Həlimlərə Allahın yolu ilə getməyi öyrət
1. Şagird hazırlamaq nə deməkdir?
1 Məsihin birinci əsrdə yaşayan davamçıları haqqında «Yola» aid olan insanlar kimi danışırdılar (Həv. iş. 9:2). Həqiqi məsihçilik insanın bütün həyat yolunu əhatə edir (Sül. məs. 3:5, 6). Buna görə də, Müqəddəs Kitab öyrənməsi apararkən, tə’limlər haqqında sadəcə dəqiq bilik vermək kifayət etmir. Biz, o cümlədən, öyrənənlərə Yehovanın yolu ilə getməyə kömək etməliyik (Məz. 25:8, 9).
2. Müqəddəs Kitabı öyrənənləri Allahın əmrlərinə riayət etməyə nə təşviq edə bilər?
2 Yehovaya və İsaya məhəbbət. Qeyri-kamil insana düşüncəsini, mövqeyini, nitqini və davranışını Allahın iradəsinə uyğunlaşdırmaq necə də çətindir! (Rom. 7:21-23; Efes. 4:22-24). Lakin Allaha və Onun Oğluna olan məhəbbət, həlim insanları bu asan olmayan işi öhdələrinə götürməyə təşviq edir (Yəh. 14:15; 1 Yəh. 5:3). Bu məhəbbəti inkişaf etdirməkdə Müqəddəs Kitabı öyrətdiyimiz kəslərə necə kömək ola bilərik?
3. Müqəddəs Kitabı öyrənənlərə Yehova və İsanı sevməyi necə öyrədə bilərik?
3 Öyrənənlərə Yehovanın necə şəxsiyyət olduğunu bilməyə kömək et. Bir qardaş izah edir: «İnsanlar tanımadıqları bir şəxsi sevə bilməzlər, buna görə də öyrənməyə başlayan kimi, mən onlara dərhal Müqəddəs Kitabda Allahın adını göstərirəm və Yehovanın xüsusiyyətlərini qeyd etmək üçün hər fürsətdən istifadə edirəm». Yehovanın necə Allah olduğunu İsanın nümunəsində göstərə bilərik (Yəh. 1:14; 14:9). Bundan başqa, «Bilik» kitabının hər fəslinin sonunda, təkrar üçün olan çərçivədən istifadə edərək, öyrənən şəxsə Allahın və Məsihin gözəl xüsusiyyətləri üzərində düşünməyə kömək et.
4. a) Bir çox öyrənənlərə təbliğ etmək nəyə görə çətindir? b) Öyrənənlərə məsihçi xidmətində ilk addımlarını atmağa necə kömək edə bilərik?
4 Nümunə göstər. Həm müəllim, həm də bir nümunə kimi, biz hərəkətlərimizlə Allahın yolu ilə getməyin nə demək olduğunu başqalarına göstəririk (1 Kor. 11:1). Məsələn, Müqəddəs Kitabı öyrənənlərin əksəriyyəti öz e’tiqadları ilə bölüşmək üçün yad adamlara yanaşmağa alışmayıblar. Təbliğ və şagird hazırlamaq işində iştirak etmək üçün məhəbbət, iman və cəsarət kimi xüsusiyyətlərə sahib olmaq gərəkdir. Onların bu xüsusiyyətləri inkişaf etdirməsinə kömək etmək üçün bizdən səbir və bacarıq tələb olunur (2 Kor. 4:13; 1 Salon. 2:2). Əgər bu yolda onlara kömək etmək istəyiriksə, məsihçi xidmətində ilk addımlarını atanda onları tək buraxmayacağıq.
5. Yaxşı nümunə, Allahın əmrlərinə əməldə riayət etməyin nə demək olduğunu başa düşməkdə şagirdlərə necə kömək edir?
5 Sənin nümunən öyrənənlərə məsihçi həyatının digər vacib sahələrini də öyrədə bilər. Xəstələrə baş çəkəndə və ya yığıncaq görüşlərinə gələnləri səmimi salamlayanda, onlar məhəbbətin əməldə necə təzahür edildiyini görürlər (Yəh. 15:12). Padşahlıq Zalının təmizlənməsində iştirak edəndə və ya başqalarına köməklik göstərəndə, xidmət etməyin nə demək olduğunu əməldə öyrədirsən (Yəh. 13:12-15). Onlar sənin sadə həyat tərzi sürdüyünü görəndə isə ‘əvvəlcə Allahın Padşahlığını axtarmağın’ nə demək olduğunu başa düşürlər (Mat. 6:33).
6. Başqalarının Yehovaya xidmət etmələrinə göstərilən kömək hansı sevinci bəxş edir?
6 İnsanlara Allahın Kəlamını öyrətmək və şagirdlər hazırlamaq işi çox sə’y tələb edir. Lakin həlimlərin «həqiqətə görə hərəkət etdiyini» görmək necə də sevindiricidir! (3 Yəh. 4).