Ailə qrafiki: yığıncaq görüşləri
1 Əgər siz məsihçi valideynsinizsə, onda istərdiniz ki, uşaqlarınız Yehovanı sevsin və Ona xidmət etsinlər, gələcəkdə isə Allahın və’d etdiyi yeni dünyada əbədi həyata nail olsunlar. Yehovaya xidməti həyatlarında ön plana qoymaqda siz onlara necə kömək edə bilərsiniz? Ən tə’sirli üsul sizin şəxsi nümunənizdir (Sül. məs. 20:7). Anasının ona necə nümunə göstərdiyini xatırlayaraq bir bacımız demişdir: «Yığıncağa gedib-getməmək sualı heç zaman yaranmırdı». O bunu indiyədək unutmur.
2 Sizin ailə üzvləriniz yığıncaq görüşlərinin nə dərəcədə vacib olduğunu dərk edirlərmi? Görüşlərdə bizi Allahın iradəsini yerinə yetirməyə təşviq edirlər, ruhani qardaşlarımızla dostluğumuz isə çox qiymətli ruhlandırma mənbəyidir (Yeşaya 54:13; Rom. 1:11, 12). Lakin bu görüşlərin əsas məqsədi «cəmiyyətin içində» Yehovanı izzətləndirməkdir (Məz. 26:12). Məsihçi görüşlərində Yehovaya məhəbbətimizi təzahür etdirmək və Ona xidmət etmək imkanımız var.
3 «Diqqət verin». Əgər biz yığıncaq görüşlərimizin əsas məqsədini anlayırıqsa, onda ‘diqqət verəcəyik’ ki, əhəmiyyətsiz səbəblərə görə görüşləri buraxmaq vərdişimiz yaranmasın (Efes. 5:15, 16; İbr. 10:24, 25). Ailəniz üçün qrafik tərtib edərkən ilk növbədə görüşlərin vaxtını qeyd edin. Başqa işlərin görüşlərdə iştirak etməyə mane olmasına yol verməyin. Diqqət yetirin ki, görüşlərdə iştirak etmək sizin ailəniz üçün ən vacib iş olsun.
4 Məgər müxtəlif maneələrə baxmayaraq, yığıncaqlara və konqreslərə gəlməyə davam edən qardaşlarımızın nümunələri bizə tə’sir bağışlamırmı? Sənin şəraitin bir o qədər ağır olmasa da, ehtimal ki, sən də hər hansı problemlərlə qarşılaşırsan. Şeytan çalışır ki, Yehovaya etdiyimiz ibadətdə olduqca çox maneələr törətsin. Əmin ol ki, sənin ailənin bütün yığıncaq görüşlərində iştirak etmək üçün göstərdiyi sə’y əbəs deyil. Bu, sənin övladlarına verə biləcəyin ən yaxşı mirasdır.