Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 5/04 s. 4
  • “Ürəyinizi genişləndirin”

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • “Ürəyinizi genişləndirin”
  • Müqəddəs ibadətimiz 2004
  • Oxşar material
  • Məhəbbət olmayan dünyada dostluğu qoruyun
    Gözətçi qülləsi 2009
  • Dost seçimində hikmətli olun
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Qardaşlıq məhəbbətinizi möhkəmləndirin
    Gözətçi qülləsi 2009
  • “Bir-birinizi şəfqətlə sevin”
    Gözətçi qülləsi 2004
Əlavə
Müqəddəs ibadətimiz 2004
km 5/04 s. 4

“Ürəyinizi genişləndirin”

1. Hər birimizin hansı məs’uliyyəti var?

1 Hər bir məsihçi bacı-qardaşlara qarşı mehriban və səmimi hisslər inkişaf etdirmək məs’uliyyəti daşıyır (1 Pet. 1:22; 2:17). Bunu onlara qarşı nəcib hisslərimizi ‘genişləndirməklə’ edə bilərik (2 Kor. 6:12, 13, İ–93). Həmimanlılarımızı yaxından tanımaq nəyə görə vacibdir?

2. Həmimanlılarımızla dostluq münasibətləri inkişaf etdirmək nə üçün vacibdir?

2 Dostluq möhkəmlənir. Bacı-qardaşlarımızı yaxından tanıdıqca, biz onları göstərdikləri iman, təhəmmül və digər gözəl xüsusiyyətlərinə görə daha çox qiymətləndirməyə başlayırıq. Onların səhvləri bizim üçün əhəmiyyətsiz görünür və dostluq telləri möhkəmlənir. Bacı-qardaşlarımızla yaxşı tanış olduqda, bir-birimizi inkişaf etdirmək və bir-birimizə təsəlli vermək asan olur (1 Salon. 5:11). Şeytan dünyasının zərərli tə’sirinə qarşı durmaqda biz bir-birimizə ‘təsəlli verə’, yə’ni dayaq ola bilərik (Kolos. 4:11). Yaşadığımız ağır son günlərdə Yehovanın xalqı arasında yaxşı dostlara malik olmaq necə də gözəldir! (Sül. məs. 18:24).

3. Başqaları üçün təsəlli, yə’ni dayaq olmaq üçün nə edə bilərik?

3 Ciddi sınaqlarla qarşılaşdığımız zaman yaxın dostlar xüsusi güc və təsəlli mənbəyi ola bilərlər (Sül. məs. 17:17). Gərəksizlik hissləri ilə mübarizə aparan bir məsihçi qadın xatırlayır: “Dostlarım mənə dəstək olurdular, mənim haqqımda müsbət şeylər danışaraq, mənfi fikirləri başımdan atmağa kömək edirdilər”. Belə dostlar Yehovanın xeyir-duasıdır (Sül. məs. 27:9).

4. Yığıncaqdakı bacı-qardaşlarla daha yaxşı necə tanış ola bilərik?

4 Başqalarına maraq göstər. Həmimanlılarımıza qarşı nəcib hisslərimizi necə genişləndirə bilərik? Məsihçi görüşlərində bacı-qardaşlarla sadəcə salamlaşmaqla kifayətlənmə, həmçinin onlarla faydalı fikirləri bölüşməyə çalış. Onların işləri ilə maraqlan, ancaq eyni zamanda da şəxsi həyatlarına qarışma (Filip. 2:4; 1 Pet. 4:15). Bacı-qardaşlarla tanış olmağın daha bir üsulu — onları qonaq də’vət etməkdir (Luka 14:12-14). Yaxud onlarla xidmətə danışa bilərsən (Luka 10:1). Əgər biz təşəbbüs göstərir və başqaları ilə yaxından tanış olmağa çalışırıqsa, yığıncağın birliyinə kömək etmiş oluruq (Kolos. 3:14).

5. Dostluq əlaqələrini necə genişləndirə bilərik?

5 Biz yalnız öz yaşıdlarımızla, yaxud bizimlə həmfikir olan kəslərlə dostluq etməyə meylli deyilikmi? Gəlin, bu kimi amillərin yığıncaqda özümüzə dostlar qazanmağımıza mane olmasına yol verməyək. Davud və Yonatan, Rut və Naomi aralarındakı yaş və mənşə fərqinə baxmayaraq, möhkəm dostluq telləri ilə bağlı idilər (Rut 4:15; 1 Sam. 18:1). Sən öz dostluq əlaqələrini genişləndirə bilərsənmi? Ola bilər ki, bu sənə çoxlu gözlənilməz xeyir-dualar gətirsin.

6. Qardaşlarımıza qarşı nəcib hisslərimizi genişləndirmək nəyə görə faydalıdır?

6 Başqalarına qarşı nəcib hisslərimizi genişləndirdikcə, biz bir-birimizi möhkəmləndirir və yığıncaqdakı sülhə kömək edirik. Bundan başqa, qardaşlarımıza göstərdiyimiz məhəbbətə görə Yehovanın Özü bizə xeyir-dua verir (Məz. 41:1, 2; İbr. 6:10). Nəyə görə mümkün qədər çoxları ilə daha yaxşı tanış olmağı qarşımıza məqsəd qoymayaq?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş