Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w19 dekabr s. 30
  • Yadınızdadırmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yadınızdadırmı?
  • Gözətçi qülləsi 2019
  • Oxşar material
  • Gərgin vəziyyətlərdə həlim qalın
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
  • Yehovanı dərin məhəbbətlə sevdiyinizi həmişə göstərin
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Kamillik mükəmməllik demək deyil
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Əxlaqi təmizliyi qoruyun
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
Əlavə
Gözətçi qülləsi 2019
w19 dekabr s. 30

Yadınızdadırmı?

«Gözətçi qülləsi»nin 2019-cu il saylarına əsaslanmış suallara cavab verə bilərsiniz?

«Sənə qarşı düzəldilən heç bir silah kara gəlməyəcək» vədi hansı mənanı kəsb edir? (Əşy. 54:17).

Əmin ola bilərik ki, Yehova bizi «zalımların nəfəsi»ndən qoruyacaq (Əşy. 25:4, 5). Düşmənlərimiz bizə sağalmaz yara vura bilməyəcək (w19.01 s. 6—7).

Allahın kənanilərlə və sədaqətsiz israillilərlə rəftarı Onun ədalətini necə əks etdirir?

Allah iyrənc cinsi əməllərlə məşğul olanları, qadınlara və uşaqlara qarşı amansız davrananları mühakimə edirdi. Amma Ona itaət edən və bir-biri ilə ədalətlə rəftar edənlərin işini avand edirdi (w19.02 s. 22—23).

İmanda olmayan şəxs dua edən zaman nə etməliyik?

Belə vəziyyətlə üzləşəndə susa və hörmətcil davrana bilərik. Amma «amin» deməməli, yaxud dua edənlərlə birgə əlimizi göyə açmamalıyıq. Özümüz sakitcə dua edə bilərik (w19.03 s. 31).

Uşaq zorakılığı nə dərəcədə ciddi cinayətdir?

Uşaq zorakılığı qurbana, yığıncağa, hökumətə və Allaha qarşı günahdır. Ölkənin qanunvericiliyi tələb edirsə, ağsaqqallar zorakılıq iddiası haqda xəbər vermək barədə qanuna əməl edirlər (w19.05 s. 9—10).

Düşüncə tərzinizi necə dəyişə, yaxud yeniləşdirə bilərsiniz?

Vacib addımlar: Yehovaya dua edin; özünüzü yoxlamaq üçün dərindən düşünməyə vaxt ayırın; yaxşı dostlar seçin (w19.06 s. 11).

Təqiblərə indidən necə hazır ola bilərik?

Biz Yehova ilə dostluq münasibətlərimizi möhkəmləndirməliyik. Bizi sevdiyinə və heç vaxt tərk etməyəcəyinə etibar etməliyik. Müqəddəs Kitabı hər gün oxumalı və müntəzəm dua etməliyik. Allahın Padşahlığının nemətlər bəxş edəcəyinə əmin olmalıyıq. Sevdiyimiz ayələri və həmd nəğmələrini əzbərləməyə çalışmalıyıq (w19.07 s. 2—4).

Ailə üzvlərimizin xilas olması üçün nə edə bilərik?

Anlayış göstərmək olduqca vacibdir, qoy davranışımız gözəl şahidlik versin, həmçinin səbirli və nəzakətli olmalıyıq (w19.08 s. 15—17).

Mətta 11:28 ayəsinə əsasən, necə təravət alırıq?

Biz qayğıkeş nəzarətçilərə və ən yaxşı əməkdaşlara sahibik, həmçinin ən yaxşı işi görürük (w19.09 s. 23).

Yehova fəaliyyət göstərməyimiz üçün qəlbimizdə arzunu necə oyadır və bizə necə güc verir? (Filip. 2:13).

Kəlamı oxuyanda və onun üzərində dərindən düşünəndə Allah bizi qüvvətləndirir, niyyətini həyata keçirməyimiz üçün qəlbimizdə arzu oyadır və fəaliyyət göstərməyimiz üçün güc verir. Allahın ruhu bacarıqlarımızı inkişaf etdirməyə kömək edir (w19.10 s. 21).

Ciddi qərar qəbul etməzdən öncə hansı addımlar atılmalıdır?

Növbəti beş addım: Yaxşıca araşdırın; hikmət diləyin; niyyətinizi yoxlayın; konkret məqsədlər qoyun; realist olun (w19.11 s. 27—29).

Ruhun ölməzliyi fikrinin meydana gəlməsi Şeytanın Həvva ilə danışdığı vaxta təsadüf edir?

Görünür, yox. Şeytan Həvvaya dedi ki, əsla ölməyəcək. Demədi ki, cismən öləcək, amma gözə görünməz hissəsi yaşamağa davam edəcək. Daşqından sonra heç bir yalan təlim qalmamışdı. Çox yəqin ki, ruhun ölməzliyi təlimi Allah Babil qülləsini tikən insanları yer üzünə səpələməzdən əvvəl meydana gəlib (w19.12 s. 15).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş