Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp20 №  2 s. 4—5
  • Nəyə görə Allahın Padşahlığına ehtiyacımız var?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nəyə görə Allahın Padşahlığına ehtiyacımız var?
  • Gözətçi qülləsi (kütləvi) 2020
  • Başlıqlar
  • Oxşar material
  • İNSAN HAKİMİYYƏTİ PEYDA OLUR
  • VAXT YETİŞİB!
  • Allahın Padşahlığı - yerin yeni hökuməti
    Gözətçi qülləsi 2001
  • Yehovanın rəhbərliyi bəraət qazanıb!
    Gözətçi qülləsi 2010
  • Dünyadakı əzabların səbəbkarı kimdir?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Nə üçün Allah pisliyə və zülmə son qoymur?
    İlahi müjdə
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2020
wp20 №  2 s. 4—5
Adəmlə Həvva Ədən bağında şəlaləyə baxırlar.

Allahın hakimiyyəti altında bütün varlıqlar birlik və sülh içində yaşayırdı

Nəyə görə Allahın Padşahlığına ehtiyacımız var?

Bəşər tarixinin lap başlanğıcında Yaradanımız Yehovaa yeganə Hökmdar idi. O, məhəbbətlə hakimiyyət sürürdü. İnsanların yaşaması üçün gözəl Ədən bağı salmışdı, onları çeşid-çeşid qidalarla təmin etmişdi. Həmçinin insanlara şərəfli iş tapşırmışdı (Yaradılış 1:28, 29; 2:8, 15). Bəşəriyyət Allahın rəhbərliyi altında qalsaydı, həmişə əmin-amanlıq içində yaşayacaqdı.

Adəm Həvvanın verdiyi qadağan olunmuş meyvəni əlində tutub.

İlk insanlar Allahı Hökmdar kimi rədd etdi

Müqəddəs Kitabda göstərilir ki, sonralar Şeytan İblis adlanan bir üsyankar mələk Allahın hökmranlıq etmək hüququnu sual altına aldı. O iddia etdi ki, insanlar Allahın hakimiyyətinə tabe olmasalar, Onun məsləhəti ilə yaşamasalar, daha xoşbəxt olarlar. Əfsuslar olsun ki, ulu valideynlərimiz Adəmlə Həvva Şeytanın dalınca getdilər və Allaha qarşı üsyan etdilər (Yaradılış 3:1—6; Vəhy 12:9).

Allahı Hökmdar kimi rədd etdiklərinə görə Adəmlə Həvva cənnətdən və mükəmməl sağlamlığa sahib olaraq əbədi yaşamaq ümidindən məhrum oldular (Yaradılış 3:17—19). Onların qərarı sonradan dünyaya gətirdikləri övladlarına da təsir etdi. Müqəddəs Kitabda deyilir ki, Adəm günah etdiyinə görə günah dünyaya daxil oldu, ölüm də günah vasitəsilə dünyaya girdi (Romalılara 5:12). Günah başqa bir faciəyə də yol açdı. Müqəddəs Kitabda bu acı həqiqət belə təsvir olunub: «İnsanın insana ağalıq etməsi insanın zərərinə olub» (Vaiz 8:9). Başqa sözlə, insanların bir-birini idarə etməsi onlara bəladan başqa bir şey gətirməyib.

İNSAN HAKİMİYYƏTİ PEYDA OLUR

Nəmrud təkəbbürlə durub. Arxada insanlar bina tikirlər.

Nəmrud Yehovaya qarşı üsyan etdi

Müqəddəs Kitabda insanlardan olan ilk hökmdar kimi Nəmrudun adı çəkilir. O da Yehovanın hakimiyyətinə üsyan edib. Nəmrudun dövründən bəri qüdrətli insanlar öz səlahiyyətlərindən sui-istifadə etmişlər. Təxminən 3000 il əvvəl hikmətli Süleyman padşah yazmışdı: «Məzlumların göz yaşını gördüm, onlara təsəlli verən yox idi. Güc zalımların əlində idi» (Vaiz 4:1).

Bu gün də vəziyyət eynidir. 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının bir nəşrində yazılmışdı ki, «cəmiyyətdəki bütün pisliklərin əsas səbəblərindən birinin» pis hökumət olduğu getdikcə daha qabarıq surətdə özünü büruzə verir.

VAXT YETİŞİB!

Bəşəriyyətin yaxşı rəhbərlərə və yaxşı hökumətə ehtiyacı var. Yaradanımız da elə bunu vəd edir!

İnsan hakimiyyətinin nəticələri: 1. Asiyalı qadın qucağında ağlayan uşaq çirkli küçədə oturub. 2. Yaşlı xəstə kişi xəstəxana çarpayısında. 3. Əsgərlər səngərdə atəş açır. 4. Qəzəbli etirazçılar əllərində şüarlar qışqırır. 5. Qadın qızı ilə evinin qapısı ağzında durub, bayır qapısının şüşəsi sındırılıb. 6. Tüstüyə bürünmüş şəhərdə baca borusu və elektrik naqilləri.

Ən yaxşı insan hökumətləri belə bəşəriyyətin ciddi problemlərini həll etmək iqtidarında olmayıb

Allah bir Padşahlıq, başqa sözlə, hökumət təsis edib. Bu Padşahlıq bütün insan hökumətlərini devirəcək, özü isə əbədi duracaq (Dənyal 2:44). Milyonlarla insanın dua etdiyi Padşahlıq həmin bu Padşahlıqdır (Mətta 6:9, 10). Lakin Allah bu Padşahlığı Özü idarə etməyəcək. O, bir zamanlar yer üzündə yaşamış bir kəsi Padşah təyin edib. Bəs görəsən o kimdir?

[Haşiyə]

a Müqəddəs Kitaba əsasən, Allahın adı Yehovadır (Zəbur 83:18).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş