Minnətdarlığını təzahür etdir
1 “Çətin anlar”da yaşasaq da, Yehovaya minnətdar olmaq üçün səbəblərimiz çoxdur (2 Tim. 3:1). Hər şeydən öncə Allah bizim üçün Öz əziz Oğlunu qurban verib (Yəh. 3:16). Üstəlik, yalan dinə məxsus olan insanlar ruhani aclıq çəkdikləri halda, biz bol ruhani qidaya malikik (İş. 65:13). Bundan əlavə, biz böyük ümumdünya qardaşlıq birliyinin üzvləriyik və həqiqi ibadətin heyranedici surətdə genişlənməsində iştirak etmək şərəfinə layiq görülmüşük (İş. 2:3, 4; 60:4-10, 22). Yehovanın bizim üzərimizə yağdırdığı xeyir-dualara görə minnətdarlığımızı necə göstərə bilərik? (Kolos. 3:15, 17).
2 Sevinclə bütün ürəkdən edilən xidmət. Maddi ianələr haqqında danışarkən həvari Pavel yazmışdır: “Allah gülər üzlə verəni sevir” (2 Kor. 9:7). Bu prinsip bizim Allaha xidmətimizə də tətbiq ediləndir. Yehovaya minnətdarlığımızı şövqümüzlə, məsihçi görüşlərinə sevinclə yanaşmağımızla, təbliğ xidmətindəki sə’yimizlə və Allahın iradəsini yerinə yetirməyə hazır olmağımızla bildiririk (Məz. 107:21, 22; 119:14; 122:1; Rom. 12:8, 11).
3 Qədim İsrailə verilmiş Qanunda müəyyən qurbanlardan məhz nə qədər gətirmək lazım olduğu deyilmirdi. Allaha iman edən hər bir kəs ‘Rəbbin verdiyi bərəkətə görə’ öz minnətdarlığını bildirə bilərdi (Təs. 16:16, 17). Eləcə də bu gün, səmimi minnətdarlıq hissi ilə dolu ürəyimiz bizi təşviq edəcəkdir ki, biz Padşahlığın təbliğində və şagirdlər hazırlamaq işində şəraitimizin yol verdiyi qədər çox şey edək. Adətən Yehovaya minnətdarlığımızı bildirmək üçün yayda daha çox imkanlarımız olur. Bə’zi təbliğçilər günün uzanmasından və mə’zuniyyət, yaxud məktəb tə’tilindən istifadə edərək daha çox xidmət etməyə çalışırlar. Bə’ziləri hətta köməkçi pioner kimi də xidmət edirlər. Bu yay sən öz xidmətini genişləndirə bilərsənmi?
4 Minnətdarlıqla dolub daşaraq. Adətən Yehovaya minnətdarlığımızı duada ifadə edirik (1 Salon. 5:17, 18). Allahın Kəlamı bizi minnətdarlıqla ‘imanda möhkəmlənməyə’ çağırır (Kol. 2:7). Həddindən çox məşğul olsaq da, yaxud çətin vəziyyətlərə düşsək də biz gərək həmişə gündəlik dualarımızda minnətdarlığımızı bildirək (Filip. 4:6). Beləliklə, gəlin xidmətimizdə də, dualarımızda da ‘Allaha etdiyimiz şükürlər vasitəsilə zənginləşək’ (2 Kor. 9:12).