Suallar qutusu
◼ Həmimanlılar arasında şəxsi əşyaları, məsələn, tibbi xidmət və ya məsləhətlər təqdim edən əşyaları yaymaq münasibdirmi?
Həvari Pavel yazmışdır ki, yığıncaq — “həqiqətin dirəyi və əsası”dır (1 Tim. 3:15). Yığıncaq, istər Padşahlıq Zalında xüsusi təşkil edilmiş görüşlərdə, istərsə də başqa yerdə, dərc edilmiş şəkildə, yaxud audio və video kasetlərdə şəxsi materialları yaymaq yeri deyil.
“Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarında müxtəlif xəstəliklərə və qan haqqında Allahın qanununa riayət etməyə dair yaxşı məqalələr dərc olunur. Orada həmçinin müxtəlif fobiya, depressiya və digər emosional problemlərə həsr olunan Müqəddəs Yazılara əsaslanan məqalələr dərc edilir. Bu məqalələr oxucunun nəzərinə sadəcə informasiya çatdırır. Lakin heç bir diaqnoz və müalicə metodlarını reklam etmir, həkimlərin, məsləhətçilərin, yaxud tibbi mərkəzlərin xidmətlərini təklif etmir, belə ki, bu kimi məsələlərə dair xəstə özü bir qərara gəlməlidir (Bax. g02 8. 4. s. 21, haşiyə, rus.).
Yehovanın Şahidləri kifayət qədər çoxalıblar, buna görə də bə’ziləri, o cümlədən bizim qardaşlarımız da, ticarətlərini genişləndirmək, yaxud öz baxışlarını yaymaq məqsədilə Şahidlər üçün xüsusi nəzərdə tutulan məqalələr, broşüralar və kasetlər buraxırlar. Bu materiallar aktual və maraqlı ola bilər, lakin onları nəyə görə yaydıqlarının səbəbi üzərində düşünməyə dəyər. Yeni müştəri və sifarişçi tapmaq üçün. Həmin materiallar pul qazanmaq niyyətilə yayılmasa da, onlarda, Müqəddəs Kitabdan sitatlar gətirilərək, teokratik dil ilə ifadə edilmiş olsa da, kiminsə şəxsi rə’yi ola bilər. Bu materialın Yehovanın Şahidi tərəfindən hazırlanıb-hazırlanmaması bir o qədər də vacib deyil, sadəcə belə baxışlar ağsaqqalın verdiyi Müqəddəs Kitab rəhbərliyinə deyil, çox vaxt fəlsəfəyə və ya bu dünyanın prinsiplərinə əsaslanır (Kolos. 2:8; 1 Tim. 6:20).
Bacı-qardaşların ən yaxşı niyyətlərdən irəli gələrək bir-birlərinə bu cür şəxsi əşyaları vermələri ucbatından çox vaxt problemlər və anlaşılmazlıq yaranırdı. Bizim hər birimizə, xüsusilə də “sadiq və ağıllı qul” ilə əməkdaşlıq edən ağsaqqallara və rəhbərlik axtaranlara buna bənzər problemlərdən qaçınmaq lazımdır (Mat. 24:45). Biz qardaşlar arasında bu cür materialları yayaraq, kiminsə ticarətinin, ideyalarının, yaxud baxışlarının inkişaf etməsinə kömək etməli deyilik (Bax. w94 15. 12. s. 18, rus.; km 07.00 s. 1, rus.).