Görüşlərimizdə Yehovanı nəğmələrdə tərənnüm etməyə hazırsınızmı?
1 Yığıncaq görüşlərinə hazırlaşmaq, özünə həmd nəğmələrini oxumağa hazırlaşmağı da daxil edir. Gəlin aşağıdakı məsləhətlərə nəzər salaq.
2 Mətni başa düşməyə çalış. Hər nəğmənin əvvəlində gətirilən əsas ayə və sonunda gətirilən əlavə ayələr mahnının sözlərinin Müqəddəs Yazılara əsaslandığını görməyə kömək edir.
3 Məşq et. Hər həftə keçirdiyiniz ailəvi ibadətin bir hissəsini yeni nəğmələrlə tanış olmaq üçün ayıra bilərsiniz. Hər görüşdə səslənəcək nəğməni fortepianonun ifasında yazıya alınmış musiqinin müşayiəti ilə oxuyun.
4 Bu həftə «Gözətçi Qülləsi» görüşündə «Yehovanı nəğmələrdə tərənnüm edin» broşürasını istifadə etməyə hazırsınızmı? Bunun üçün nəğmələrin sözlərini başa düşməyə və onları məşq etməyə vaxt ayırmaq lazımdır.