Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 4/08 s. 8
  • Yaslılara təsəlli verin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yaslılara təsəlli verin
  • Müqəddəs ibadətimiz 2008
  • Oxşar material
  • Kədərli olanlara təsəlli verin
    Gözətçi qülləsi 2003
  • «Ağlayanlarla ağlayın»
    Gözətçi qülləsi 2017
  • İtkiyə necə dözmək olar?
    Əlavə mövzular
  • Əzab çəkənlərə təsəlli verin
    Gözətçi qülləsi 2011
Əlavə
Müqəddəs ibadətimiz 2008
km 4/08 s. 8

Yaslılara təsəlli verin

1 Əziz adamın ölümü böyük faciədir, xüsusilə də Padşahlıq ümidi olmayanlar üçün (1 Salon. 4:13). İnsanların əksəriyyətini bu kimi suallar narahat edir: «İnsan nə üçün ölür? Öləndən sonra hara gedir? Görəsən ölən əzizimi bir daha görəcəyəmmi?» Növbəti abzaslarda qohumunun və ya dostunun ölümünə görə yas içində olan adama təbliğ zamanı necə təsəlli verə biləcəyimizə dair bəzi məsləhətlər var (Yeşaya 61:2).

2 Evdən-evə təbliğ edərkən. Ev sahibi ailə üzvlərindən kimisə təzəlikcə itirdiyini deyə bilər. Ev sahibinin hələ də yas içində olduğunu görürsənmi? Evlərində yasa gələn qohumlar varmı? Yaxşı olardı ki, belə hallarda söhbəti uzatmayaq (Vaiz 3:1, 7). Başsağlığı verib, bu mövzuya dair traktat, jurnal və ya broşüra təklif edəndən sonra sağollaşa bilərik. Sonra daha münasib vaxtda gəlib Müqəddəs Kitabın verdiyi təsəllini onlarla bölüşmək olar.

3 Digər hallarda isə, biz görə bilərik ki, elə ilk gəlişdə çox şey demək olar. Bu zaman yanlış fikirləri təkzib etmək lazım gəlməsə də, Müqəddəs Kitabdan dirilməyə dair vədi oxumaq olar (Yəh. 5:28, 29). Yaxud onlara Müqəddəs Kitabın ölülərin vəziyyəti haqqında nə dediyini göstərə bilərik (Vaiz 9:5, 10). Müqəddəs Kitabda yazılan dirilmə hadisəsi də onlara təskinlik verə bilər (Yəh. 11:39-44). Bundan başqa, sadiq Əyyubun Yehovaya ümid etdiyini göstərən sözləri nəzərdən keçirmək olar (Əyy. 14:14, 15). Getməzdən əvvəl «Müqəddəs Kitab öyrədir» kitabının altıncı fəslindəki məlumata diqqəti yönəldib gələn dəfə gələndə müzakirə etməyə razılaşaraq kitabı onlara verə, yaxud başqa münasib broşüra və ya traktat saxlaya bilərik.

4 Digər hallarda. Padşahlıq Zalında dəfnlə bağlı mərasim keçirilərkən orada Yehovanın Şahidi olmayanlar da olacaqmı? Onlara təsəlli gətirəcək ədəbiyyat vermək olar. Hərdən qəzetlərdə vəfat edənlər haqqında çıxan elanlar itki üz vermiş ailələrə qısa təsəlli məktubu yazmağa yol açır. Bir dəfə məktub və bir neçə traktat alan dul kişi qızı ilə birlikdə təbliğçinin evinə gedib soruşmuşdu: «Bu məktubu mənə siz göndərmisiniz? Mən Müqəddəs Kitab haqqında daha çox bilmək istəyirəm!» Həmin kişi qızı ilə birlikdə Müqəddəs Kitabı öyrənməyə razı oldu və yığıncaq görüşlərinə gəlməyə başladı.

5 Vaiz 7:2 ayəsində deyilir: «Yas evinə getmək ziyafət evinə getməkdən yaxşıdır». Adətən yaslı adam Allahın Kəlamına qulaq asmağa vaxtını şənlik içində keçirən adamdan daha çox meylli olur. Hər birimiz əzizini itirənlərə təsəlli vermək üçün fürsət axtarmalıyıq.

[Öyrənilmə üçün olan suallar]

1. Yaslıların nə üçün təsəlliyə ehtiyacı var?

2. Əgər ev sahibinin yas içində olduğunu görürüksə, geniş şahidlik verməyə həmişə lüzum varmı?

3. Şərait imkan verəndə, yas içində olan ev sahibinə hansı ayələri göstərə bilərik?

4. Təsəlli vermək üçün daha nə edə bilərik?

5. Nəyə görə yaslı olanlara təsəlli vermək üçün fürsət axtarmalıyıq?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş