Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 10/06 s. 1
  • İnsanlara Allahın dostu olmağa kömək et

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İnsanlara Allahın dostu olmağa kömək et
  • Müqəddəs ibadətimiz 2006
  • Oxşar material
  • Siz Allaha necə yaxınlaşa bilərsiniz?
    Əbədi həyata aparan bilik
  • Allaha dua vasitəsilə yaxınlaşın
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • ‘Durmadan dua etmək’ nəyə görə vacibdir?
    Gözətçi qülləsi 2003
  • Övladlarınıza Allah sevgisi aşılayın
    Gözətçi qülləsi 2022
Əlavə
Müqəddəs ibadətimiz 2006
km 10/06 s. 1

İnsanlara Allahın dostu olmağa kömək et

1 Bu gün Yehovanın Şahidləri bütün xalqlardan olan insanlara Allahın yollarını öyrədirlər (Yeşaya 2:2, 3). ‘Səbrlə səmərə vermək’ üçün bu insanlar Yehovanı sevməlidirlər (Luka 8:15; Mark 12:30). Yehovanı sevməsələr zərərli tə’sirlərə qarşı durmaq və düzgün davranmaq üçün nə cəsarət, nə də qüvvə tapa biləcəklər. Yehovanın xüsusiyyətlərinə görə daha çox minnətdar olduqca onların Allahla münasibətləri sıxlaşacaq. Onları «Yehovaya yaxınlaş» (rus.) kitabını diqqətlə öyrənməyə təşviq et.

2 Sənin nümunən. Sənin davranışın Müqəddəs Kitabı öyrənənlərin ürəyinə güclü tə’sir göstərə bilər. Yehova ilə dostluğu əziz tutduğunu və bu dostluğun həyatına necə tə’sir göstərdiyini görəndə, ola bilsin ki, onlar da Allahla belə münasibətlər qurmaq istəsinlər (Luka 6:40). Doğrudan da, çox vaxt başqalarına sözlərimizdənsə, nümunəmiz daha çox tə’sir göstərir.

3 Valideynlər uşaqlarına Yehovanı sevməyi ilk növbədə öz nümunələri ilə öyrədirlər (Qanun. t. 6:4-9). Bir ər-arvad uşaqlarını həqiqət yolunda böyütməyi arzu edirdi. Buna görə də, öz uşaqlarını çox yaxşı tərbiyə etmiş valideynlərə məsləhət üçün müraciət edirdilər. «Söhbət etdiyim bütün ata-analar bu fikirdədirlər ki, valideynin nümunəsi ən yaxşı tərbiyə üsuludur» deyə ata söylədi. Beləliklə, valideynlər öz həyat tərzi ilə uşaqlarına «Allahın dostu» olmağın nə demək olduğunu canlı nümunə əsasında göstərə bilərlər (Yaq. 2:23).

4 Səmimi dua. Başqalarına Yehova ilə dost olmağa kömək etmək üçün onlara ürəkdən dua etməyi öyrət. Onların diqqətini İsanın nümunəvi duasına, o cümlədən, Müqəddəs Kitabda yazılmış başqa səmimi dualara yönəlt (Mat. 6:9, 10). Uşaqlarının və Müqəddəs Kitabı öyrənənlərin yanında dua etməklə onlara dua etməyi öyrədə bilərsən. Onlar sənin səmimi sözlərini eşidəndə Yehovaya qarşı duyduğun hissləri anlayacaqlar. Onları təşviq et ki, sınaqlarla üzləşəndə «duada mətanətli» olsunlar (Rom. 12:12). Ehtiyac duyduqları zaman Yehovanın köməyini hiss edəndə Ona e’tibar edəcək və Onu həqiqi dost kimi sevəcəklər (Məz. 34:8; Filip. 4:6, 7).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş