Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 9/08 s. 4
  • İnsanlara Yehovanı sevməyi öyrət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İnsanlara Yehovanı sevməyi öyrət
  • Müqəddəs ibadətimiz 2008
  • Oxşar material
  • Səni sevən Allahı sev
    Gözətçi qülləsi 2006
  • Allahın Yehovanı sev
    Gözətçi qülləsi 2014
  • Məhəbbətlə öyrədərək İsanı təqlid edin
    Gözətçi qülləsi 2009
  • Qoymayın məhəbbətiniz soyusun
    Gözətçi qülləsi 2017
Əlavə
Müqəddəs ibadətimiz 2008
km 9/08 s. 4

İnsanlara Yehovanı sevməyi öyrət

1. Bəzilərini Yehovaya cəlb edən nədir?

1 İlk dəfə Yehova haqqında eşitdiyin vaxt yadına gəlirmi? Səni Ona cəlb edən nə oldu? Bir çox səmimi qəlbli insanlar deyəcəklər ki, onlar Yaradanımıza misilsiz keyfiyyətləri, xüsusilə də mərhəməti və məhəbbəti haqqında öyrənməyin sayəsində yaxınlaşmışlar (1 Yəh. 4:8).

2, 3. Müqəddəs Kitabı öyrənənlərin Yehovaya məhəbbətinin artması üçün «Müqəddəs Kitab öyrədir» kitabından necə istifadə edə bilərik?

2 «Budur bizim Allahımız!» «Müqəddəs Kitab öyrədir» kitabı Yehovanın məhəbbətini və Onunla şəxsi münasibətlərin olmasının vacibliyini xüsusi vurğulayır. İnsanların Allaha məhəbbətini artırmaq üçün bu nəşrdən necə istifadə edə bilərik? Diqqəti yeni fikirlərə yönəldəndə insana düşündürücü suallar vermək olar: «Bu, Yehova haqqında hansı həqiqəti açıqlayır?», yaxud «Bu fikir necə sübut edir ki, Yehova arzu edə biləcəyimiz ən yaxşı Atadır?» Bu cür öyrətmək öyrənənə Yehova ilə ömürlük münasibət qurmağa kömək edər.

3 Öyrənən adama vahid həqiqi və yaşayan Allahla tanış olmağın necə böyük üstünlük olduğunu başa düşməyə kömək edəndə, onlar Yeşaya kimi: «Budur bizim Allahımız!» deyərək Yehovanı qəbul edəcəklər (Yeşaya 25:9). Allahın Kəlamını başa salanda, İsa Məsihin rəhbərlik etdiyi hökumət vasitəsilə Yehovanın niyyətinin həyata keçməsi sayəsində bəşəriyyətin necə xeyir-dua alacağını xüsusilə vuğulamalıyıq (Yeşaya 9:6, 7).

4, 5. Yehovanı sevmək nə deməkdir?

4 Yehovaya məhəbbətin sübutu. Bilirik ki, Yehovanı bütün qəlbimizlə, bütün varlığımızla və bütün düşüncəmizlə sevmək Allaha qarşı sadəcə güclü hisslər duymaq demək deyil. Biz Onun düşüncə tərzini mənimsəməli və ona əsasən davranmalıyıq (Məz. 97:10). Allaha məhəbbət Onun bütün əmrlərinə tam itaətkarlıq göstərməkdə, sınaq və müqavimətlər qarşısında belə ‘müqəddəs və Allaha ixlaskar bir həyat yaşamağa’ davam etməkdə özünü büruzə verir (2 Pet. 3:11; 2 Yəh. 6).

5 Məhəbbətdən irəli gələrək Allahın iradəsini yerinə yetirməyimiz Ona xoşdur (Məz. 40:8). Müqəddəs Kitabı öyrənən dərk etməlidir ki, Allahın bütün əmrləri Onun xidmətçilərinin əbədi rifahı üçündür (Qanun. t. 10:12, 13). Yehovanın rəhbərliyinə uyğun yaşamaqla insan Onun bütün gözəl işləri üçün dərin minnətdarlıq təzahür etdirir. Öyrənənə Yehovanın saleh yolları ilə getməyin insanı bir çox ürək ağrılarından qoruduğunu başa düşməyə kömək et.

6. Yehovanı sevən insan hansı xeyir-duaları ala bilər?

6 Allahı sevənlər üçün xeyir-dualar. Yehova Onu sevən həlim insanlarla səmimi-qəlbdən maraqlanır və onlara Özünün ‘dərin düşüncələrini’ açır (1 Kor. 2:9, 10). Yehovanın niyyətləri haqqında bu cür biliyə sahib olduqları üçün onlar gələcəyə nikbin və ümidlə baxırlar (Yer. 29:11). Yehovanı sevənlər Ondan hədsiz xeyirxahlıq görürlər (Çıx. 20:6). Allah onlara böyük məhəbbət bəslədiyindən, onlar əbədi yaşamağa ümid edirlər (Yəh. 3:16).

7. İnsanlara Yehova haqqında öyrətməyə necə yanaşırsan?

7 Səmavi Atamız haqqında nə qədər öyrəniriksə, bir o qədər də başqaları ilə bölüşməliyik (Mat. 13:52). İnsanlara, xüsusilə də övladlarımıza Yehovanı sevməyi öyrətmək necə də böyük şərəfdir! (Qanun. t. 6:5-7). Gəlin Yehovanın ‘bol xeyirxahlığını’ Öz üzərimizdə hiss etdikcə Müqəddəs Kitabı öyrətdiyimiz adamlarla birlikdə həmişə Ona həmd edək (Məz. 145:7).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş