Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 8/04 s. 8
  • Pioner ruhu ilə alovlanın!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Pioner ruhu ilə alovlanın!
  • Müqəddəs ibadətimiz 2004
  • Oxşar material
  • «İsa haqqındakı müjdəni» bəyan edirik
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • Təbiilik
    İnsanları sev. Şagird hazırla
Müqəddəs ibadətimiz 2004
km 8/04 s. 8

Pioner ruhu ilə alovlanın!

1. Sizcə pioner ruhu nədir?

1 Pioner olub-olmamalarından asılı olmayaraq, Padşahlığın bütün təbliğçiləri pioner ruhu əks etdirə bilərlər. Onlar təbliğ etmək və şagirdlər hazırlamaq tapşırığını sə’ylə yerinə yetirirlər (Mat. 28:19, 20; Həv. iş. 18:5). Onlar insanları sevir və xidmətlərini fədakarlıqla yerinə yetirirlər (Mat. 9:36; Həv. iş. 20:24). Yehovanın xidmətçiləri var-gücləri ilə sə’y göstərirlər ki, başqalarının həqiqəti öyrənmələrinə kömək etsinlər (1 Kor. 9:19-23). Gəlin bu cür ruh əks etdirən Müjdənin təbliğçisi Filipin nümunəsini nəzərdən keçirək.

2. Ağsaqqallar və xidməti köməkçilər Filipin xidmətdə göstərdiyi sə’yi necə təqlid edirlər?

2 Təbliğ və tə’lim zamanı. Birinci əsrin yığıncağında Filipin ciddi məs’uliyyətləri var idi (Həv. iş. 6:1-6). Lakin o, ilk növbədə xoş xəbərin çalışqan təbliğçisi idi (Həv. iş. 8:40). Onun kimi bu gün ağsaqqal və xidməti köməkçilər də yığıncaqdakı məs’uliyyətlərinin qayğısına qalaraq, pioner ruhu əks etdirə bilərlər. Onların xidmətdə göstərdikləri sə’yləri başqalarını da həvəsləndirə bilər. Bu, yığıncağın ruhuna necə də müsbət tə’sir göstərir! (Rom. 12:11).

3. Tə’qiblər zamanı pioner ruhunu necə əks etdirə bilərik?

3 Stefanın ölümündən sonra məsihçilər güclü tə’qiblərə mə’ruz qaldılar və onların həyatı kəskin surətdə dəyişdi. Buna baxmayaraq Filip təbliğ etməyə davam edirdi və o, xoş xəbərin samariyalılar arasında yayılması üçün çox iş görmüşdür (Həv. iş. 8:1, 4-6, 12, 14-17). Biz də, hətta tə’qiblər zamanı belə xoş xəbəri danışaraq və üzgörənlik etmədən rastlaşdığımız insanların hamısına təbliğ edərək onun nümunəsini təqlid edə bilərik (Yəh. 4:9).

4. Filip müəllim kimi hansı nümunəni vermişdir?

4 Filipin Allahın Kəlamını öyrətmək işində nə dərəcədə bacarıqlı olduğu həbəşistanlı xədimlə etdiyi söhbətdən görünür (Həv. iş. 8:26-38). Müqəddəs Kitabdan daha bacarıqla istifadə etmək və Müqəddəs Yazıların əsasında fikirləşmək — pioner ruhu əks etdirməyin daha bir üsuludur (Həv. iş. 17:2, 3). Filip kimi, biz də hər bir fürsətdən istifadə edərək insanlar olan hər bir yerdə təbliğ etməyə çalışırıq.

5. Məsihçi valideynlər uşaqlarına pioner ruhunu necə aşılaya bilərlər?

5 Ailədə və yığıncaqda. Filipin əhval-ruhiyyəsi və nümunəsi, şübhəsiz ki, onun qızlarına yaxşı tə’sir göstərmişdir (Həv. iş. 21:9). Eyni tərzdə bu gün də, əgər məsihçi valideynlər Padşahlığın maraqlarını həyatlarında birinci yerə qoyurlarsa, onda onların uşaqları da eyni şeyi etməyə çalışacaqlar. Həftənin sonunda valideynlər yorğun olmalarına baxmayaraq, başqalarına sə’ylə təbliğ edirlərsə, bu, uşaqlara unudulmaz tə’sir bağışlayır (Sül. məs. 22:6).

6. Pionerləri qiymətləndirdiyimizi onlara necə göstərə bilərik?

6 Filip özlərini tamamilə Yehovaya təqdim edən çox sə’yli məsihçilər olan Pavel və Lukaya mehribanlıqla qonaqpərvərlik göstərdi (Həv. iş. 21:8, 10). Bəs biz sə’yli təbliğçilərə öz köməyimizi və onları qiymətləndirdiyimizi necə göstərə bilərik? Misal üçün, biz, pionerlər təbliğə getmək üçün yoldaş tapmağa çətinlik çəkdikləri günlərdə onlarla əməkdaşlıq edə bilərik (Filip. 2:4). Biz həmçinin onları qonaq də’vət edə bilərik. Şəraitimiz hər necə olsa da, gəlin hamımız pioner ruhu ilə alovlanaq!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş