Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp19 №  2 s. 14—15
  • Nəyə görə yaşamağın mənası var?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nəyə görə yaşamağın mənası var?
  • Gözətçi qülləsi (kütləvi) 2019
  • Başlıqlar
  • Oxşar material
  • Allah sizin qayğınıza qalır
  • Həyatınızın mənası var
  • Gələcəyə ümid var
  • Yehova başınızdakı saçları belə saymışdır
    Gözətçi qülləsi 2005
  • Allah bizi dəyərləndirir
    Gözətçi qülləsi 2008
  • Ölmək istəyirəm. Bu hisslərlə mübarizədə Müqəddəs Kitab mənə kömək edə bilər?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Doğma insan vəfat edəndə
    Gözətçi qülləsi (kütləvi) 2019
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2019
wp19 №  2 s. 14—15
Gənc qadın Müqəddəs Kitabı oxuyur

Nəyə görə yaşamağın mənası var?

Faysala həyat yoldaşını itirəndən bir il sonra ağır ürək əməliyyatı lazım gəldi. O deyir: «Mən “Əyyub” kitabını oxuyanda başa düşürəm ki, Yehova bu kitabı müəyyən məqsədlə yazdırıb. Müqəddəs Kitabda öz vəziyyətimə uyğun nümunələr oxuyanda, sanki ürəyimdəki ağrıya məlhəm çəkilir». O əlavə edir: «Nə olursa-olsun, yaşamağa dəyər».

Tarşa kiçik yaşlarında anasını itirib. O deyir: «Hər nə ilə üzləşsən də, Yaradanı tanımaq həyata məna qatır, ümid və sevinc bəxş edir. Yehova hər günü başa vurmaq üçün bizə güc verməyə, kömək etməyə qadirdir».

ÖTƏN məqalələrdən göründüyü kimi, bəzən insanın başına elə hadisələr gəlir ki, artıq yaşamağa taqəti qalmır. Başınıza gələn çətinliklərlə çarpışarkən sizdə sual yarana bilər ki, görəsən, bu həyatda yaşamağa dəyər, yaxud kimsə sizin qeydinizə qalır? Əmin olun ki, Allah sizin dərdinizə biganə deyil. Siz Onun üçün dəyərlisiniz.

Zəbur kitabının 86-cı məzmurunu yazan kəs əminliklə Allaha demişdi: «Dar günümdə Səni çağırıram, bilirəm, Sən məni cavabsız qoymazsan» (Zəbur 86:7). Amma siz düşünə bilərsiniz ki, görəsən Allah dar günümdə mənə necə cavab verəcək?

Ola bilsin, Allah sizin çətinliklərinizi dərhal aradan qaldırmayacaq. Amma O, Kəlamı vasitəsilə əmin edir ki, tab gətirə biləsiniz deyə sizə qəlb rahatlığı verəcək: «Heç nəyə görə narahat olmayın. Hər məsələ barədə diləyinizi dua və yalvarışla, şükr edə-edə Allaha bildirin. Onda Allahın hər bir ağıldan üstün olan sülhü ürəyinizi və fikirlərinizi... qoruyacaq» (Filippililərə 4:6, 7). Görün növbəti ayələr Allahın qayğımıza qaldığına bizi necə əmin edir.

Allah sizin qayğınıza qalır

«Onlardan [sərçələrdən] heç biri Allahın yadından çıxmır... Siz sərçələrdən qat-qat qiymətlisiniz» (Luka 12:6, 7).

DÜŞÜNÜN: Allah insanların önəm vermədiyi balaca quşların da qayğısına qalır. Hətta kiçicik bir sərçə də Allahın nəzərindən yayınmır, onların hər biri Allahın gözündə dəyərli canlıdır. İnsanlar isə Allahın gözündə sərçələrdən qat-qat dəyərlidir. İnsan Allahın yer üzündəki xilqətinin əşrəfidir. Allah insanı «Öz bənzərində» yaradıb. Odur ki, insan Allahın ali keyfiyyətlərini özündə yetişdirə və əməllərində təzahür etdirə bilər (Yaradılış 1:26, 27).

«Ey Yehova, məni yoxlamısan, yaxşı tanıyırsan... Fikirlərimi uzaqdan oxuyursan... Məni imtahan et, narahat düşüncələrimi bil» (Zəbur 139:1, 2, 23).

DÜŞÜNÜN: Allah sizi şəxsən tanıyır. O sizin məhrəm hisslərinizdən, qayğılarınızdan agahdır. Başqaları sizin narahatçılığınızı başa düşməsə belə, Allah sizin qeydinizə qalır və sizə kömək etmək istəyir. Məhz elə bu səbəbə görə yaşamağa dəyər.

Həyatınızın mənası var

«Ey Yehova, duamı eşit, qoy fəryadım Sənə çatsın... Nə olar, qulağını mənə sarı əy, Səni çağıranda mənə tez hay ver... [O,] yoxsulların duasını dinləyəcək» (Zəbur 102:1, 2, 17).

DÜŞÜNÜN: Bəşər övladı iztirab çəkməyə başladığı andan insanların axıtdığı göz yaşlarının hər damlası Yehova Allaha məlumdur (Zəbur 56:8). Sizin göz yaşlarınız da bura daxildir. Allah sizin nələr çəkdiyinizi, nə qədər göz yaşı tökdüyünüzü yaxşı bilir, çünki siz Onun üçün dəyərlisiniz.

«Təlaşa düşmə, sənin Allahın Mənəm. Sənə qüvvət verəcəyəm, sənə kömək edəcəyəm... Mən, Allahın Yehova... sənə deyirəm: “Qorxma! Sənə kömək edəcəyəm”» (Əşiya 41:10, 13).

DÜŞÜNÜN: Allah sizə kömək etməyə hazırdır. Həyatın çətinlikləri sizi yıxsa da, O sizi mütləq qaldıracaq.

Gələcəyə ümid var

«Allah isə Öz məhəbbətini bizə onunla göstərir ki, biz hələ günahlı ikən Məsih uğrumuzda öldü» (Romalılara 5:8).

DÜŞÜNÜN: Siz Allah üçün o qədər əzizsiniz ki, O, İsa Məsihi sizin uğrunuzda qurban verib. Bu qurban sayəsində əbədiyyət boyunca xoşbəxt, mənalı həyat sürmək imkanınız olacaqa.

Ola bilər, indi qayğılarınız çoxdur, həyat sizə dözülməz gəlir. Buna baxmayaraq, Allahın Kəlamını öyrənin, Allahın verdiyi ümidə iman edin. Bu sizə xoşbəxtlik bəxş edəcək, əmin olacaqsınız ki, yaşamağa dəyər.

a İsa Məsihin fidyə qurbanlığının sizə hansı aidiyyəti olduğunu öyrənmək üçün www.jw.org saytında «İsa peyğəmbərin ölümünü yad edin» adlı videoya baxın. HAQQIMIZDA > ANMA MƏRASİMİ bölməsinə baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş