Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w18 iyul s. 30—31
  • Müqəddəs Kitabın mütaliəsini daha effektiv və maraqlı edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitabın mütaliəsini daha effektiv və maraqlı edin
  • Gözətçi qülləsi 2018
  • Oxşar material
  • Səmərəli və xoş öyrənmə
    Gözətçi qülləsi 2000
  • Müqəddəs Kitabı oxumaqdan zövq alın
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Yehovanın süfrəsindəki hər təamı dadın
    Gözətçi qülləsi 2016
  • Araşdırmanı necə aparmaq olar?
    Teokratik Xidmət Məktəbində təlim alırıq
Əlavə
Gözətçi qülləsi 2018
w18 iyul s. 30—31
Yuşə çıraq işığında Tövratı oxuyur

Müqəddəs Kitabın mütaliəsini daha effektiv və maraqlı edin

Yuşə Tövratı oxuyur; Ərihanın divarları dağılır, amma Rahabın evinə heç nə olmur; Yuşə əllərini göyə açıb dua edir

YUŞƏ çətin bir vəziyyətlə üzləşmişdi. O, İsrail xalqını Vəd edilmiş diyara aparmaq üçün böyük şücaət göstərməli idi. Yehova onu uğur qazanacağına əmin etmiş və ruhlandıraraq demişdi: «Cəsur ol, möhkəm ol! Qulum Musanın tapşırdığı kimi, bütün qanunlara dəqiqliklə əməl et... Gecə-gündüz onları oxu ki, hər kəlməsinə dəqiqliklə əməl edəsən. Onda hər işin avand olar və hikmətlə hərəkət edərsən» (Yuş. 1:7, 8).

Yaşadığımız «son dərəcə çətin bir vaxt»da bizim də çoxlu problemlərimiz olur (2 Tim. 3:1). Yehovanın bu göstərişinə əməl etsək, biz də Yuşə kimi uğur qazana bilərik. Odur ki, hər birimiz Müqəddəs Kitabı müntəzəm oxumalı və sınaqlarla üzləşən zaman oradakı prinsiplərə dəqiqliklə əməl etməliyik.

Yəqin çoxumuz etiraf edərik ki, biz bu sahədə elə də yaxşı şagird deyilik və Müqəddəs Kitabı araşdırmaq bizim üçün o qədər də asan deyil. Bununla belə, Allahın Kəlamını araşdırmaq olduqca vacib məsələdir. Araşdırmanı daha effektiv və daha maraqlı etmək üçün «Bu məsləhətləri sınaqdan keçirin» adlı çərçivəyə nəzər sala bilərsiniz.

Məzmurçu yazır: «Əmrlərinin yolunda mənə bələdçi ol, çünki onlardan həzz alıram» (Zəb. 119:35). Siz də Allahın Kəlamının mütaliəsindən zövq ala bilərsiniz. Müqəddəs Kitabın dərinliyinə vardıqca ruhani xəzinədən qiymətli daş-qaşlar tapacaqsınız.

Yuşə kimi xalqa rəhbərlik etməli olmasanız da, əlbət ki, sizin də özünüzə görə çətinlikləriniz var. Odur ki, Yuşədən örnək alaraq Allahın Kəlamını oxuyub sizin rifahınız üçün yazılanlara əməl edin. Onda hər işinizdə uğur qazanacaq və hikmətlə davranacaqsınız.

BU MƏSLƏHƏTLƏRİ SINAQDAN KEÇİRİN

  • Əllərini sıxıb dua edən bir nəfər

    Mütaliədən öncə dua edin. Müqəddəs Kitabda Küllü-İxtiyar Allahın bizim rifahımız üçün yazdırdığı kəlmələr qələmə alınıb. Odur ki, Kəlamı oxuyarkən onu anlamaq, yadda saxlamaq və həyatınızda tətbiq etmək üçün Yehovadan kömək istəyin (Üzr. 7:10).

  • Özünə suallar verən bir nəfər

    Özünüzə suallar verin. Müqəddəs Kitabı və ona əsaslanmış nəşrləri oxuyarkən özünüzə növbəti sualları verin: «Oxuduğum bu hissədən Yehova haqda nə öyrəndim? Bu hissə Müqəddəs Kitabın ümumi mövzusu ilə necə əlaqəlidir? Bu fikirləri başqalarına kömək etmək üçün necə istifadə edə bilərəm?»

  • Oxuduqları üzərində düşünən bir nəfər

    Oxuduqlarınızın üzərində düşünün. Oxuduqca ara verib fikirləşin: «Oxuduqlarım məndə hansı hissləri oyatdı, nəyə görə? Bu, mənim keçmişdə yaşadıqlarım, hazırkı vəziyyətim və gələcəyimlə necə əlaqəlidir? Müqəddəs Kitabın bu prinsiplərini həyatımda necə tətbiq edə bilərəm?» (Əyy. 23:5; Zəb. 49:3). Yehovanın xalqından müəyyən əməllərdən uzaq durmağı tələb etməsinin səbəbini necə izah edərdiniz? Haqqında oxuduğunuz personaj başqa cür davransaydı, nəticəsi necə olardı? (Qan. 32:28, 29).

  • Müqəddəs Kitabı oxuyan adam təxəyyülünü işə salır

    Təxəyyülünüzü işə salın. Misal üçün, qardaşları Yusifi ismayıllılara satarkən baş verənləri təsəvvürünüzdə canlandırın (Yar. 37:18—28). Təsəvvür edin ki, siz də oradasınız: ətrafda nə görürsünüz, nə eşidirsiniz, hansı qoxunu duyursunuz? Özünüzü həmin personajların yerinə qoyun. Onlar nə haqda düşünür, hansı hissləri keçirir? Belə etsəniz, mütaliəniz daha maraqlı və mənalı olacaq.

  • Vəsaitlərdən istifadə edən bir nəfər

    Vəsaitlərdən istifadə edin. Doğma dilinizdə elektron və çap formatında hansı vəsaitlər var? Onlardan maksimum yararlanmaq üçün kömək istəməyə çəkinməyin. Misal üçün, «Gözətçi Qülləsi nəşrlərinin indeksi» (rus.), yaxud «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaitinin köməyilə axtardığınız mövzu üzrə dərc olunmuş məqalələri və Müqəddəs Kitab ayələrinin izahını tapa bilərsiniz. Həmçinin Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin əlavələr bölməsində yer alan ölçü və çəki vahidləri, xəritələr, xronologiya və digər faydalı məlumatlardan yararlana bilərsiniz.

  • Bir nəfər oxuduğu materialın əsas fikirlərini xülasə edir

    Əsas fikirləri xülasə edin. Bu, sizə öyrəndiyiniz məlumatı yadda saxlamağa kömək edəcək. Daha yaxşı olar ki, öyrəndiyinizi kiməsə danışasınız. Məsələn, xidmətlə bağlı tapdığınız hansısa maraqlı fikri başqaları ilə bölüşə bilərsiniz. Bu yolla əsas fikirlər yadınızda qalacaq, üstəlik, mütaliənizdən digərləri də faydalanacaq.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş