Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 8/07 s. 1
  • Yehovaya ailənizlə birgə xidmət edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovaya ailənizlə birgə xidmət edin
  • Müqəddəs ibadətimiz 2007
  • Oxşar material
  • Ailələrə kömək
    Müqəddəs ibadətimiz 2011
  • Ailənizi ruhən möhkəmləndirin
    Gözətçi qülləsi 2001
  • Ailəvi ibadəti daha maraqlı necə edə bilərsiniz?
    Gözətçi qülləsi 2014
  • Ailəvi ibadət nədir?
    Yehova Allahın müasir xalqı
Əlavə
Müqəddəs ibadətimiz 2007
km 8/07 s. 1

Yehovaya ailənizlə birgə xidmət edin

1 Keçmişdə ailə üzvləri çox işləri birlikdə yerinə yetirirdilər. Onlar gündəlik işləri birgə görməklə yanaşı, əsasən də Yehovaya ailəliklə ibadət edirdilər (Lev. 10:12-14; Qanun. t. 31:12). Bu gün bir çox yerlərdə ailə üzvləri birlikdə çox az vaxt keçirirlər. Lakin məsihçilər, ailənin birgə fəaliyyət göstərməsinin, xüsusilə də birgə ibadət etməsinin vacibliyini anlayırlar. Ailələrin Ona birgə ibadət etməsini görmək ailə Banisini necə də sevindirir!

2 Ailənizlə birgə təbliğ edin. Xoş xəbəri birgə təbliğ etmək ailə tellərini möhkəmləndirir. Buna görə də, yığıncaqda başqaları ilə əməkdaşlıq etməkdən əlavə, ağsaqqal müntəzəm olaraq öz həyat yoldaşı və uşaqları ilə də təbliğ edir (1 Tim. 3:4, 5). Qrafiklərinin ağır olmasına baxmayaraq, hətta səyyar nəzarətçilər də öz həyat yoldaşları ilə xidmət etməyi planlaşdırırlar.

3 Övladları ilə təbliğ edən valideynlər uşaqlarına təbliğçi kimi inkişaf etməkdə köməklik edirlər. Uşaqlar valideynlərinin təkcə xidmətdən aldıqları sevinci yox, həmçinin onların Yehovaya və insanlara məhəbbətlərinin təzahürünü də görəcəklər (Qanun. t. 6:5-7). Valideynlərin öz uşaqları ilə təbliğ etməsinin vacibliyi onlar böyüdükcə də azalmır. Bir ər-arvad 15-21 yaşlarında olan üç oğlu ilə müntəzəm olaraq təbliğdə əməkdaşlıq edirlər. Ata deyir: «Biz hər dəfə onlara nə isə öyrədirik. Və əmin oluruq ki, bu, sevindirici və təşviqedici tə’sir bağışlayır».

4 Birlikdə hazırlaşın. Ailələr təbliğ xidmətinə birgə hazırlaşmağın faydalı olduğunun şahidi olmuşlar. Məşq edərkən təqdimə etməyi və ya ev sahibi rolunda olmağı uşaqlar çox xoşlayırlar. Bə’ziləri buna, ailəvi öyrənmənin sonunda bir neçə dəqiqə vaxt ayırırlar.

5 Sevdiyimiz insanlarla ən vacib və məmnunedici işdə iştirak edəndə sevincimiz artır. Ailə üzvlərinin birgə evdən-evə təbliğ etmələri, həmçinin təkrar başçəkmə və Müqəddəs Kitab öyrənməsi aparmaları onlara necə də sevinc gətirir! Yehovaya ailənlə birlikdə xidmət etməklə, ürəkdən deyə bilərsən: «Mən və mənim evimdəkilər Rəbbə qulluq edəcək» (Yeşua 24:15).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş