Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 9/03 s. 1
  • Təvazökarlığı geyinin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Təvazökarlığı geyinin
  • Müqəddəs ibadətimiz 2003
  • Oxşar material
  • Yehova təvazökar bəndələrini dəyərləndirir
    Gözətçi qülləsi 2019
  • İsa Məsih təvazökarlıq nümunəsi qoydu
    Gözətçi qülləsi 2012
  • Yehova Öz izzətini təvazökar insanlara açır
    Gözətçi qülləsi 2004
  • Özünüz barədə lüzumundan artıq fikirləşməyin
    Gözətçi qülləsi 2020
Əlavə
Müqəddəs ibadətimiz 2003
km 9/03 s. 1

Təvazökarlığı geyinin

1 Gənc çoban tamamilə Yehovaya güvənərək güclü bir cəngavəri məğlub edir (1 Sam. 17:45-47). Zəngin bir adam başına gələn bədbəxtliklərə səbirlə tab gətirir (Eyub 1:20-22; 2:9, 10). Allahın Oğlu verdiyi tə’lim üçün bütün izzəti Atasına verir (Yəh. 7:15-18; 8:28). Bu nümunələrin hər birində təvazökarlıq vacib rol oynamışdır. Bu keyfiyyət bu gün bizim üçün də həyati vacibdir (Kolos. 3:12).

2 Təbliğdə. Məsihin şagirdləri olan bizlər insanların irqi mənsubiyyətinə, mədəniyyətinə və mənşəyinə görə onlara yüksəkdən baxmırıq, təvazökarlıqla xoş xəbəri onlara danışırıq (1 Kor. 9:22, 23). Əgər kimsə Padşahlıq haqqındakı xəbəri dinləmək istəməyərək kobudluq və təkəbbürlük göstərirsə, biz onlara eynilə cavab vermirik, əksinə, səbirlə ləyaqətli olanları axtarmağa davam edirik (Mat. 10:11, 14). Biz biliyimiz və ya təhsilimizlə insanlarda təəssürat yaratmağa çalışmırıq. Biz sadəcə olaraq onlara Müqəddəs Kitabın nə dediyini göstəririk, bu isə bizim dediklərimizdən daha inandırıcıdır (1 Kor. 2:1-5; İbr. 4:12). İsa kimi biz də bütün izzəti Yehovaya veririk (Mark 10:17, 18).

3 Yığıncaqda. Həmçinin məsihçilər ‘bir-birinə tabe olaraq təvazökarlıq paltarını geyinməlidirlər’ (1 Pet. 5:5). Əgər başqalarını özümüzdən üstün tuturuqsa, onda qardaşlarımızın bizə xidmət etmələrini gözləmədən özümüz onlara xidmət etməyə çalışacağıq (Yəh. 13:12-17; Filip. 2:3, 4). Misal üçün, biz elə düşünməyəcəyik ki, Padşahlıq Zalını təmizləmək işi bizim üçün deyil.

4 Təvazökarlıq ‘bir-birimizə məhəbbətlə təhəmmül etməkdə’ və bununla da yığıncaqda sülhü və birliyi qorumaqda bizə kömək edir (Efes. 4:1-3). Təvazökarlıq bizə üzərinə rəhbərlik götürmək üçün tə’yin olunmuş kəslərə tabe olmaqda kömək edir (İbr. 13:17). Bu keyfiyyət təşviq edir ki, məsləhət və öyüdləri qəbul edək (Məz. 141:5). Təvazökarlıq həmçinin yığıncaqda hər hansı bir tapşırığı yerinə yetirdiyimiz zaman bizi Yehovaya güvənməyə təşviq edir (1 Pet. 4:11). Davud kimi biz də dərk edirik ki, nailiyyətlər insan qabiliyyətindən yox, Allahın xeyir-duasından asılıdır (1 Sam. 17:37).

5 Allah qarşısında. Hər şeydən öncə biz “Allahın güclü əlinin himayəsi altında təvazökar” olmalıyıq (1 Pet. 5:6). Çətin vəziyyətlərdə olarkən, yəqin ki, Allahın Padşahlığının bizi tezliklə problemlərdən azad etməsini arzulayırıq. Lakin biz tə’yin olunmuş vaxtda Yehovanın Öz və’dlərini yerinə yetirəcəyini gözləyərək, təvazökarlıqla təhəmmül etməyə davam edirik (Yaq. 5:7-11). Yehovaya sadiq qalan Eyub kimi biz də hər şeydən çox istəyirik ki, “Rəbbin [“Yehovanın”, YD] ismi mübarək olsun” (Eyub 1:21).

6 Daniel peyğəmbər ‘Allahının önündə özünü alçaltdığı’ üçün Yehova onu yüksək qiymətləndirir və bol-bol xeyir-dualandırırdı (Dan. 10:11, 12). Gəlin, biz də “təvazökar olmağın və Rəbb qorxusunun sonu sərvət, izzət və həyat” olduğunu bilərək təvazökarlığı geyinək! (Sül. məs. 22:4).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş