Sənin üçün əhəmiyyət kəsb edən atlı qoşunun hücumu
1, 2. Allahın xidmətçiləri Vəhy 9:13-19 ayələrində təsvir olunan peyğəmbərlik rö’yasının yerinə yetməsində bu gün necə iştirak edirlər?
1 “Altıncı mələk şeypuru çaldı” və bundan sonra çoxsaylı “atlı qoşunlar” gurultu ilə irəli çıxdılar. Bu, adi qoşunlar deyil. “Atların başı... aslan başına bənzəyir”. Onların ağzından od, tüstü və kükürd çıxır, quyruqları isə “ilana bənzər”dir. Bu simvolik atlı qoşun öz yolunda olan hər şeyi məhv edir (Vəhy 9:13-19). Sən bu valehedici peyğəmbərlik rö’yasının icrasında öz rolunun nədən ibarət olduğunu bilirsənmi?
2 Məsh edilmiş qalıq və onların həmkarları olan digər qoyunlar, birlikdə Yehovanın hökmləri haqda bəyan edirlər. Onlar Xristian dünyasının ruhani cəhətdən ölü vəziyyətdə olduğunu tamamilə ifşa ediblər. Gəlin bu peyğəmbərlik rö’yasının iki səciyyəvi xüsusiyyətini nəzərdən keçirək. Həmin xüsusiyyətlərdən görünür ki, Yehovanın Şahidlərinin xidmətləri nəyə görə bu dərəcədə tə’sirlidir.
3. Sən Allahın xəbərini məharətlə çatdırmaq üçün hansı hazırlığı keçmisən?
3 Yehovanın xəbərini insanlara çatdırmaq üçün öyrədilmiş və təchiz edilmişlər. Teokratik Xidmət Məktəbində və yığıncaq görüşlərində Yehovanın xidmətçiləri Onun xəbərini insanlara məharətlə çatdırmağı öyrənirlər. İsa Məsih və onun şagirdləri kimi, onlar da insanlar olan hər bir yerdə təbliğ edərək layiqli olanları axtarıb tapmaq üçün sə’y göstərirlər (Mat. 10:11; Mark 1:16; Luka 4:15; Həv. iş. 20:18-20). Müqəddəs Kitaba əsaslanan bu təbliğ üsulu özünün nə qədər müvəffəqiyyətli olduğunu artıq sübuta yetirmişdir!
4. Məharətlə təbliğ etmək üçün bir çox təbliğçilər hansı vəsaitlərə malikdirlər?
4 Məsihçi xidmətçilər Allahın verdiyi xoş xəbəri təbliğ etmək tapşırığını yerinə yetirərək, milyardlarla Müqəddəs Kitab, broşüra və jurnal paylamışlar. Bu nəşrlər təxminən 400 dildə çap olunur. Bu nəşrlərdə müxtəlif mövzular müzakirə olunur və onlar geniş oxucu kütləsi üçündür. Sən bu vəsaitləri məharətlə istifadə edirsənmi?
5, 6. Yehovanın Öz xalqını dəstəklədiyi nədən görünür?
5 Göydən gələn rəhbərlik və dəstək. Həmçinin peyğəmbərlik rö’yasından aydın olur ki, simvolik atlı qoşunların hücumu kimi təsvir olunan fəaliyyəti Allah dəstəkləyir (Vəhy 9:13-15). Ümumdünya təbliğ işi insan müdrikliyi və ya gücü sayəsində deyil, Allahın ruhu sayəsində icra edilir (Zək. 4:6). Bu işə rəhbərlik etmək üçün Yehova mələklərdən istifadə edir (Vəhy 14:6). Beləliklə, Yehova yer üzündəki xidmətçiləri vasitəsilə həlim insanları Özünə cəlb edir və həmçinin göydən onlara lazım olan kömək təqdim edir (Yəh. 6:45, 65).
6 Xoş xəbəri insanlara çatdırmaq üçün öyrədilmiş və yaxşı təchiz edilmiş Yehovanın xalqı mələklərin rəhbərliyi altında fəaliyyət göstərir. Bu xalq yenilməz bir qüvvə təşkil edir. Gəlin daha sonra da bu həyəcan doğuran peyğəmbərlik rö’yasının yerinə yetirilməsində iştirak edək!