Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 7/07 s. 1
  • «İmtahana dözən adam xoşbəxtdir»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «İmtahana dözən adam xoşbəxtdir»
  • Müqəddəs ibadətimiz 2007
  • Oxşar material
  • Oxucuların sualları
    Gözətçi qülləsi 2017
  • Təhəmmül mükafatlandırılır
    Müqəddəs ibadətimiz 2004
  • Sınaqlar zamanı sevincimizi qoruyaq
    Gözətçi qülləsi 2021
  • Yehovanın təşkilatına bağlı qalın
    Allahın iradəsini yerinə yetirən təşkilat!
Əlavə
Müqəddəs ibadətimiz 2007
km 7/07 s. 1

«İmtahana dözən adam xoşbəxtdir»

1 Bütün məsihçilər sınaqlara mə’ruz qalırlar (2 Tim. 3:12). Bu, səhhətlə, maddi çətinliklə, şirnikdirici şeylərlə, tə’qiblərlə bağlı və ya bir çox başqa sınaqlar ola bilər. Sınaqlara əl atmaqda Şeytanın məqsədi bizi zəiflətmək, məsihçi xidmətimizə e’tinasız yanaşmağımıza, hətta Allaha ibadətimizə son qoymağımıza nail olmaqdır (Əyy. 1:9-11). Bəs imtahanlara dözmək xoşbəxtliyə necə səbəb olur? (2 Pet. 2:9).

2 Özünü imtahanlara hazırla. Yehova bizə, İsanın həyatı və tə’limləri haqqında mə’lumat da daxil olmaqla, Özünün həqiqət Kəlamını verib. İsanın dediklərinə qulaq asıb riayət etməklə möhkəm təməl qoyuruq və bununla da özümüzü sınaqlara hazırlayırıq (Luka 6:47-49). Bizim başqa kömək mənbəyimiz də var, bu, məsihçi bacı-qardaşlarımız, yığıncaq görüşləri, həmçinin sadiq və ağıllı qul sinfinin hazırladığı Müqəddəs Kitaba əsaslanan nəşrlərdir. Biz Allahın ən’amı olan duadan dönə-dönə istifadə edirik (Mat. 6:13).

3 Yehova bizə ümid də verir. Yehovanın və’dlərinə imanımızı möhkəmləndirəndə, ‘ümidimiz, can lövbəri kimi möhkəm və mətin’ olur (İbr. 6:19). Qədim dövrlərdə gəmiçilər heç vaxt, hətta yaxşı havalarda belə, limanı lövbərsiz tərk etməzdilər. Əgər gözlənilmədən qasırğa qopardısa, lövbəri salmaqla gəminin daşlı sahildə zərbə almasının qarşısını alardılar. Bunun kimi də, Allahın və’dlərinə indidən iman yetişdirməklə, yaranan çətinliklərin qasırğasında sarsılmaz olarıq. Çətinliklər qəfildən baş verə bilər. Pavel ilə Barnabanın Listra şəhərində təbliğ xidmətlərini əvvəlcə yaxşı qarşılasalar da, yəhudilərdən olan əleyhdarların gəlişi ilə vəziyyət dərhal dəyişdi (Həv. iş. 14:8-19).

4 Dözümlülük xoşbəxtlik gətirir. Müqavimətlərə baxmayaraq, xidmətdə möhkəm qalmağımız bizə qəlb rahatlığı verir. Biz Məsihin adı naminə təhqir edilməyə layiq görülən zaman sevinirik (Həv. iş. 5:40, 41). Sınaqlara dözmək təvazökarlıq, itaətkarlıq və təhəmmül kimi xüsusiyyətlər inkişaf etdirməyimizə kömək edir (Qanun. t. 8:16; İbr. 5:8; Yaq. 1:2, 3). Bu bizə Yehovaya bel bağlamağı, Onun və’dlərinə e’tibar etməyi və Ona sığınmağı öyrədir (Sül. məs. 18:10).

5 Biz sınaqların müvəqqəti olduğunu bilirik (2 Kor. 4:17, 18). Sınaqlar, Yehovaya məhəbbətimizin nə dərəcədə güclü olduğunu göstərməyə əlverişli fürsət verir. Sınaqlara dözməklə, Şeytanın ittihamlarına cavab verə bilərik. Buna görə də, gəlin məğlub olmayaq! «İmtahana dözən adam xoşbəxtdir. Çünki sınaqdan uğurla çıxarkən... həyat tacını alacaqdır» (Yaq. 1:12).

[Qeyd:]

(Nəşrin özündə bu məqalənin davamı 2-ci səhifədə yerləşir)

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş