Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 11/05 s. 3
  • Biz necə kömək edə bilərik?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Biz necə kömək edə bilərik?
  • Müqəddəs ibadətimiz 2005
  • Oxşar material
  • Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında iştirak edirsinizmi?
    Tez-tez verilən suallar
  • Yehovaya verdiyimiz bəxşiş
    Məsihi həyatı və ibadəti iş dəftəri 2018
  • Yehovanı şərəfləndirən yardım işi
    Allahın Padşahlığı hökmranlıq edir!
  • Fəlakətdən zərərçəkənlərə necə kömək edə bilərik?
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
Əlavə
Müqəddəs ibadətimiz 2005
km 11/05 s. 3

Biz necə kömək edə bilərik?

1 Dünyada baş verən hər hansı bir qəza haqqında eşidəndə Yehovanın Şahidləri «Biz necə kömək edə bilərik?» sualını tez-tez verirlər. Həvarilərin işləri 11:27-30 ayələrində bəhs edilir ki, I əsrin məsihçiləri Yəhudeyada olan qardaşlarına maddi yardım etmişdilər, çünki onların yaşadıqları ərazidə aclıq idi.

2 Bu gün bizim təşkilat maddi vəsaitlərini xeyriyyəçilik məqsədilə istifadə etmək və təbii fəlakətlərdə, hərbi münaqişələrdə və başqa hallarda zərər çəkənlərə humanitar yardım göstərmək hüququna sahibdir.

3 Misal üçün, ötən il Cənubi Asiyada baş verən sunamidən zərər çəkənlərə yardım etmək üçün bir çox qardaşlar maddi vəsait ianə etmişlər. Ürəkdən gələn bu yardım çox minnətdarlıqla qəbul edilmişdir. Lakin bə’zi ölkələrdə, ianə edilmiş vəsait müəyyən bir fəlakətdən zərər çəkənlər üçün ayrılıbsa, zərər çəkənlərin tələbatları artıq tə’min edilib-edilməməsindən asılı olmayaraq, ölkənin qanununa görə, həmin vəsait yalnız ianə edənin göstərdiyi məqsədlə və müəyyən müddət ərzində istifadə olunmalıdır.

4 Bu səbəbdən məsləhət görülür ki, hər hansı bir fəlakətdən zərər çəkənlərə kömək etmək üçün ayrılan vəsaitlər ümumdünya işinə göndərilsin. Bu fond həm zərər çəkənlərə kömək etmək, həm də məsihçi qardaşlığının ruhani maraqları üçün qayğı göstərmək məqsədilə istifadə olunur. Əlbəttə ki, əgər kimsə yalnız zərər çəkənlərə kömək etmək üçün ianə etmək istəyirsə, həmin vəsait qəbul olunacaq və tələbat olan yerə göndəriləcək. Hər necə olsa da, yaxşı olar ki, bu cür ianələr müəyyən bir fəlakətdən zərər çəkənlərə kömək üçün ayrılmasın.

5 Bizim ianələrimiz ilk növbədə ümumdünya işi üçündür. Bunun sayəsində, əldə olan vəsaitlər tək zərər çəkənlərə yardım göstərmək üçün saxlanılmır, Padşahlıq işi üçün müxtəlif tərzdə istifadə olunur. Bu, Efeslilərə 4:16 ayəsində deyilənlərə müvafiqdir — biz birgə sə’y göstərərək ‘bədən qamətinin artması və məhəbbətlə inkişaf etməsi’ üçün tələb olunan hər şeyi təqdim edirik.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş