Təbliğ xidmətində jurnallardan istifadə et
1, 2. «Gözətçi Qülləsi» və «Oyanın!» jurnalları insanların həyatlarına necə tə’sir edir?
1 «Maraqlı, aktual və ruhlandırıcıdır». «Mənim oxuduğum jurnallardan ən təravətləndiricisidir». Bu cür rə’ylər bütün dünyadakı oxucuların «Gözətçi Qülləsi» və «Oyanın!» jurnallarına olan münasibətlərini gözəl təsvir edir. Bəli, bizim jurnallarımız ‘bütün insanlara’ xoş xəbəri çatdırmaq üçün çox qiymətli vasitədir (1 Tim. 2:4).
2 Bir işgüzar adam onu maraqlandıran sualın müzakirə olunduğu «Oyanın!» jurnalını götürdü. Sonra o, bu jurnalla birgə verilən «Gözətçi Qülləsi»ni də oxudu. Jurnaldakı məqalələrdən biri onu ömrü boyu inandığı Üç üqnum tə’limini dərindən araşdırmağa təşviq etdi. Bu, onda maraq oyatdı. O, altı aydan sonra vəftiz olundu. Başqa bir nəfər müntəzəm olaraq jurnallar alsa da onları heç vaxt oxumurdu. Onun arvadı isə Şahidlərdən qaçınırdı, amma həyat yoldaşına verilən jurnalları oxuyurdu. Müqəddəs Kitabın yer üzündə Cənnət olacağı və orada saleh insanların yaşayacağı və’di ona dərin tə’sir bağışladı. Bir müddətdən sonra həmin qadın, onun oğlu və bacısı Yehovaya xidmət etməyə başladılar.
3. Jurnalların ikisini də bir yerdə təklif etmək nəyə görə daha yaxşıdır?
3 İkisini bir yerdə təklif et. Yuxarıdakı nümunələr göstərir ki, biz jurnallarımızı kimin oxuyacağını və onlarda nəyin maraq oyadacağını əvvəlcədən bilmirik (Vaiz 11:6). Buna görə də, əsasən yalnız bir jurnala dair təqdimə etməyimizə baxmayaraq, yaxşı olardı ki, «Gözətçi Qülləsi» və «Oyanın!» jurnallarını bir yerdə verək. Bə’zi hallarda insana bir neçə jurnal təklif etmək olar.
4. Jurnallarla xidməti necə planlaşdıra bilərik?
4 Həftənin bir gününü jurnalları paylamaq üçün ayırmaq pis olmazdı. Yehovanın Şahidlərinin 2005-ci il üçün olan təqvimində hər şənbə günləri jurnallarla xidmət etmək günləri kimi qeyd olunub. Əlbəttə, yerli və şəxsi şəraitlər fərqlənir, buna görə də jurnalları paylamaq üçün bə’ziləri həftənin başqa gününü tə’yin edə bilərlər. Xidmətin bu növü sənin həftəlik qrafikinə daxildirmi?
5. Jurnalları paylamaq üçün hansı imkanlarımız var və bu imkanlardan istifadə etməkdə bizə nə kömək edə bilər?
5 Qarşına şəxsi məqsədlər qoy. Ayda nə qədər jurnal paylayacağımızı müəyyən etməyimiz, diqqətimizi jurnalları paylamağa cəmləşdirməyə kömək edəcək. Sənin jurnal marşrutun varmı? Təbliğdə rast gəldiyin insanlara jurnallar təklif edirsənmi? Jurnalları küçədə, işgüzar ərazidə və ictimai yerlərdə təklif edə bilərsənmi? Nəqliyyatla yol gedəndə, bazarlıq edəndə və ya iş dalınca gedəndə özünlə jurnallar götürürsənmi? Yaranan hər fürsətdən istifadə et ki, başqaları da «Gözətçi Qülləsi» və «Oyanın!» jurnallarından fayda əldə etsinlər.
6. Jurnalların köhnə saylarından necə düzgün istifadə edə bilərik?
6 Jurnalların köhnə nəşrlərini paylamağı da qarşımıza məqsəd qoya bilərik. Əgər jurnalları buraxılış tarixindən sonra bir-iki ay ərzində paylaya bilməmişiksə, orada olan mə’lumat öz dəyərini itirmir. Onları maraqlanan insanlara təklif et. Milyonlarla insanlar üçün «Gözətçi Qülləsi» və «Oyanın!» jurnalları «yerində deyilən sözlər» kimi olmuşdur (Sül. məs. 25:11). Gəlin jurnallardan istifadə edərək, milyonlarla insanlara Yehovanı tanımaqda və Ona xidmət etməkdə kömək edək.