Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 4/08 s. 3
  • «Onun izləri ilə gedək»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Onun izləri ilə gedək»
  • Müqəddəs ibadətimiz 2008
  • Oxşar material
  • Xidmətinizi tam yerinə yetirirsiniz?
    Gözətçi qülləsi 2019
  • «Mənim ardımca gəl»
    Gözətçi qülləsi 2009
  • Məhəbbətlə öyrədərək İsanı təqlid edin
    Gözətçi qülləsi 2009
  • Əsaslı surətdə şahidlik etməyə öyrədilmişik
    Gözətçi qülləsi 2005
Əlavə
Müqəddəs ibadətimiz 2008
km 4/08 s. 3

«Onun izləri ilə gedək»

1. Yaxşı təbliğçi olmaq üçün nə tələb olunur?

1 İsa ravvin məktəblərində heç vaxt təhsil almasa da, tarixdə ən görkəmli Xidmətçi olmuşdur. Xoşbəxtlikdən İsanın xidməti haqqında yazılı məlumat bizim faydalanmağımız üçün qorunub saxlanılmışdır. Yaxşı təbliğçi olmaq istəyiriksə, onun ‘izləri ilə getməliyik’ (1 Pet. 2:21).

2. İnsanları Məsihin sevdiyi kimi sevməyə bizə nə kömək edəcək?

2 İnsanlara məhəbbət göstər. İsanı xidmətə təşviq edən insanlara duyduğu məhəbbət dolu qayğı idi (Mark 6:30-34). Ərazimizdəki insanların əksəriyyəti ‘ağrı’ içindədir və həqiqətə böyük ehtiyacları var (Rom. 8:22). Onların acınacaqlı vəziyyəti və Yehovanın onlara göstərdiyi məhəbbət və qayğı üzərində düşünmək bizi təbliğ işinə davam etməyə təşviq edəcək (2 Pet. 3:9). Bundan başqa, insanlar səmimi-qəlbdən onların qayğısına qaldığımızı hiss etsələr, çatdırdığımız xəbərə daha həvəslə hay verəcəklər.

3. İsa hansı hallarda təbliğ edirdi?

3 Təbliğ etmək üçün hər fürsətdən istifadə et. İsa xoş xəbəri başqalarına çatdırmaq üçün hər fürsətdən istifadə edirdi (Mat. 4:23; 9:9; Yəh. 4:7-10). Buna bənzər tərzdə, biz də gündəlik işlərimizlə məşğul olarkən həqiqət haqqında danışmağa hazır olmaq istəyirik. Bəziləri Müqəddəs Kitabı və ədəbiyyatı əllərinin altında saxlayırlar ki, işdə, məktəbdə, yol gedəndə, bazarlıq edəndə və sairə hallarda şahidlik edə bilsinlər.

4. Necə edə bilərik ki, Padşahlıq təbliğimizin əsas mövzusu olsun?

4 Diqqəti Padşahlığa yönəlt. İsanın təbliğinin əsas mövzusu Padşahlıq haqqında xoş xəbər idi (Luka 4:43). Təqdiməmizdə ola bilər, dərhal və ya birbaşa Padşahlıq mövzusuna toxunmasaq da, təbliğ etdiyimiz insana Padşahlığın vacibliyini göstərməyi yaddan çıxarmırıq. Hətta axır günlərdə yaşadığımızı göstərən pis vəziyyətdən danışanda belə, biz əsasən ‘yaxşı şeylər müjdələyirik’ (Rom. 10:15).

5. Xidmətimizin səmərəli olması üçün Müqəddəs Kitaba hansı yeri verməliyik?

5 Allahın Kəlamına əsaslan. İsa bütün xidməti boyunca Müqəddəs Yazılara əsaslanırdı. O özündən heç nə öyrətmirdi (Yəh. 7:16, 18). İsa Allahın Kəlamından qidalanır və Şeytanın hücumuna məruz qalanda ondan istifadə edirdi (Mat. 4:1-4). Başqalarını yaxşı öyrətmək üçün, biz gündəlik olaraq Müqəddəs Kitabı oxumalı və tətbiq etməliyik (Rom. 2:21). Xidmətdə verilən sualları cavablandırarkən sözlərimizi Müqəddəs Kitabla təsdiq etməli və imkan yarananda birbaşa Müqəddəs Kitabdan oxumalıyıq. Biz istəyirik ki, həmsöhbətimiz dediklərimizin özümüzün deyil, Allahın fikirləri olduğunu görsün.

6. İsa dinləyicilərinin ürəyinə yol tapmaq üçün nə edirdi?

6 Öyrədərkən insanların ürəyinə yol tap. «İnsanlar arasında bu Adam kimi söyləyən əsla olmamışdır» (Yəh. 7:46). Bu, baş kahinlərin və fəriseylərin İsanı nə üçün tutmadıqlarını soruşduqda, mühafizlərin onlara verdiyi cavabdır. İsa sadəcə faktları çatdırmırdı, o elə təlim verirdi ki, bununla insanların ürəyinə yol tapırdı (Luka 24:32). O, sözlərinin canlı olması üçün həyati nümunələr gətirirdi (Mat. 13:34). İsa dinləyicilərini həddindən artıq məlumatla yükləmirdi (Yəh. 16:12). O, diqqəti özünə yox, Yehovaya yönəldirdi. İsa kimi, biz də yalnız ‘verdiyimiz təlimata diqqət yetirdiyimiz’ təqdirdə yaxşı müəllimlər ola bilərik (1 Tim. 4:16).

7. İsa nə üçün xidmətdə mətanətli idi?

7 Laqeyd münasibətə və müqavimətlərə baxmayaraq, mətanətli ol. İsa möhtəşəm işlər görsə də, çoxları ona qulaq asmırdılar (Luka 10:13). Hətta ailə üzvlərinə də elə gəlmişdi ki, o, «özündən çıxıb» (Mark 3:21). Ancaq İsa mətanətini itirmədi. O, müsbət əhval-ruhiyyəni qorudu, çünki tam əmin idi ki, insanları azad edə biləcək həqiqəti çatdırır (Yəh. 8:32). Yehovanın köməyilə biz də ruhdan düşməməyə qəti qərarlıyıq (2 Kor. 4:1).

8, 9. Xoş xəbər naminə qurbanlar verməkdə İsanı necə təqlid edə bilərik?

8 Xidmətdə tam iştirak etmək üçün lazımi qurbanlar ver. İsa xidmətə görə öz rahatlığını qurban verirdi (Mat. 8:20). O, yorulmadan, bəzən isə səhərdən axşama kimi təbliğ edirdi (Mark 6:35, 36). İsa bilirdi ki, işini başa çatdırmaq üçün vaxtı məhduddur. ‘Vaxt azaldığı’ üçün bizə də İsanı təqlid edərək vaxtımızı, gücümüzü və vəsaitlərimizi qurban vermək lazımdır (1 Kor. 7:29-31).

9 Birinci əsr məsihçiləri İsadan təlim aldıqları üçün yaxşı təbliğçi idilər (Həv. iş. 4:13). Tarixin ən görkəmli Xidmətçisini təqlid etsək, biz də xidmətimizi tam şəkildə icra edə biləcəyik (2 Tim. 4:5).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş