Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w19 oktyabr s. 6—7
  • Allahın hökmləri. O, həmişə öncədən xəbərdar edir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın hökmləri. O, həmişə öncədən xəbərdar edir?
  • Gözətçi qülləsi 2019
  • Başlıqlar
  • Oxşar material
  • KEÇMİŞDƏKİ XƏBƏRDARLIQLAR
  • ALLAHIN XƏBƏRDARLIĞINA BUGÜNKÜ MÜNASİBƏT
  • Oyaq durun — hökm vaxtı gəldi!
    Gözətçi qülləsi 2005
  • «Gözəgörünməz Allahı» iman gözü ilə gör
    Gözətçi qülləsi 2014
  • Oyaq durmaq zərurəti daha da artır
    Gözətçi qülləsi 2004
  • Allahı Yehova olan xalq
    Gözətçi qülləsi 2014
Gözətçi qülləsi 2019
w19 oktyabr s. 6—7
Tufan yaxınlaşır və bu vaxt iki qardaş bir qapını döyür

Allahın «tufanı» yaxınlaşır, insanlar bu xəbərdarlığı eşitməlidir!

Allahın hökmləri O, həmişə öncədən xəbərdar edir?

SİNOPTİK radar vasitəsilə görür ki, dəhşətli tufan sürətlə yaxınlaşır. İnsanların təhlükəsizliyinə görə narahat olduğu üçün onları yubanmadan xəbərdar edir.

Buna bənzər tərzdə Yehova bütün bəşəriyyəti hava proqnozunda eşidə biləcəklərindən daha dəhşətli bir «tufan» barədə xəbərdar edir. O, bu xəbərdarlığı necə verir? Nəyə görə əmin ola bilərik ki, Yehova bu xəbərə hay verə bilmələri üçün insanlara kifayət qədər vaxt verib? Bu suallara cavab verməzdən öncə, gəlin Yehovanın keçmişdə etdiyi xəbərdarlıqlara nəzər salaq.

KEÇMİŞDƏKİ XƏBƏRDARLIQLAR

Keçmişdə Yehova Onun əmrlərinə bilə-bilə itaət etməyənlərin üzərinə «tufan» göndərəcəyi, başqa sözlə, onlara hökm çıxaracağı barədə xəbərdarlıqlar edirdi (Məs. 10:25; Ərm. 30:23). Hər dəfəsində bunu xeyli qabaq deyirdi və iradəsinə uyğun dəyişikliklər etməli olduqlarını bildirirdi (2 Pad. 17:12—15; Nəh. 9:29, 30). İnsanların xəbərdarlığa hay verməsi üçün Yehova adətən yer üzündəki sadiq xidmətçilərindən istifadə edirdi. Xidmətçiləri Yehovanın hökmlərini insanlara çatdırır və təcili tədbir görməli olduqlarını başa salırdılar (Ams. 3:7).

Yehovanın bu cür sədaqətli xidmətçilərindən biri Nuh peyğəmbər idi. O, uzun illər ərzində öz dövrünün əxlaqsız və zorakı insanlarını Daşqın barədə xəbərdar etmişdi (Yar. 6:9—13, 17). Həmçinin Daşqından xilas olmaq üçün nə etməli olduqlarını da demişdi. Peyğəmbər o qədər təbliğ etmişdi ki, Yehova sonralar onu «salehlik carçısı» adlandırmışdı (2 But. 2:5).

Nuhun cəhdlərinə baxmayaraq, insanlar Allahın xəbərdarlığına məhəl qoymadı. Onlarda zərrə qədər də olsun, iman yox idi. Nəticədə, Daşqın gəlib onların hamısını aparanda tələf oldular (Mət. 24:39; İbr. 11:7). Onlar ölümlə üz-üzə qalanda «Allah məni xəbərdar etməyib» deyə bilməzdilər.

Elə vaxtlar da olub ki, Yehova insanları hökm «tufanı» başlamazdan qısa müddət öncə xəbərdar edib. Hətta belə hallarda da onların düzəlmələri üçün kifayət qədər vaxtı var idi. Məsələn, O, qədimdə misirlilərin üzərinə On bəla göndərəndə qabaqcadan xəbərdarlıq vermişdi. Götürək yeddinci bəlanı. Yehova Musa peyğəmbərlə Harunu firon və xidmətçilərinin yanına göndərərək güclü dolunun yağacağı barədə xəbərdar etmişdi. Dolu səhərisi gün yağacaqdı. Bəs onların sığınacaq tapmaq üçün yetərincə vaxtları var idi? Müqəddəs Kitabda yazılıb: «Fironun xidmətçiləri arasında Yehovanın sözündən qorxuya düşənlər tez öz qullarını və heyvanlarını içəri saldı. Lakin Yehovanın sözünü saya salmayanlar qullarını və heyvanlarını bayırda qoydular» (Çıx. 9:18—21). Bəli, Yehova kifayət qədər öncədən xəbər vermişdi, belə ki, xəbərdarlığa hay verənlər cəld tərpənib bəladan qurtula bildilər.

Firon və xidmətçiləri onuncu bəladan öncə də xəbərdarlıq almışdı. Lakin onlar xəbərdarlığı axmaqcasına rədd etdilər (Çıx. 4:22, 23). Nəticədə, ilk doğulmuş övladlarının ölümünə şahid oldular. Necə də ağır faciə idi! (Çıx. 11:4—10; 12:29). Onlar vaxtında hay verə bilərdilər? Əlbəttə! Musa israilliləri onuncu bəla barədə dərhal xəbərdar etmişdi və ailələrini necə qoruya biləcəklərinə dair göstərişlər vermişdi (Çıx. 12:21—28). Bu göstərişlərə nə qədər adam əməl etdi? Bəzi hesablamalara əsasən, üç milyon adam — israillilər, həmçinin qeyri-israillilərdən və misirlilərdən ibarət izdiham Allahın hökmündən xilas olub Misiri tərk etdi (Çıx. 12:38, haş.).

Bu nümunələrdən gördüyümüz kimi, Yehova xəbərdarlığa hay vermələri üçün insanlara həmişə kifayət qədər vaxt verib (Qan. 32:4). Nəyə görə? Həvari Butrus qeyd etmişdi ki, Yehova «heç kəsin məhv olmasını istəmir, əksinə, istəyir ki, hamı tövbəyə gəlsin» (2 But. 3:9). Bəli, Yehova bunu insanların rifahını düşündüyü üçün edib. O istəyirdi ki, hökmünü icra etməzdən öncə insanlar tövbə edib lazımi dəyişikliklər etsin (Əşy. 48:17, 18; Rom. 2:4).

ALLAHIN XƏBƏRDARLIĞINA BUGÜNKÜ MÜNASİBƏT

Bu gün də bütün dünyada bəyan olunan mühüm xəbərdarlığa hamı hay verməlidir. İsa Məsih yer üzündə olanda indiki sistemin «böyük müsibət» zamanı məhv olacağını söyləmişdi (Mət. 24:21). Peyğəmbərlikdə həmin vaxt yaxınlaşdıqca davamçılarının şahid olacaqları və başlarına gələcək hadisələri ətraflı vurğulamışdı. Bununla İsa bütün dünyada baş verəcək mühüm hadisələrin icmalını vermişdi. Bu gün özümüz onların şahidi oluruq (Mət. 24:3—12; Luka 21:10—13).

Bu peyğəmbərliyə uyğun olaraq, Yehova bu gün hər kəsi rəhbərliyinə tabe olmağa təşviq edir. O istəyir ki, itaətkar insanlar həm indi yaxşı həyat sürsünlər, həm də gələcəkdə salehliyin hökm sürəcəyi yeni dünyada nemətlər alsınlar (2 But. 3:13). Bu vədlərə iman etmələri üçün Yehova insanlara həyatlarını xilas edəcək xəbər — Padşahlıq haqqında müjdə verib. Bu müjdə, İsa Məsihin də öncədən dediyi kimi, «xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə» təbliğ edilir (Mət. 24:14). Yehovanın nizamla təşkil etdiyi xidmətçiləri hal-hazırda təxminən 240 ölkədə bu ilahi xəbərə şəhadət verir. O, mümkün qədər çox insanın Onun xəbərdarlığına hay verib yaxınlaşan adil hökmünün «tufanından» qurtulmasını istəyir (Səf. 1:14, 15; 2:2, 3).

Deməli, əsas məsələ Yehovanın xəbərdarlığı kifayət qədər öncədən verib-verməməsi deyil. Faktlar göstərir ki, O, dəyişmələri üçün insanlara həmişə kifayət qədər vaxt verib. Əsas, insanların hələ ki vaxt var, Allahın xəbərdarlığına qulaq asıb-asmayacağıdır. Odur ki, gəlin Allahın elçiləri olan bizlər mümkün qədər çox insana bu dünyanın sonundan xilas olmağa kömək edək.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş