Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 6/07 s. 1
  • Həmişə ‘çoxlu məhsul verin’

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həmişə ‘çoxlu məhsul verin’
  • Müqəddəs ibadətimiz 2007
  • Oxşar material
  • Çoxlu məhsul verin
    Gözətçi qülləsi 2003
  • Bəhrə gətirən budaqlar və Məsihin dostları
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • ‘Bu tənəyin qayğısına qal’
    Gözətçi qülləsi 2006
  • Oxucuların sualları
    Gözətçi qülləsi 2020
Əlavə
Müqəddəs ibadətimiz 2007
km 6/07 s. 1

Həmişə ‘çoxlu məhsul verin’

1 Simvolik mə’nada İsa özünü həqiqi meynə, Atasını Bağban, müqəddəs ruhla məsh edilmiş davamçılarını isə meynənin məhsul verən budağı ilə müqayisə etmişdir. İsa, simvolik Bağbanın işini təsvir edərkən, meynədə möhkəm qalmağın vacibliyini vurğuladı (Yəh. 15:1-4). Əsas məsələ odur ki, Yehova ilə yaxın münasibəti olan hər bir adam, İsa Məsihin — məhsul verən ‘həqiqi meynəninʼ budağı kimi olmalıdır. Biz həmişə həm «ruhun səmərəsini», həm də Padşahlığın məhsulunu bol-bol verməliyik (Qalat. 5:22, 23; Mat. 24:14; 28:19, 20).

2 Ruhun səmərəsi. Bizim ruhani inkişafımız əsas e’tibarilə ruhun səmərəsini nə dərəcədə yaxşı təzahür etdirməyimizlə müəyyən oluna bilər. Allahın Kəlamını müntəzəm araşdırmaqla və üzərində dərin düşünməklə Allahın ruhunun səmərəsini inkişaf etdirməyə sə’y göstərirsənmi? (Filip. 1:9-11). Yehovaya izzət gətirən xüsusiyyətləri yetişdirməkdə və daima ruhən inkişaf etməkdə sənə kömək edə bilən müqəddəs ruhu almaq üçün dua etməyə utanma (Luka 11:13; Yəh. 13:35).

3 Müqəddəs ruhu inkişaf etdirmək, daha çalışqan xidmətçi olmağımıza da kömək edir. Məsələn, məhəbbət və sədaqət, hər nə qədər məşğul olsaq da, bizi təbliğdə müntəzəm iştirak etməyə təşviq edəcək. Sülh, səbir, lütfkarlıq, yaxşılıq və özünə hakim olmaq kimi xüsusiyyətlər isə, müqavimət göstərənlərə düzgün yanaşmağımıza kömək edəcək. Sevinc sayəsində, hətta insanlar e’tinasızlıq göstərəndə belə, xidmətdən məmnunluq duymağa müvəffəq olacağıq.

4 Padşahlığın məhsulu. Biz, həmçinin Padşahlığın məhsulunu da gətirməliyik. Bu özünə «həmd qurbanını, yə’ni Onun [Yehovanın] adını iqrar edən dodaqların bəhrəsini» daxil edir (İbr. 13:15). Biz buna, xoş xəbəri daha sə’ylə və sarsılmazlıqla bəyan etməklə nail oluruq. Sən öz xidmətini təkmilləşdirməklə daha çox Padşahlıq məhsulu gətirməyə çalışırsanmı?

5 İsa göstərdi ki, onun sadiq davamçıları məhsulu müxtəlif miqdarda gətirəcəklər (Mat. 13:23). Buna görə də, biz özümüzü başqaları ilə müqayisə etməməli, əksinə, malik olduğumuz ən yaxşı şeyləri Yehovaya verməliyik (Qalat. 6:4). Allahın Kəlamı vasitəsilə öz şəraitimizi dürüstlüklə yoxlamaq, həmişə ‘çoxlu məhsul verərəkʼ Yehovanı izzətləndirməyimizə kömək edəcək (Yəh. 15:8).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş