Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 7/09 s. 1
  • Xidmətini genişləndirə bilərsənmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xidmətini genişləndirə bilərsənmi?
  • Müqəddəs ibadətimiz 2009
Müqəddəs ibadətimiz 2009
km 7/09 s. 1

Xidmətini genişləndirə bilərsənmi?

1. Təbliğ xidmətində təcili olaraq nə etmək lazımdır və nə üçün?

1 Nə qədər çox insanın Padşahlıq haqqında xoş xəbərlə maraqlandığını gördükdə İsa şagirdlərinə tapşırdı ki, Öz məhsulunu yığmağa işçilər göndərmək üçün məhsulun Sahibinə yalvarsınlar (Mat. 9:37, 38). Məhsul yığımı mövsümünün sonunda yaşadığımız üçün işimiz həmişə olduğundan daha təcilidir. Buna görə də dua edərək xidmətimizi necə genişləndirə biləcəyimizi götür-qoy etməliyik (Yəh. 14:13, 14 ).

2. Xidmətdə daha çox iştirak etmək çağırışına bəziləri necə hay vermişlər?

2 Xidməti genişləndirməyin üsulları. Yehovanın rəhbərliyi və köməyilə bir çoxları pioner xidmətinə başlamağa müvəffəq olmuşlar (Məz. 26:2, 3; Filip. 4:6). Bəziləri il ərzində bir və ya bir neçə ay köməkçi pioner kimi xidmət etmək üçün konkret addımlar atmışlar. Bu, xidmətlərini genişləndirmələri üçün çox gözəl üsul olmuşdu. Bu xidmətin gətirdiyi sevinc onları daimi pioner kimi xidmət etməyə təşviq etmişdir (Həv. iş. 20:35).

3. Əvvəllər pioner kimi xidmət etmisənsə, indi nə haqda düşünə bilərsən?

3 Yenidən pioner kimi xidmət edə bilərsənmi? Əgər əvvəllər pioner kimi xidmət etmisənsə, şübhəsiz ki, o günlərin xatirələri sənə əzizdir. Dua edərək yenidən pioner kimi xidmət etmək haqda düşünürsənmi? Bəlkə də pioner xidmətini dayandırmağına səbəb olan vəziyyət artıq aradan qalxıb. Ola bilsin, indi yenidən pioner xidmətinə başlamaq üçün əlverişli vaxtdır (1 Yəh. 5:14, 15).

4. Hər birimizin qarşısında hansı nadir imkan açılıb?

4 Biçin işi vüsət alır və tezliklə sona çatacaq (Yəh. 4:35, 36). Gəlin hər birimiz xidmətimizi genişləndirmək üçün hazırkı şəraitimizi nəzərdən keçirib, gündəlik işlərimizdə hansı dəyişikliyi edə biləcəyimizi götür-qoy edək. Yaxud xidmətimizi genişləndirməyin heç cür mümkün olmadığını görürüksə, daha bacarıqlı təbliğçi olmağa çalışa bilərikmi? (Mark 12:41-44). Şəraitimizi uyğunlaşdıraraq bu nadir fəaliyyət növündə Yehovanın bizdən istifadə etməsinə yol vermək necə də böyük şərəfdir! (Məz. 110:3).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş