Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp19 №  3 s. 14—15
  • İndi də xoşbəxt olmaq mümkündür

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İndi də xoşbəxt olmaq mümkündür
  • Gözətçi qülləsi (kütləvi) 2019
  • Başlıqlar
  • Oxşar material
  • GÖZÜTOX OLUN
  • XƏSTƏLİK VAXTI DÖZÜMLÜ OLUN
  • NİKAH TELLƏRİNİ MÖHKƏMLƏNDİRİN
  • Daimi nikahın iki açarı
    Ailə xoşbəxtliyinin sirri
  • Pul hər cür pisliyin köküdür?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Həyatdan məmnunluq duymağın sirləri
    Oyanın! 2021
  • Ailə səadəti (I hissə)
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2019
wp19 №  3 s. 14—15
Əvvəldə haqqında danışılan alimlərdən biri arvadı ilə birlikdə yemək bişirir

İndi də xoşbəxt olmaq mümkündür

GÜN GƏLƏCƏK xəstəlik, qocalıq, ölüm olmayacaq. Siz də belə həyatda yaşaya bilərsiniz. Lakin bu gün həyat problemlərlə və çətinliklərlə doludur. Bəs bu gün nisbətən xoşbəxt yaşamaq mümkündür? Müqəddəs Kitabda deyilən yolla yerimək sizə indidən xoşbəxt yaşamağa və həyatdan məmnunluq duymağa kömək edə bilər. Gəlin həyatda qarşılaşdığımız bəzi çətinlikləri və Müqəddəs Kitabda verilən məsləhətləri nəzərdən keçirək.

GÖZÜTOX OLUN

Müqəddəs Kitabın məsləhəti: «Həyatınızda pulpərəstliyə yer verməyin, nəyiniz varsa, ona qane olun» (İbranilərə 13:5).

Bu gün dünyada sonsuz sayda məhsul və xidmət növləri reklam olunur və insanlara aşılanır ki, bunlarsız keçinmək mümkün deyil. Ancaq Müqəddəs Kitabda deyilir ki, biz nəyimiz varsa, ona qane ola bilərik. Necə?

Pulpərəstlikdən uzaq olun. İnsanlar puldan ötrü sağlamlıqlarından, ailədən, dostluqdan, əxlaq dəyərlərindən, hətta öz mənliklərindən keçməyə hazırdılar (1 Timutiyə 6:10). Halbuki pul belə qurbanlara dəyməz! Axı var-dövlət sevən adamın gözü heç vaxt doymur (Vaiz 5:10).

İnsanlara dəyər verin, əşyalara yox. Düzdür, maddi şeylər əlimizdən tutur. Lakin əşyalar bizi sevə, bizim qədrimizi bilə bilməz. Bunu yalnız insan edə bilər. Əsl dostumuz olarsa, həyatdan məmnunluq duya bilərik (Məsəllər 17:17).

MÜQƏDDƏS KİTABDAKI MƏSLƏHƏTLƏRƏ ƏMƏL ETMƏKLƏ ARTIQ BU GÜN XOŞBƏXT OLA BİLƏRİK

XƏSTƏLİK VAXTI DÖZÜMLÜ OLUN

Müqəddəs Kitabın məsləhəti: «Şad ürək cana məlhəmdir» (Məsəllər 17:22).

Sevinc «məlhəm» kimi bizə xəstəliyə dözməyə kömək edə bilər. Bəs xəstələnən zaman adam necə sevinə bilər?

Şükür edin. İnsan yalnız problemləri barədə düşünsə, hər günü qara olacaq (Məsəllər 15:15). Müqəddəs Kitabda isə deyilir ki, «şükür edənlərdən olun» (Koloslulara 3:15). Nə qədər kiçik də olsa, həyatınızdakı yaxşı şeyləri qiymətləndirməyi öyrənin. Günəşin qürubu, sərin meh, sevdiyiniz insanın təbəssümü. Bütün bunlar həyatınıza məna qata bilər.

Başqalarına kömək edin. Səhhətimizlə bağlı problem yaşasaq da, yaddan çıxarmamalıyıq ki, «vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həvarilərin işləri 20:35). Etdiyimiz köməyə görə insanların minnətdarlığını eşidəndə sevinəcəyik və fikrimiz öz problemlərimizdən yayınacaq. Biz insanlara yaxşılıq edəndə öz həyatımız yaxşılaşacaq.

NİKAH TELLƏRİNİ MÖHKƏMLƏNDİRİN

Müqəddəs Kitabın məsləhəti: «Daha vacib şeyləri ayırd etməyi [bacarın]» (Filippililərə 1:10).

Bir yerdə az vaxt keçirən cütlüklər münasibətlərinə zərər vura bilərlər. Odur ki, ərlə arvad nikahlarına ciddi yanaşmalıdırlar. Bu, həyatda ən vacib şeylərdən biridir.

Birlikdə nəsə edin. Sizə maraqlı olan məşğuliyyətlərlə tək məşğul olmaqdansa, birlikdə nəsə etməyi planlaşdırın. Müqəddəs Kitabda deyilir: «İki nəfər bir nəfərdən yaxşıdır» (Vaiz 4:9). Birlikdə yemək bişirmək, idman etmək, çay içmək, hansısa hobbi ilə məşğul olmaq olar.

Sevginizi göstərin. Müqəddəs Kitab ərlə arvada bir-birini sevməyi və hörmət etməyi buyurur (Efeslilərə 5:28, 33). Xoş təbəssüm, nəvazişlə qucaqlamaq, yaxud kiçik hədiyyə vermək nikahı möhkəmləndirə bilər. Sözsüz ki, ərlə arvad yalnız bir-birilə intim münasibətdə olmalıdırlar (İbranilərə 13:4).

«AXIR Kİ, HƏYATIN MƏNASINI TAPDIM!»

Nəql etdi Ryoko Miyamoto (Yaponiya)

Həyatımız çox ağır idi. Ərim çox içirdi, ona görə də onu işdən çıxarırdılar. Dörd övladımız var idi. Amma ərim uşaqlara atalıq etmirdi. Gecə-gündüz işləsəm də, dolanışığımız çox çətin idi. Düşünürdüm: «Görəsən, bu mənim taleyimdir, yoxsa əvvəlki həyatımda etdiyim günahların cəzasıdır, çəkirəm?»

Bir gün Yehovanın Şahidləri qapımızı döydülər. Üzündə xoş təbəssüm olan qadın şövqlə Allahın Padşahlığı və əbədi həyat barədə danışırdı. O mənə Müqəddəs Kitabı öyrənməyi təklif etdi. Tezliklə öyrəndim ki, Allah var və O, hikmətli, ədalətli və məhəbbətlidir. Həmçinin ölülərin vəziyyəti barədə öyrəndim. Üstəlik, bildim ki, çəkdiyim əzablar alın yazısı deyil.

Ən əsası, başa düşdüm ki, əsl xoşbəxtlik Allahla münasibətlərdən asılıdır. Müqəddəs Kitabdakı həqiqəti bilmək məni ruhlandırdı, azadlıq bəxş etdi, təravət verdi. Axır ki, həyatın mənasını tapdım!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş