Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 6/03 s. 8
  • Allahın adını insanlara tanıdın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın adını insanlara tanıdın
  • Müqəddəs ibadətimiz 2003
  • Oxşar material
  • Yehova Allah Öz adını ucaldır
    Allahın Padşahlığı hökmranlıq edir!
  • Yehovanın uca adını şərəfləndirin
    Gözətçi qülləsi 2013
  • Allahın adı
    Oyanın! 2017
  • Allahın adı nədir?
    Gözətçi qülləsi (kütləvi) 2019
Əlavə
Müqəddəs ibadətimiz 2003
km 6/03 s. 8

Allahın adını insanlara tanıdın

1. Allahın adını öyrəndikdə bə’zi insanlar necə reaksiya göstərirlər?

1 İlk dəfə Allahın adını biləndə necə reaksiya göstərmişdin? Bir çoxları, aşağadakı sözləri deyən qadın kimi reaksiya göstərmişlər: “İlk dəfə Allahın adını Müqəddəs Kitabda görəndə ağladım. Artıq Allahın şəxsi adını bilməyim və bu adı istifadə edə biləcəyim mənə çox tə’sir bağışlamışdı”. Həmin qadın üçün bir şəxsiyyət kimi Yehova Allahla tanış olarkən, Onunla dostluğun başlanğıcında bu adı bilmək vacib bir addım idi.

2. Vaxt itirmədən Yehova barədə bilik əldə etməkdə başqalarına kömək etmək nəyə görə belə vacibdir?

2 Bu adı bilmək nəyə görə vacibdir? Allahın adını bilmək, Onun xüsusiyyətlərini, niyyətlərini və davranış tərzini bilmək deməkdir. Onun adı həm də xilasla bağlıdır. Həvari Pavel yazırdı: “Hər kim Rəbbin [“Yehovanın”, YD] adını zikr etsə, xilas olacaqdır”. Sonra özü də sual verir ki, insanlar iman etmədikləri və eşitmədikləri “o Kimsəni necə çağıracaqlar?” Buna görə də məsihçilər vaxt itirmədən, başqalarına Allahın adını bilməkdə və bu adın daşıdığı mə’nanı başa düşməkdə kömək etməlidirlər (Rom. 10:13, 14). Lakin Allahın adı barədə danışmağımızın başqa bir vacib səbəbi də var.

3. Təbliğimizin əsas məqsədi nədir?

3 1920-ci illərdə Allahın xalqı Müqəddəs Yazılardan, Allahın hökmranlığına və Onun adının təqdis edilməsinə dair bütün dünyaya tə’sir edən mübahisəli sual haqqında öyrəndi. Yehova pisliyi aradan qaldıracağı və öz adını ləkədən təmizləyəcəyi günə qədər, Onun haqqındakı həqiqət “bütün dünyada” bilinməlidir (İş. 12:4, 5; Hez. 38:23). Buna görə də təbliğimizin əsas məqsədi, Yehovanı ümumxalq qarşısında izzətləndirmək və adını bəşəriyyət qarşısında təqdis etməkdir (İbr. 13:15). Allaha və yaxınlarımıza olan məhəbbətimiz, bizi Allahın əmr etdiyi işdə bacardıqca fəal surətdə iştirak etməyə təşviq edəcəkdir.

4. Nəyə görə Yehovanın Şahidlərini Allahın adı ilə tanıyırlar?

4 “Öz adı naminə bir xalq”. Biz, 1931-ci ildə Yehovanın Şahidləri adını qəbul etdik (İş. 43:10). Həmin vaxtdan e’tibarən Allahın xalqı Onun adını o dərəcədə tanıtmışdır ki, “Təbliğçilər” kitabının 124-cü səhifəsində (ing.) qeyd olunur: “Hansı ölkədə olmasından asılı olmayaraq, kim isə Yehovanın adını çəkəndə, insanlar dərhal başa düşürlər ki, onların qarşısında duran Yehovanın Şahididir”. Səninlə də buna bənzər hal baş veribmi? Yehovanın yaxşılığına görə olan minnətdarlığımız bizi, münasib olan hər bir vəziyyətdə Onun haqqında danışaraq ‘ismini təqdis etməyə’ təşviq edir (Məz. 20:7; 145:1, 2, 7).

5. Allahın adını daşımağımız davranışımızda necə əks olunur?

5 “Adı naminə bir xalq” kimi, biz Allahın normalarına müvafiq yaşamalıyıq (Həv. iş. 15:14; 2 Tim. 2:19). Çox vaxt insanlar, Yehovanın Şahidlərinin ilk növbədə nümunəvi davranışlarına diqqət yetirirlər (1 Pet. 2:12). Allaha məqbul prinsipləri pozmaqla, yaxud Ona ibadəti həyatımızda ikinci yerə çəkməklə Onun adına ləkə gətirmək istəmirik (Lev. 22:31, 32; Mal. 1:6-8, 12-14). Əksinə, gəlin həyat tərzimizlə göstərək ki, Allahın adını daşımaq şərəfini qiymətləndiririk!

6. Həm indi, həm də gələcəkdə hansı gözəl şərəfə layiq görülmüşük?

6 Bu gün, Yehovanın sözlərinin yerinə yetdiyini görürük: “Günəşin doğduğu yerdən batdığı yerə qədər ismim Millətlər arasında böyük olacaq” (Mal. 1:11). Gəlin Yehova haqqındakı həqiqəti öyrənməkdə başqalarına kömək etməyə davam edək və Onun ‘müqəddəs ismini daima və əbədiyyən təqdis edək’ (Məz. 145:21).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş