƏLƏNDƏ «ALLAH NƏ ÇƏKDİYİMİ GÖRÜRMÜ?» — DEYƏ FİKİRLƏŞİRSİNİZ.

Ola bilsin, Birləşmiş Ştatlarda yaşayan və qatı dindar ailədə böyümüş Şilanın hissləri sizə yad deyil. O deyir: «Uşaqlıqdan Allaha inanırdım, çünki bizi O yaradıb. Amma özümü Ona yaxın hiss etmirdim. Fikirləşirdim, O, sadəcə uzaqdan məni müşahidə edir, vəssalam. Düşünmürdüm ki, məndən narazıdır, heç sevdiyinə də əmin deyildim». Nəyə görə Şila belə fikirləşirdi? O deyir: «Ailəmiz ard-arda faciələrlə üzləşdi. Sanki Allah əlini üstümüzdən çəkmişdi».

Bəlkə, Şila kimi siz də Külli-İxtiyar Allahın varlığına inanırsınız. Amma sizi sevdiyinə əmin deyilsiniz. Yaradanın qüdrətinə və hikmətinə şəkk-şübhə etməyən Əyyub peyğəmbərdə də bu kimi hisslər yaranmışdı (Əyyub 2:3; 9:4). Ard-arda başına gələn bəlalardan sonra çar-naçar qalan Əyyub peyğəmbər Allahdan soruşmuşdu: «Niyə üzünü gizlədirsən? Niyə məni düşmən sanırsan?» (Əyyub 13:24).

Bu mövzu barədə Müqəddəs Kitabda nə deyilir? Üzləşdiyimiz bəlalar Allahdandırmı? Allahın bütün bəşəri və ayrı-ayrılıqda hər birimizi sevdiyinə bizi nə əmin edir? Bizə nəzər saldığını, bizi başa düşdüyünü, bizə şəfqət göstərdiyini, kömək əlini uzatdığını şəxsən necə görə bilərik?

Növbəti məqalələrdə insan yaradılışına nəzər salacağıq. Bu məlumatın sayəsində Allahın bizi nə qədər sevdiyini və qayğımıza qaldığını görəcəyik (Romalılara 1:20). Sonra bu mövzunu Müqəddəs Kitabın işığında təhlil edəcəyik. Bu iki yolla Allahı daha yaxından tanıyacağıq və beləcə, Onun bizi sevdiyinə, qayğımıza qaldığına əminliyimiz artacaq (1 Yəhya 2:3; 1 Butrus 5:7).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş