Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 1/05 s. 1
  • ‘İman sözləri ilə bəslənirik’

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • ‘İman sözləri ilə bəslənirik’
  • Müqəddəs ibadətimiz 2005
  • Oxşar material
  • ‘O, yorğunlara güc verər’
    Müqəddəs ibadətimiz 2007
  • Bol xeyir-dua biçmək üçün, yaxşı vərdişlər becərin
    Müqəddəs ibadətimiz 2006
  • Yeqova yorğun olana qüvvət verir
    Gözətçi qülləsi 2001
  • Allahın xalqı arasında sığınacaq tapın
    Əbədi həyata aparan bilik
Əlavə
Müqəddəs ibadətimiz 2005
km 1/05 s. 1

‘İman sözləri ilə bəslənirik’

1 Allaha sədaqəti qoruyub saxlamaq üçün çox qüvvə sərf etmək tələb olunur (1 Tim. 4:7-10). Əgər yalnız öz qüvvəmizə güvənsək, bu yolda qala bilmərik və tez bir zamanda yorulub zəifləyərik (Yeşaya 40:29-31). Yehovadan qüvvə əldə etmək üsullarından biri ‘iman sözləri ilə bəslənməkdir’ (1 Tim. 4:6).

2 Bol ruhani qida. Yehova bizi Öz Kəlamının və «sadiq və ağıllı qul»un vasitəsilə bol ruhani qida ilə tə’min edir (Mat. 24:45). Biz bundan istifadə edirikmi? Müqəddəs Kitabı hər gün oxuyuruqmu? Şəxsi öyrənmə və öyrəndiyimiz şeylər üzərində düşünmək üçün vaxt ayırırıqmı? (Məz. 1:2, 3). Bu cür sağlam ruhani qida bizə güc verir və Şeytan dünyasının bizi zəiflədə biləcək tə’sirindən qoruyur (1 Yəh. 5:19). Əgər biz zehnimizi faydalı fikirlərlə doldururuqsa və öyrəndiklərimizi həyatımızda tətbiq ediriksə, Yehova bizimlə olacaqdır (Filip. 4:8, 9).

3 Yehova bizə yığıncaq görüşlərinin vasitəsilə də güc verir (İbr. 10:24, 25). Bu görüşlərdə aldığımız ruhani nəsihətlər və faydalı ünsiyyət sınaqlara tab gətirməkdə bizi möhkəmləndirir (1 Pet. 5:9, 10). Bir gənc məsihçi demişdir: «Bütün günü məktəbdə olduqdan sonra özümü yorğun və ruhdan düşmüş hiss edirəm. Amma görüşlər səhradakı təravətləndirici vahə kimidir və növbəti gün məktəbə getməyə mənə güc verir». Görüşlərə gəlmək üçün sərf etdiyimiz qüvvə çoxlu xeyir-dualar gətirir!

4 Həqiqəti təbliğ etmək. İsa üçün təbliğ etmək qida kimi idi. Bu onu qüvvətləndirirdi (Yəh. 4:32-34). İnsanlarla Allahın heyranedici və’dləri haqda danışanda, bu, bizə də qüvvə verir. Müntəzəm olaraq xidmətdə iştirak etməyimiz, həmçinin ürəyimizi və zehnimizi Padşahlığa və tezliklə olacaq xeyir-dualara cəmləşdirməyə kömək edir. Bu bizi həqiqətən də təravətləndirir (Mat. 11:28-30).

5 Yehovanın bu gün Öz xalqına təqdim etdiyi bol ruhani qidadan fayda əldə edə bilməyimiz həqiqətən də böyük xeyir-duadır. Gəlin ürəkdən tərənnüm edərək, Allahı izzətləndirməyə davam edək! (Yeşaya 65:13, 14).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş