Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 4/07 s. 3
  • Görüşlər uşaqlara fayda gətirir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Görüşlər uşaqlara fayda gətirir
  • Müqəddəs ibadətimiz 2007
  • Oxşar material
  • Yehovanın Şahidlərinin ibadət görüşlərinin sizə faydası
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Birlikdə ibadət etmək vacibdir
    Gözətçi qülləsi 2016
  • Görüşlərin ruhlandırıcı şəkildə keçməsində sənin payın varmı?
    Gözətçi qülləsi 2010
  • Müqəddəs görüşlərimizə hörmətlə yanaşırıq
    Gözətçi qülləsi 2006
Müqəddəs ibadətimiz 2007
km 4/07 s. 3

Görüşlər uşaqlara fayda gətirir

1 Qədim İsraildə hətta balaca uşaqlar belə, ibadət etmək üçün təşkil olunan görüşlərə gəlirdilər (Qanun. t. 31:12). Bu gün də Yehovanın Şahidlərinin yığıncaq görüşləri uşaqlara fayda gətirir (Məz. 148:1, 12).

2 Düzdür, uşaqların fikri asanlıqla yayınır. Diqqətlə qulaq asmağı onlara öyrətmək lazımdır. Onların həm də ehtiyacı var ki, təqdim olunan materialın müəyyən hissələri onlara başa salınsın.

3 Görüşlərə hazırlıq. Evdə uşaqlara düzgün başa salanda, onlar Yehovaya ibadət etmək üçün başqaları ilə bir yerdə yığışmağı qiymətləndirəcəklər. Onlara izah etmək lazımdır ki, bu halda da itaətkarlıq göstərməyin xeyri var. Hətta yaşı lap az olanlara belə görüşlərin onlar üçün də olduğunu başa salmaq olar (Məz. 133:1; Yeşaya 48:17; Mat. 19:14).

4 Yaxşı olardı ki, hər uşağın öz Müqəddəs Kitabı, nəğmə kitabı və görüş zamanı istifadə olunan başqa ədəbiyyatı olsun. Valideynlər uşaqlarına hər görüşün heç olmasa hansısa bir hissəsinə hazırlaşmağa kömək etməlidirlər (İbr. 10:23). Ancaq uşağın dərketmə qabiliyyətini və görüşlərdə nə dərəcədə iştirak edə biləcəyini də nəzərə almaq lazımdır.

5 Bə’zi uşaqlara görüş zamanı xüsusi tapşırıqlar verilir. Balaca uşaqların Allahın adının, Padşahlıq sözünün və ya müəyyən Müqəddəs Kitab mövzusunun görüş zamanı neçə dəfə səslənməsini qeyd etmək və bu barədə nə isə demək xoşuna gəlir. Yaşı bir az çox olan uşaqlara oxunan və ya sitat gətirilən ayələri açmağı tapşırmaq olar. Uşaqları yalnız göstərdikləri sə’yə görə tə’rifləyəndə tapşırığın onlara faydası olacaq. Vaxt keçdikcə onlar şərh verə və ya görüşdə təqdim olunan materialdan xoşlarına gələni söyləyə bilərlər.

6 Oxumağı bacaran uşaqları təşkilatın buraxdığı ədəbiyyatı oxumaq üçün cədvəl tutmağa təşviq etmək və bu işdə onlara kömək etmək olar. Bacarığından asılı olaraq, uşaq «Müqəddəs Kitab hekayələri», «Böyük Müəllim» (rus.) və «Gənclərin sualları» (rus.) kitablarını, o cümlədən, jurnallardan müəyyən məqalələri seçə bilər. Bununla uşaq, təşkilatın hazırda nəşr etdiyi bütün ədəbiyyatları oxuyacaq.

7 Geyim və davranış. Çox vaxt olur ki, maraqlananlar görüşlərə gələndə uşaqlarımızın ədəbli geyimi onlara güclü tə’sir bağışlayır. Uşağın geyimi onun görüşlərə münasibəti və görüşlərdə özünü aparması ilə sıx bağlıdır. Təşkilatın Bruklindəki mərkəzi idarəsinə və ya başqa filiallarına gedəndə yaxşı olar ki, uşaqlar və böyüklər görüşlərə geyindikləri kimi geyinsinlər.

8 Görüşlərdə uşaqların yaxşı davranışı, həmçinin Yehovanı izzətləndirir və adına şərəf gətirir. Buna görə də, valideynlər görüşlərdə uşaqlarına nəzarət etməyin vacib olduğunu başa düşməlidirlər. Məs’uliyyətli valideynlər ailəsi ilə birgə oturacaq və bütün görüş boyu göz qoyacaqlar ki, uşaqlar özlərini yaxşı aparsınlar. Əlavə məsləhət üçün valideynlər uşaqlarını yaxşı tərbiyə etmiş digər valideynlərə müraciət edə bilərlər.

9 Biz istəyirik ki, uşaqlar məsihçi görüşlərində tam iştirak edərək başqalarını ‘məhəbbətə və xeyirli işlərə təşviq etsinlər’ (İbr. 10:24). Yehova Allahın xalqının keçirdiyi görüşlərdə uşaqların da yeri var.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş