Maraqlananlar vasitəsilə başqa insanlarla Müqəddəs Kitab öyrənməsinə başlamağa təşəbbüs göstərmisənmi?
Əgər sən hazırda Müqəddəs Kitab öyrənməsi aparırsansa, nə üçün ondan dostları, qohumları və ya tanışlarından kiminsə Müqəddəs Kitabın nəyi öyrətdiyini bilmək istəyib-istəmədiyini soruşmayasan? Çox vaxt öyrənənlər bir neçə nəfərin adını verirlər. Həmin şəxslərə baş çəkərkən öyrənənin icazəsi ilə onun adını xatırlat. Söhbətə belə başlamaq olar: biz [...] ilə Müqəddəs Kitabı öyrənirik və o düşündü ki, bəlkə siz də pulsuz tə’lim proqramının vasitəsilə Müqəddəs Kitabı öyrənmək istəyərsiniz. Sonra qısaca olaraq «Bilik» kitabının köməyilə öyrənmənin necə keçirildiyini göstər.
Əgər Müqəddəs Kitabı öyrəndiyin insan ruhani cəhətdən inkişaf edirsə, onu dostlarına və ailə üzvlərinə öyrənmənin necə keçirildiyi haqda danışmağa təşviq edə bilərsən. Ola bilsin ki, bunun sayəsində onlar müjdəyə maraq göstərəcəklər. O, həmçinin onları öyrənməyə də’vət edə bilər. Əgər bu mümkün deyilsə, onda sənin onlarla görüşüb, öyrənmənin necə aparıldığını göstərməyinə şərait yarada bilər. Beləliklə, Müqəddəs Kitabı öyrənənləri imanını başqa insanlarla bölüşməyə təşviq edərsən.
Müntəzəm baş çəkdiyin adamlar, özləri Müqəddəs Kitabı öyrənməyə hələ razı olmasalar belə, sənə maraqlananların ünvanlarını verə bilərlər. Onlara «Bilik» kitabını verəndə sadəcə olaraq soruşa bilərsən: «Bu kitabdan əldə etmək istəyən bir kəsi tanıyırsınızmı?»
Vaxtın gözləmədiyini nəzərə alaraq, biz mümkün olan hər vasitədən istifadə edib, insanlara xoş xəbəri eşitməyə və qəbul etməyə kömək etmək istəyirik. Maraqlananlar vasitəsilə yeni insanları tapmağa çalışmısanmı?